ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə75/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   71   72   73   74   75   76   77   78   ...   123

 

240 


çox geniş müzakirə etdik. Bizim ortaq fikrimiz belədir ki, biz öz 

ölkələrimizdə  milli-mədəni  irsimizi  qoruyub  saxlamalı  və 

möhkəmlətməliyik.  Gənclər  milli  ruhda,  öz  dəyərlərinə, 

xalqlarımızın  çoxəsrlik  tarixi  ərzində  formalaşmış  dəyərlərə 

sədaqət ruhunda tərbiyə edilməlidir. 

Sonda demək istərdim ki, müzakirə edilən mövzular və fikir 

mübadiləsi  mövqelərimizin  oxşarlığını,  deyərdim  ki,  regional 

siyasət,  dünya  siyasəti  məsələlərinə  mövqemizin  identikliyini 

və  ölkələrimiz  arasında  strateji  tərəfdaşlığı  möhkəmlətmək 

əzmində olduğumuzu göstərdi. 

Hörmətli  İslam  Abduqəniyeviç,  ölkəmizə  səfər  etmək 

dəvətini  qəbul  etdiyinizə  görə  Sizə  bir  daha  təşəkkür  etmək 

istəyirəm.  Sizə  və  xalqınıza  xoşbəxtlik  və  firavanlıq  arzu-

layıram. 



 

       Özbəkistan prezidenti İslam Kərimovun bəyanatı 

 

Sağ olun, İlham Heydər oğlu! 



Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri! 

Əvvələn, Özbəkistan nümayəndə heyətinə göstərilən qonaq-

pərvərliyə,  səmimi  qəbula  görə  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyevə,  bütün  azərbaycanlı  dostlarımıza  bir 

daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. 

Mən  kütləvi  informasiya  vasitələrinin  burada  iştirak  edən 

nümayəndələrinə hər şeydən əvvəl onu bildirmək istərdim ki, biz 

Özbəkistan  nümayəndə  heyətinin  Azərbaycana  bu  rəsmi  səfərini 

yüksək səviyyədə görüşlərimizin məntiqi və eyni zamanda, zəruri 

davamı, ikitərəfli münasibətlərimizin vəziyyətini müzakirə etmək, 

ikitərəfli  və  çoxtərəfli  əməkdaşlığın  ən  aktual  məsələlərinə  dair 

birgə mövqelərimizi və qərarlarımızı işləyib hazırlamaq, nəhayət, 

beynəlxalq  həyatın  ən  aktual  problemlərinə  dair  fikir  mübadiləsi 

aparmaq üçün yaxşı bir imkan hesab edirik. Zənnimcə, bu gün onu 

deməyə  ehtiyac  yoxdur  ki,  mövcud  vəziyyət  təkcə  bizim 

regionlarda  –  Cənubi  Qafqazda  və  Mərkəzi  Asiyada  deyil, 

onların  hüdudlarından  kənarda  da  şəraiti  sürətlə  dəyişir. 

Təhlükəsizliyə  və  sabitliyə  meydan  oxunması,  terrorizm 




 

241 


təhdidləri, narkotiklər təcavüzünün miqyasının genişlənməsi ilə 

əlaqədar  yaranmış  ciddi  problem,  davam  etməkdə  olan  qlobal 

maliyyə-iqtisadi böhranla, bilavasitə onun nəticələri ilə əlaqədar 

mürəkkəb  proseslər  bu  cür  görüşlərin,  problemlərə  ümumi 

yanaşma  və  mövqelərin  işlənib  hazırlanmasının  zəruriliyini 

şərtləndirir. 

Təbii ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, onların 

vəziyyəti, əməkdaşlığı daha da fəallaşdırmaq, onun səmərəliliyini, 

ilk  növbədə,  ölkələrimiz  arasında  ticari-iqtisadi  münasibətləri 

fəallaşdırmaq  üçün  tədbirlər  görülməsi  perspektivləri  bizim 

görüşdə və danışıqlarda mühüm yer tutmuşdur. Mən İlham Heydər 

oğlunun  bu  fikri  ilə  tam  razıyam  ki,  ilk  növbədə,  bizim  ticarət 

münasibətlərinin  səviyyəsi  həm  Özbəkistan  tərəfini,  həm  də 

Azərbaycan  tərəfini  açıq-aşkar  qane  etmir.  Bizim  potensial 

imkanlarımızdan indiyə qədər  o dərəcədə pis istifadə edilib ki, biz 

sadəcə,  nəticələr  çıxarmaqla  kifayətlənməyib  bu  əmtəə 

dövriyyəsinin  həqiqətən,  lazımi  səviyyədə  olması  üçün  zəruri 

təsirli  tədbirlər  görməliyik.  Azərbaycanın  bizdən  müəyyən  qədər 

uzaqda  yerləşməsi  və  bu  gün  Mərkəzi  Asiyanı  Cənubi  Qafqazla 

birləşdirən kommunikasiyaların vəziyyəti buna müəyyən dərəcədə 

mane  olur.  Bu  gün  Azərbaycan  yeni  tranzit  kommunikasiya 

xətlərinin  çəkilişi  üzrə  praktiki  olaraq  liderdir.  İndi  Azərbaycan 

10–15  il  bundan  əvvəl  sadəcə,  ağlasığmaz  olan  layihələrin  ən 

mühüm təşəbbüskarlarından biridir. Bakı–Tbilisi–Qars dəmir yolu 

mənim  fikrimcə,  bu  gün  tamamilə  yeni  kommunikasiya 

istiqamətidir.  O  təkcə  bugünkü  vəziyyətdə  həlledici  rol 

oynamayacaqdır. Mənim bildiyimə görə, bu yolun yaxın vaxtlarda 

istifadəyə  verilməsi  nəzərdə  tutulur.  Lakin  demək  istəyirəm  ki, 

sadəcə,  Azərbaycanı  Özbəkistanla  birləşdirən  kommunikasiyaları 

nəzərə  alsaq,  bu  gün  Azərbaycan,  İlham  Heydər  oğlunun  qeyd 

etdiyi kimi, Cənubi Qafqazın əsas, aparıcı, mühüm dövlətlərindən 

biridir. Üstəlik, Azərbaycanın inkişaf sürəti və dinamikası bəlkə də 

kimlərinsə  ciddi  həsədinə  səbəb  olur,  Azərbaycanın  dostları  isə 

onu tamamilə dəstəkləyirlər. Bunu nəzərə alsaq, bu gün Azərbaycan 

təkcə  iqtisadi  inkişaf  baxımından,  onun  malik  olduğu  zəngin 



 

242 


ehtiyatlardan  istifadə  edilməsi  baxımından  lider  deyildir.  Son  illərdə 

baş  verən  və  indi  də  davam  edən  hadisələrə  nəzər  salsaq,  öz 

təəssüratlarıma əsasən deyə bilərəm ki, mən 4 il bundan əvvəl – 2008-

ci ildə burada olmuşam. O vaxtdan 4 il keçib. Bu, praktiki baxımdan 

çox qısa müddətdir. Lakin mən dünən və bu gün şəhərin bir hissəsini 

gəzmişəm. Gördüklərim məni sadəcə olaraq, heyran etdi. Bakıda baş 

vermiş  yeniliklər,  dəyişikliklər,  quruculuq  işlərinin  miqyası  heyrət 

doğurur. Praktiki olaraq bütün magistral kommunikasiyalar tamamilə 

yenilənmişdir.  Regionlarda  Şərq  ölkələri  üçün  bəlkə  də  qeyri-adi 

konstruksiyalardan  və  memarlıq  həllərindən  istifadə  edilməklə 

aparılan  tikinti  bir  daha  belə  bir  qəti  inam  yaradır  ki,  Azərbaycan 

sadəcə, Şərqin mərkəzlərindən biri deyil, artıq müasir ölkədir, müasir 

memarlıq  həllərinin  tətbiq  edildiyi  müasir  sivilizasiyadır.  Heç  kəs 

inkar edə bilməz ki, bütün bunlar ilk növbədə, bu gün Azərbaycanda 

təkcə  istehsalın  inkişafı,  ümumi  daxili  məhsulun  artırılması 

baxımından deyil, həm də Azərbaycan üçün tamamilə yeni olan ayrı-

ayrı  sahələrin  inkişafı  baxımından  çox  böyük  dəyişikliklərə  dəlalət 

edir. 


Bu gün Azərbaycan təkcə neft və qaz təchizatçısı deyil, həm də 

enerji  təhlükəsizliyi  baxımından  çox  böyük  rol  oynayan  mühüm 

ölkələrdən  biridir.  Bu  da  çox  vacibdir  ki,  bu  gün  ölkənin  emal 

müəssisələri, neft və qaz emalı müəssisələri öz sözünü daha inamlı 

deyir. 

Hesab edirəm ki, perspektivdə bu, olduqca mühüm maddə, mən 



deyərdim,  yaxın  vaxtlarda  Azərbaycanı  gözləyən  ciddi  struktur 

dəyişikliklərinin  istiqaməti  olacaqdır.  «Struktur  dəyişikliyi»  nə 

deməkdir?  Bu  sadəcə,  sənayenin  və  heç  də  təkcə  neft  emalı 

sənayesinin  şaxələndirilməsi  deyildir,  bütün  iqtisadiyyatın 

şaxələndirilməsidir.  Əlbəttə,  sosial  sahədə  baş  verən  dəyişikliklər 

daha  çox  heyrətləndirir  –  şəhərin  bu  cür  tikilib  abadlaşdırılması, 

Bakıda bu cür dəyişikliklər. Təəssüf ki, bütün Azərbaycanı gəzib-

dolaşmaq  imkanım  yoxdur.  Hər  halda,  nə  vaxtsa  bunu  etmək 

istərdim.  Ümidvaram  ki,  belə  bir  imkan  mənə  nəsib  olacaqdır. 

Mən buna ümid bəsləyirəm. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə