ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə74/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   70   71   72   73   74   75   76   77   ...   123

 

237 


 

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ 

İSLAM KƏRİMOV İLƏ BİRGƏ MƏTBUAT ÜÇÜN 

BƏYANATLARLA  ÇIXIŞLAR 

 

Prezident sarayı  



 

12 oktyabr 2012-ci il  

 

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan 



Respublikasının  Prezidenti  İlham  Əliyev  və  Özbəkistan 

Respublikasının  Prezidenti  İslam  Kərimov  mətbuata  bəya-

natlarla çıxış etmişlər. 

 

Azərbaycan prezidenti İlham Əliyevin  bəyanatı 

 

Hörmətli İslam Abduqəniyeviç! 



Hörmətli qonaqlar! 

Əziz dostlar! 

Hörmətli  cənab  Prezident,  Sizi  Azərbaycan  torpağında 

salamlamağa şadam. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət 

veririk və əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. 

Ölkələrimiz  arasında münasibətlər çox dinamik, effektiv və 

səmərəli  inkişaf  edir.  Sizin  gözəl  ölkənizə  rəsmi  səfərlərimi 

xatırlayıram  və  Sizin  tərəfinizdən  mənə,  mənim  nümayəndə 

heyətimin üzvlərinə göstərilən qonaqpərvərlik mənim üçün çox 

qiymətlidir. Qarşılıqlı səfərlər bütün istiqamətlər üzrə ikitərəfli 

münasibətlərin  fəal  inkişafına  şərait  yaradır.  Onlar  bütün 

sahələrdə  münasibətlərin  inkişafına  güclü  təkan  verir  və 

dövlətlərimiz arasında yaranan münasibətlər bizi çox sevindirir. 

Müstəqillik əldə edəndən sonra keçən 21 il ərzində ölkələrimiz 

arasında  həqiqətən,  dostluq,  qardaşlıq,  strateji  tərəfdaşlıq 

münasibətləri yaranmışdır. 

Biz beynəlxalq təşkilatlarda da bir sıra istiqamətlər üzrə fəal 

qarşılıqlı  əlaqə  saxlayırıq.  Bu  mənim  üçün  çox  xoşdur.  Biz 




 

238 


iştirak  etdiyimiz  bütün  beynəlxalq  qurumlarda,  ilk  növbədə, 

Birləşmiş 

Millətlər 

Təşkilatında, 

İslam 

Əməkdaşlıq 



Təşkilatında,  digər  təşkilatlarda  bir-birimizi  həmişə  dəstək-

ləyirik.  Keçən  il  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik 

Şurasına seçkilər zamanı Özbəkistandan aldığımız fəal dəstəyə 

görə çox minnətdarıq. Ölkəmizə qardaşcasına münasibətin daha 

bir  təzahürü  olan  bu  dəstək  bizə  çox  lazım,  bizim  üçün  çox 

qiymətli  idi.  Biz  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin  tənzimlənməsi  məsələsində  Özbəkistanın 

prinsipial  mövqeyinə  görə  də  çox  təşəkkür  edirik.  2008-ci  ildə 

BMT-nin  Baş  Məclisində  Azərbaycanın  irəli  sürdüyü 

qətnamənin 

Özbəkistan 

tərəfindən 

dəstəklənməsi 

də 


Azərbaycan  xalqı  tərəfindən  yüksək  qiymətləndirilmişdir.  Biz 

də  bütün  beynəlxalq  təşkilatlarda  qardaş  Özbəkistanı  həmişə 

dəstəkləmişik  və  dəstəkləyəcəyik.  Başqa  sözlə  desək, 

beynəlxalq arenada bu cür fəal qarşılıqlı əlaqələr, dünya siyasəti 

məsələlərinə  dair  mütəmadi  fikir  mübadiləsi,  habelə  bizim  bu 

gün apardığımız fikir mübadiləsi də ölkələrimiz və xalqlarımız 

arasında  əlaqələrin  çox  möhkəm  və  səmimi  olmasına  dəlalət 

edir. 


Əlbəttə,  ölkələrimiz  arasında  münasibətlərin  zəngin  tarixi 

vardır.  Xalqlarımız  arasında  dostluq,  əməkdaşlıq,  qarşılıqlı 

dəstək  münasibətləri  çoxəsrlik  tarixə  malikdir.  Biz  müna-

sibətlərimizi  bu  zəmin  üzərində  qururuq.  Bu  gün  biz  qarşılıqlı 

iqtisadi  fəaliyyət  məsələlərini,  regional  problemləri  də  ətraflı 

müzakirə  etdik.  Təbii  ki,  bizim  regionların  öz  spesifikası  ilə 

yanaşı,  ortaq  cəhətləri  də  çoxdur.  Mənim  fikrimcə, 

Özbəkistanın  və  Azərbaycanın  riskləri  minimuma  endirmək, 

əməkdaşlıq  və  qarşılıqlı  anlaşma  ab-havasını  möhkəmlətmək 

siyasəti ölkələrimizin yerləşdiyi regionlardakı dövlətlər arasında 

geniş  əks-səda  doğurur,  habelə  vəziyyətin  sabitləşməsi 

məsələsində mühüm rol oynayır. Bu gün həm Özbəkistan, həm 

də Azərbaycan öz regionlarında sabitləşdirici rol oynayır. İndiki 

mərhələdə,  bizim  regionlarda  potensial  risklərin  artdığı  vaxtda 

bu rol xüsusi əhəmiyyət kəsb edir. Buna görə də bizim ölkələrin 



 

239 


yerləşdiyi  regionlarda  hadisələrin  proqnozlaşdırıla  bilməsi  çox 

cəhətdən ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən, fəal siyasi 

məsləhətləşmələr  aparılmasından  asılıdır.  Biz  də  öz 

tərəfimizdən regionda etimad tədbirlərini möhkəmlətmək, daha 

yaxşı  qarşılıqlı  anlaşmaya  şərait  yaratmaq  və  mövcud 

problemləri  tənzimləmək  üçün  bundan  sonra  da  əlimizdən 

gələni etməyə çalışacağıq. 

Kommunikasiya  layihələri  sahəsində  irəli  sürdüyümüz 

təşəbbüslər  də  böyük  əhəmiyyətə  malikdir.  Bakı–Tbilisi–Qars 

dəmir yolu layihəsinin reallaşması yeni, əvvəlkindən xeyli qısa, 

iqtisadi  baxımdan  səmərəli  nəqliyyat  arteriyaları  yaratmağa 

imkan  verən  nəqliyyat  və  kommunikasiya  layihələri  üçün 

tamamilə  yeni  şərait  yaradır.  Həmçinin  bu  proseslər  həmin 

layihələrə  cəlb  edilmiş  ölkələr  arasında  qarşılıqlı  anlaşma  və 

əməkdaşlıq  üçün  daha  yaxşı  şərait  yaradacaqdır.  Əslində  biz 

Özbəkistanla birlikdə yeni magistral, yeni İpək yolu tikirik. Bu 

yol  qitələri  birləşdirəcək,  böyük  nəqliyyat  potensialını,  bu 

potensialın  ölkələrimiz  üçün  reallaşmasını  uzun  illər  ərzində 

təmin 

edəcək, 


bizim 

regionda 

etimad 

tədbirlərini 



möhkəmlətməyə şərait yaradacaqdır. 

Biz  müştərək  investisiya  layihələrini  nəzərdən  keçirməyə 

hazırıq.  Zənnimcə,  bunun  üçün  yaxşı  imkanlar  var.  Həm 

Özbəkistan, həm də Azərbaycan çox böyük iqtisadi və maliyyə 

potensialına,  böyük  texniki  imkanlara  malik  olan  ölkələrdir. 

Hökumətlərarası Komissiyanın bu günlərdə keçirilmiş iclası da, 

mənim  fikrimcə,  iqtisadi  əlaqələrin  inkişaf  yollarını  müəyyən 

etmişdir.  Hesab  edirəm  ki,  ölkələrimiz  arasında  təəssüf  ki, 

hələlik lazımi səviyyədə olmayan əmtəə dövriyyəsinin həcminin 

artırılmasına  dair  müştərək  layihələrin  həyata  keçirilməsində 

bizim istehsalçıları dəstəkləməliyik. 

Bu  gün  biz  elm,  mədəniyyət,  təhsil  sahələrində,  humanitar 

sahədə  əməkdaşlıqla  bağlı  məsələlərlə  yanaşı,  həm  də  daha 

geniş planda dünyada bu münasibətlərin necə qurulmalı olması 

məsələsini, humanitar əməkdaşlıq proseslərində bizim ölkələrin 

rolu  və  yeri  məsələlərinə  konseptual  yanaşmanı  da  hərtərəfli, 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə