ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə50/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   46   47   48   49   50   51   52   53   ...   123

 

161 


5 min tonluq soyuducu anbar olan Aqrar Sənaye Kompleksinin 

ümumi  dəyəri  6,5  milyon  manatdır.  Bu  layihəyə  Sahibkarlığa 

Kömək Milli Fondu tərəfindən 4,5 milyon manat güzəştli kredit 

verilmişdir.  Fabrikdə  ilkin  olaraq  Bərdə  və  ətraf  rayonlardan 

mal-qaranın  alınması,  sanitar-gigiyenik  normalara  əməl 

edilməklə kəsilməsi, doğranması və 10 çeşiddə qablaşdırılaraq 

istehlakçılara  təqdim  edilməsi  mümkün  olacaqdır.  Soyuducu 

anbar kompleksi müəssisənin öz məhsulları ilə yanaşı, Bərdə və 

ətraf  rayonlarda  fəaliyyət  göstərən  sahibkarların  istehsal 

etdikləri  meyvə-tərəvəz,  ət  və  süd  məhsullarının  uzun  müddət 

itkisiz  saxlanmasına  imkan  yaradacaqdır.  Ət  emalı  fabrikinin 

xammal bazasının yaradılması məqsədi ilə 3 min başlıq ətlik və 

südlük  istiqamətli  heyvandarlıq  komplekslərinin  tikinti  işlərinə 

başlanılmışdır.  Bu  layihələrin  maliyyələşdirilməsinə  də 

Sahibkarlığa  Kömək  Milli  Fondu  tərəfindən  9  milyon 

manatadək  güzəştli  kredit  ayrılmışdır.  Layihələrin  icrası 

nəticəsində 250 nəfər işlə təmin olunmuşdur. 

Görülmüş işlərdən razılığını bildirən prezident İlham Əliyev 

həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə 

və  vaxtında  başa  çatdırılması  üçün  tapşırıq  və  tövsiyələrini 

verdi. 

 

      Nüşabə parkında yaradılmış şəraitlə tanışlıq   

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 



Bərdədə Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur. 

Məlumat verildi ki, zəngin tarixə malik Bərdə Azərbaycanın 

siyasi  və  mədəni  həyatında  mühüm  iz  qoymuş  qədim 

bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi 

Nizami  Gəncəvinin  də  əsərlərində  bəhs  olunur.  Məhz  Nizami 

Gəncəvinin  «İsgəndərnamə»  poemasının  qəhrəmanı,  Bərdə 

hökmdarı  Nüşabənin  heykəli  doğma  şəhərində  ucaldılmış, 

Heydər Əliyev prospektində onun adını daşıyan park salınmış-

dır.  Bərdənin,  ümumiyyətlə,  Azərbaycanın  tarixində  çox  böyük 


 

162 


rol  oynayan  qadın  hökmdarı  Nüşabənin  heykəli  əraziyə  xüsusi 

yaraşıq verir. 

Bildirildi  ki,  parkın  yerləşdiyi  ərazi  əvvəllər  yararsız  və-

ziyyətdə  olmuş,  Bərdə  Rayon  İcra  Hakimiyyətinin  daxili 

imkanları  hesabına  aparılan  yenidənqurma  işlərindən  sonra 

ərazi  tamamilə  simasını  dəyişmişdir.  Ümumi  sahəsi  0,7  hektar 

olan  parkda  şəhər  sakinlərinin  istirahəti  üçün  hər  cür  şərait 

yaradılmışdır. Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəs-

süm etdirir. İstirahət məkanının mərkəzində Nüşabənin heykəli 

qoyulmuşdur.  Parkda  mövzusu  Nizami  Gəncəvinin  «İs-

gəndərnamə» poemasından götürülmüş 7 tablo hazırlanmışdır. 

Tablolarda  Nüşabənin  İsgəndərlə  görüşü,  Nüşabənin  ağsaq-

qallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səh-

nələr əks olunmuşdur. Parkda abadlıq işləri aparılmış, 2 bulaq 

qurulmuş,  yaşıllıqlar  salınmış,  müasir  işıqlandırma  sistemi 

qurulmuşdur. Burada hər cür hava şəraitinə davamlı material-

lardan  hazırlanan  oturacaqlar  və  Bərdədən  tapılmış  arxeoloji 

materiallar qoyulmuşdur. Parkda, həmçinin  Çay evi də fəaliy-

yət göstərəcəkdir. 

 

 

 


 

163 


 

BƏRDƏ RAYON İCTİMAİYYƏTİNİN 

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ  

 

7 oktyabr 2012-ci il  

 

Sizi  ürəkdən  salamlayıram.  Xoş  gördük.  Yenidən  Bər-

dədə  olmağımdan  çox  şadam,  çox  məmnunam.  Bərdəyə  son 

dəfə  3  il  bundan  əvvəl  gəlmişəm.  Bu  gün  də  buradayam, 

görürəm  ki,  çoxlu  dəyişikliklər  var.  Buna  çox  sevinirəm,  çox 

şadam. Əminəm ki, siz də sevinirsiniz. 

Bərdə  doğrudan  da  gözəlləşir,  gülüstana  çevrilir.  Gözəl 

binalar tikilir, təmir edilir, parklar, istirahət zonaları, yaşıllıqlar 

salınır.  Şadam  ki,  işlər  çox  yaxşı  gedir.  Bütün  işlər  böyük 

məhəbbətlə,  zövqlə  və  insanların  normal  yaşamaları  üçün 

görülür. 

İndi Qəhrəmanlar parkında oldum. Böyük ərazini əhatə edir. 

Genişləndirmək  üçün  əlavə  təkliflər  vardır.  İcra  başçısı  yeni 

istirahət  zonalarının  yaradılması  ilə  bağlı  təkliflər  irəli  sürdü, 

planşetlərdə  göstərdi.  Çox  şadam  ki,  Bərdədə  belə  sürətli 

inkişaf,  quruculuq,  abadlıq  işləri  aparılır.  Siz  də  bunların 

hamısını  həm  görürsünüz,  həm  də  bütün  bu  işlərin 

iştirakçılarısınız. 

Keçən ilin əvvəlində Bərdəyə yeni icra başçısı təyin edilib. 

Siz  də  şahidsiniz  ki,  dərhal  çox  böyük  işlər  görülməyə  baş-

lanmışdır.  Əlbəttə,  dövlət  siyasəti,  regionların  sosial-iqtisadi 

inkişafı  Dövlət  Proqramı  vardır.  Hər  şey  proqram  üzrə  gedir. 

Ancaq  yerlərdəki işçilərdən,  nümayəndələrdən  çox  şey  asılıdır. 

Harada  ki  işgüzarlıq,  fəallıq  və  xalqa  məhəbbət  vardır,  orada 

işlər də görülür. 

Bu  gün  Bərdə  ölkə  miqyasında  ən  sürətlə  inkişaf  edən 

rayonlardan  biridir.  Çox  şadam,  çünki  Bərdənin  inkişafı  üçün 

çox böyük işlər görülmüşdür və görülməlidir. Bərdə bizim tarixi 

şəhərimizdir,  qədim  şəhərdir.  Bərdə  qədim  xəritələrdə  vardır. 

Bu  reallıqdır.  Əlbəttə,  biz  hər  bir  rayonun  inkişafı  üçün  bütün 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə