ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə46/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   42   43   44   45   46   47   48   49   ...   123

 

149 


Kompüterləşmə  gedir,  kəndlərə  qədər  internet  çəkilir. 

Genişzolaqlı 

internet 

çəkilir. 

Azərbaycan 

internetin 

genişlənməsi  istiqamətində  bölgədə  ən  sürətlə  inkişaf  edən 

ölkədir.  Statistikaya  görə  əhalimizin  65  faizi  internet  istifa-

dəçisidir.  Əlbəttə,  bu  işlər  davam  etdiriləcəkdir.  Amma  bu, 

məsələnin texniki və maddi tərəfidir. 

Biz  təhsilə  böyük  investisiyalar  qoyuruq.  Bundan  sonra  da 

qoyacağıq,  informasiya-kommunikasiya  texnologiyalarının 

inkişafına  investisiya  qoyuruq.  Dövlət  öz  tərəfindən  maddi-

texniki  bazanı  gücləndirir.  Təhsilin  keyfiyyətinə  gəldikdə, 

əlbəttə,  burada  islahatlar  daha  da  əsaslı  olmalıdır.  Bütövlükdə 

cəmiyyətimizin  intellektual  səviyyəsi  yüksəkdir,  ancaq  bu 

sahədə  də  hər  hansı  uğurla  kifayətlənmək  olmaz.  Tədris 

prosesinə, təhsilin səviyyəsinə, əlbəttə ki, yenidən baxılmalıdır. 

Elə  etməliyik  ki,  orta  məktəbi  bitirən  insan  doğrudan  da 

hazırlıqlı, bilikli olsun. 

İlkin  bilik  bazası  orta  məktəbdə  formalaşır.  Kompleks 

tədbirlər, əlbəttə ki, burada öz rolunu oynayır. Ali məktəblərdə 

müəllimlərin  hazırlanması,  onların  məsuliyyəti,  ailələrdə  bu 

məsələyə  verilən  diqqət  və  dövlət  tərəfindən  ayrılan 

investisiyalar,  məqsədyönlü  şəkildə  aparılan  islahatlar  əminəm 

ki, yaxın illərdə təhsildə daha da ciddi irəliləyişə gətirib çıxara 

bilər. 

K a m a l  M ə m m ə d z a d ə (Bakı Dövlət Universiteti 

hüquq  fakültəsinin  IV  kurs  tələbəsi):  Möhtərəm  Prezident! 

Tərtər  gəncləri  adından  Sizi  salamlayır  və  rayonumuza  «Xoş 

gəlmisiniz!» – deyirik. Cənab Prezident! Biz bilirik ki, Siz hər 

zaman gənclərimizə xüsusi diqqət və qayğı göstərirsiniz. Müasir 

Gənclər  Mərkəzinin  rayonumuzda  tikilməsi  bunun  bariz 

nümunəsidir.  Möhtərəm  Prezident, sıx  iş qrafikinizin olmasına 

baxmayaraq,  biz  gənclərlə  görüşə  vaxt  ayırdığınız  üçün  Sizə 

təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. 

Bildiyimiz  kimi,  ölkəmizdə  korrupsiyaya  qarşı  ciddi 

mübarizə  gedir.  Ölkəmizdə  aparılan  quruculuq  işlərinə,  sosial-

iqtisadi  sahədə  aparılan  islahatlara,  eləcə  də  Azərbaycanın 



 

150 


işgüzar  nüfuzuna  xələl  gətirən  korrupsiya  faktlarının  aradan 

qaldırılmasında  ciddi  tədbirlər  görülür.  Lakin  məlum  son 

hadisələr 

korrupsiyaya 

qarşı 

mübarizənin 



daha 

da 


gücləndirilməsi  zərurətini  yaradır.  Bu  haqda  Sizin  fikrinizi 

bilmək istərdik. 



İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Korrupsiyanı  şərtləndirən  amillər 

vardır. Təkcə inzibati addımlarla bu bəla ilə mübarizə aparmaq 

çox  çətindir.  Çünki  inzibati  addımlar  atılır,  cəza  tədbirləri 

görülür, insanlar cəzalandırılır, həbs edilir. Ancaq ondan sonra 

o  yerlərə  gələn  yeni  təyin  edilmiş  insanlar  da  bəzi  hallarda 

müəyyən  müddətdən  sonra  eyni  yolla  gedirlər.  Ona  görə 

inzibati  tədbirlər,  əlbəttə  ki,  davam  etdiriləcəkdir.  Cəza 

tədbirləri  daha  da  sərt  olacaqdır.  Ancaq  bununla  bərabər, 

korrupsiyanı  mümkünsüz  etmək  üçün  yeni  üsullar  da  artıq  işə 

salınır. 

Elektron 

hökumət, 

Rabitə 

və 


İnformasiya 

Texnologiyaları  Nazirliyinin  xətti  ilə  tətbiq  edilən  yeni 

sistemlər,  qeydiyyat  məsələsi,  indi  yeni  yaradılmış  «Asan 

xidmət»  xeyli    dərəcədə  bu  korrupsiyanın  qarşısını  alacaqdır. 

Biz  çalışırıq  ki,  Azərbaycanda  şəffaflığı  maksimum  dərəcədə 

tətbiq edək. Bu sahədə də uğurlara nail olmuşuq. Bizim Dövlət 

Neft Fondu bu gün dünya miqyasında ən şəffaf Neft Fondudur. 

Dünyada bu istiqamətdə gedən islahatlarda biz birinciyik və 

Hasilat  Sənayelərində  Şəffaflıq  Təşəbbüsünün  birinci  tam-

hüquqlu  üzvü  məhz  Azərbaycandır.  Bu  mümkündür,  biz  bunu 

etmişik.  Dövlət  qurumlarının  şəffaflığı  məsələləri  əhəmiyyət 

daşıyır,  yəni  şəffaflıq  olan  yerdə  korrupsiya  üçün  meydan 

daralır.  Ona  görə  cəza  tədbirləri,  inzibati  tədbirlər  mütləq 

davam etdirilməlidir, bu reallıqdır, bunsuz mümkün deyildir. 

Dövlət siyasəti var, bütün lazımi tədbirlər görülübdür, bütün 

göstərişlər  verilibdir  və  hesab  edirəm  ki,  biz  artıq  tədricən  bu 

mübarizədə  qalib  gəlməyə  başlamışıq.  Azərbaycanda  olan 

inkişaf  dünya  miqyasında  bəlkə  də  heç  bir  yerdə  yoxdur.  İlk 

dəfə  Azərbaycana  –  istər  bölgələrə,  istər  Bakıya  gələn  hər  bir 

qonaq öz təəccübünü gizlədə bilmir, deyir ki, təsəvvür etmirdik 

ki,  bu  dərəcədə  inkişaf  etmiş  ölkəniz  var,  bu  dərəcədə  yenilik, 



 

151 


quruculuq,  abadlıq,  infrastruktur  işləri  aparılır.  Demək  olar  ki, 

ilk dəfə gələn hər bir xarici qonaq bir şeyi vurğulayır ki, gözəl 

insanlarınız  var,  əhval-ruhiyyə  çox  gözəldir.  Bunlar  hamısı 

bizim  üstünlüyümüzdür  və  bunun  fonunda  korrupsiyaya 

dözümlülük  qətiyyən  mümkün  deyil.  Mən  əminəm  ki,  bütün 

başqa sahələrdə olduğu kimi, bu sahədə də biz istədiyimizə nail 

olacağıq. 

A y g ü n  M ə m m ə d l i (Azərbaycan Tibb Universitetinin 

tələbəsi): Cənab Prezident, əvvəlcə Sizi Tərtər gəncləri adından 

salamlayıram  və  göstərdiyiniz  diqqətə  görə  təşəkkürümü 

bildirirəm.  Biz  Azərbaycan  gənclərinin  arzusu  hər  zaman 

yüksək  təhsil  almaq,  təhsilimizi  bitirdikdən  sonra  isə  savadlı 

kadr  kimi  dövlətimizə  və  xalqımıza  xidmət  etməkdir.  Son 

dövrlərdə  dövlət  qurumlarında  gəncləşmə  prosesi  müşahidə 

olunur.  Bu  isə  Sizin  uğurlu  siyasətinizin  məntiqi  nəticəsidir. 

Bununla  yanaşı,  Sizin  sərəncamınız  ilə  təsdiq  olunmuş 

«Azərbaycan  gəncliyi  Dövlət  Proqramı»nda  da  gənc  kadrlar 

barəsində  müddəalar  vardır.  Son  dövrlərdə  regionlarımızda 

sosial-iqtisadi  inkişaf  sürətlə  gedir.  Sürətlə  gedən  inkişaf  isə 

kadr  siyasəti  ilə  birbaşa  bağlıdır.  Biz  istərdik  ki,  bu  sürətli 

inkişaf  prosesində  gənc  kadrların  potensialından  da  səmərəli 

şəkildə  istifadə  olunsun.  İstərdik  ki,  bunlar  barəsində  öz 

fikrinizi bildirəsiniz. 

İ l h a m  Ə l i y e v: Bizim mövqemiz tamamilə aydındır. Mən 

bu  barədə  dəfələrlə  öz  fikrimi  bildirmişəm.  Gəncləşmə  prosesi 

getməlidir  və  gedir.  Hər  bir  cəmiyyətdə  bu  olmalıdır.  Əgər  bu 

olmasa,  nə  olacaq?  Durğunluq  olacaq.  Biz  buna  imkan  verə 

bilmərik.  Ona  görə  2011–2015-ci  illəri  əhatə  edən  «Azərbaycan 

gəncliyi  Dövlət  Proqramı»nın  icrası  məhz  bu  zərurətdən  əmələ 

gəlibdir.  Proqram  çox  genişdir  və  proqramın  tərtibatında  gənclər 

fəal iştirak etmişlər. Çünki proqram qəbul edilməzdən əvvəl geniş 

müzakirələr  aparılmışdı,  təkliflər  gəlmişdi.  Ondan  sonra  mənə 

yenidən məruzə edildi, dedim ki, yerlərdən gələn təkliflər daha da 

çox nəzərə alınsın. Beləliklə, proqram artıq formalaşıb, icra edilir. 

Gənclər  Fondu  yaradılmışdır.  Bu  da  çox  vacibdir  və  Prezidentin 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə