ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə45/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   41   42   43   44   45   46   47   48   ...   123

 

146 


nəyisə  dəyişək,  hansısa  güzəştə  gedək.  Əfsuslar  olsun  ki,  bu 

bəyanatdan sonra hələ ki, konkret addımlar atılmır. 

Qeyd  etdiyiniz  kimi,  Ramil  Səfərov  məsələsi  də  həm  er-

mənilər  tərəfindən,  həm  də,  əfsuslar  olsun  ki,  bəzi  xarici 

dairələr  tərəfindən  bir  bəhanə  kimi  ortaya  qoyuldu  və  bu 

məsələyə görə danışıqlar indi dalana dirənib. Danışıqlar dalana 

dirənib  ona  görə  ki,  Ermənistan  status-kvonu  dəyişdirmək 

istəmir. Ermənistan öz diasporunun gücünə arxayındır və hesab 

edir  ki,  bu  status-kvonu  əbədi  saxlaya  bilər.  Ramil  Səfərovun 

məsələsi elə bil ki, həm onlara, həm bu məsələ ilə məşğul olan 

bəzi  xarici  ölkələrə  imkan  verdi  ki,  Azərbaycanı  qınasınlar, 

sanki Azərbaycan danışıqlar prosesinə zərbə vurur. Biz 2009-cu 

ilin  sonunda  ATƏT-in  Minsk  qrupu  tərəfindən  verilmiş 

yeniləşmiş  Madrid  prinsiplərinin  əsas  parametrlərini  qəbul 

etdik,  Ermənistan  etiraz  etdi.  Bu  ədalətsizlikdir  və  biz  bu 

vəziyyətlə  barışa  bilmərik.  Heç  vaxt  imkan  verə  bilmərik  belə 

rəy  formalaşsın  ki,  guya  Azərbaycanın  addımları  danışıqların 

uğursuzluğuna  gətirib  çıxarır.  Bu  belə  deyil  və  bu  ədalətsiz 

mövqe üstünlük qazana bilməz. 

Ramil  Səfərov  məsələsinə  gəldikdə,  bir  daha  demək  istə-

yirəm  ki,  hər  şey  qanun  çərçivəsində  həll edilibdir.  Avropanın 

qəbul  etdiyi  konvensiyalar  əsasında  ekstradisiya  məsələsi  həll 

olundu  və  Azərbaycan  Konstitusiyası  əsasında  Ramil  Səfərov 

mənim tərəfimdən əfv edildi. Bu çox düzgün qərar idi və mən 

bir  daha  demək  istəyirəm  ki,  əgər  lap  o  vaxt  bilsəydim  ki, 

ermənilər  və  onların  havadarları  belə  hay-küy  qaldıracaqlar, 

yenə  də  mən  Ramil  Səfərovu  Azərbaycana  gələn  kimi  əfv 

edəcəkdim. 

Azərbaycan  öz  zabitini  Vətənə  qaytardı.  Ən  vacib  məsələ 

bundan  ibarətdir.  Ermənilər  nə  deyirlər  desinlər,  bu  məni 

qətiyyən  maraqlandırmır.  Onların  havadarları  nə  deyirlər 

desinlər,  bu  məni  maraqlandırmır,  mən  bu  bəyanatlara  əhə-

miyyət vermirəm və Azərbaycana edilən əsassız hücumların heç 

biri cavabsız qalmamışdır. 




 

147 


Avropa  Parlamenti,  əfsuslar  olsun  ki,  ikinci  dəfə  anti-

azərbaycan  qətnamə  qəbul  edir.  Azərbaycanın  Milli  Məclisi 

onlara layiqli cavab verdi, Prezident Administrasiyası da layiqli 

cavab verdi. Digər beynəlxalq təşkilatlar, Avropa Şurasının baş 

katibi  –  o  adam  ki,  ümumiyyətlə,  humanizmin  keşiyində 

durmalıdır, insan haqlarının qorunmasının keşiyində durmalıdır 

– Avropa Şurası əvvəlki illərdə bəzi hallarda humanitar əsaslar 

bəhanə gətirərək Azərbaycan dövlətini məcbur edirdi ki, cinayət 

törətmiş insanları əfv etsin, yəni cinayətkarları əfv etsin. Ramil 

Səfərov  9  ilə  yaxın  həbsdə  yatdı,  yəni  artıq  onun  əfvi  bütün 

mənəvi,  siyasi,  hüquqi cəhətdən  tamamilə  əsaslıdır.  Ancaq  biz 

nəyi  görürük?  Yenə  ikili  standartlar  siyasətini  görürük.  Əgər, 

mən tam əminliklə deyirəm, erməni zabiti Azərbaycan zabitini 

öldürsəydi,  bax,  əgər  tamamilə  əks  vəziyyət  olsaydı,  heç  vaxt 

bu qədər hay-küy qalxmazdı. Bizə qarşı ikili standartlar siyasəti 

aparılır, bu reallıqdır, bu siyasətin səbəbləri var, hamımız bu sə-

bəbləri bilirik. 

Ancaq  yenə  də  deyirəm,  bizi  tutduğumuz  yoldan  heç  kim 

döndərə  bilməz.  Azərbaycan  müstəqil  dövlətdir,  beynəlxalq 

təşkilatlarda  fəaliyyət  göstərir  və  aparıcı  beynəlxalq  təşkilatlar 

Azərbaycanın mövqeyini müdafiə edir. BMT, onun Baş Məclisi 

Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  bizim  maraqlarımıza 

uyğun olan qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası 

4  qətnamə  qəbul  etmişdir.  «Qoşulmama  Hərəkatı»  –  hansı  ki 

120 ölkəni birləşdirir – bizim mövqemizi dəstəkləmişdir. İslam 

Əməkdaşlıq  Təşkilatı  bizim  mövqemizi  dəstəkləmişdir.  Ona 

görə  biz,  yenə  də  deyirəm,  tutduğumuz  yoldan  dönməyəcəyik, 

ermənilərin  qaldırdığı  hay-küy  heç  bir  əhəmiyyətə  malik 

deyildir.  Biz  onu,  ümumiyyətlə,  heç  nəzərə  almırıq.  Bəzi 

Avropa  siyasətçilərinin  əsassız  hücumları  da  cavabsız 

qalmayacaq və qalmır. 

X ə d i c ə  M ə m m ə d l i (Goranboy şəhər 2 saylı orta 

məktəbin  XI  sinif  şagirdi):  Hörmətli  cənab  Prezident!  Mən  ilk 

növbədə  Sizi  Goranboy  gəncləri  adından  salamlayıram!  Sizə 

gənclərə  göstərdiyiniz  diqqət  və  qayğıya  görə  təşəkkürümü 



 

148 


bildirirəm.  Cənab  Prezident,  son  dövrdə  Sizin  tapşırıqlarınıza 

əsasən  Azərbaycanda  təhsil  sahəsində  yüksək  səviyyəli  və  ən 

müasir  maddi-texniki  bazanın  yaradılmasının  şahidiyik. 

Xüsusilə  bölgələrdə  inşa  edilən  təhsil  müəssisələrinin  artması 

dövlətimizin  təhsilə  göstərdiyi  diqqət  və  qayğının  nəticəsidir. 

Bu  isə  bizim  daha  böyük  biliklər  almaq  imkanımızı  artırır. 

Lakin  buna  baxmayaraq,  təhsil  sahəsində  bir  sıra  problemlər 

yaşanmaqdadır.  Biz  buna  bölgə  məktəblərində  elektron 

kitabxanaların  sayının  az  olması  və  internetə  çıxış  sürətinin 

aşağı  olması  kimi  səbəbləri  misal  göstərə  bilərik.  Cənab 

Prezident,  bizim  üçün  maraqlıdır,  təhsil  sahəsində  islahatlar 

davam etdiriləcəkmi? 



İ l h a m  Ə l i y e v: Şübhəsiz, davam etdiriləcək. Bütöv-

lükdə bütün sahələrdə islahatlar davam etdirilməlidir. İslahatlar 

elə  bir  anlayışdır  ki,  onların  sonu  yoxdur.  Siyasi  islahatlar, 

iqtisadi  islahatlar,  əlbəttə  ki,  təhsil  sahəsində  islahatlar 

aparılmalıdır.  İslahat  yenilik  deməkdir.  Həyat  yerində  durmur, 

həyat  davam  edir,  dünya  inkişaf  edir.  İslahat  sadəcə  olaraq, 

düzgün  addımın  düzgün  vaxtda  atılması  deməkdir.  Təhsil 

sahəsində son illərdə islahatlar aparılmışdır. 

Qeyd  etdiyiniz  kimi,  təhsilin  maddi-texniki  bazası  böyük 

dərəcədə  möhkəmləndirilmişdir.  Bölgələrdə  2200-dən  çox 

məktəb tikilmişdir. Bakı şəhərində gələn ilin sonunda bir dənə 

də  olsun  qəzalı  vəziyyətdə,  təmirsiz  məktəb  qalmayacaqdır. 

Bölgələrə  gəldikdə,  əfsuslar  olsun  ki,  hələ  bölgələrdə  qəzalı 

vəziyyətdə  məktəblər  vardır.  Hər  bir  rayona  getməzdən  əvvəl 

mənə  verilən  arayışda,  xüsusilə  mən  deyirəm  göstərilsin  ki, 

neçə  məktəb  qəzalı  vəziyyətdədir?!  Biz  bunu  bilirik.  Bu 

problem  var.  Problem  bu  gün  yaranmayıb  və  demək  istəyirəm 

ki,  son  8-9  ildə  2200-dən  çox  məktəbin  tikintisi  bu  problemin 

tədricən aradan qaldırılmasına kömək etmişdir. 

Məktəblərin  müasir  avadanlıqlarla  təchiz  edilməsi,  əlbəttə 

ki, çox vacib məsələdir. İndi kompüterləşmə prosesi gedir. Əgər 

10  il  bundan  əvvəl  1000  şagirdə  bir  kompüter  düşürdüsə,  indi 

təqribən  30,  bəlkə  ondan  da  az  şagirdə  bir  kompüter  düşür. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə