ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə41/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   37   38   39   40   41   42   43   44   ...   123

 

133 


heyəti üzvlərini dövlətimizin başçısına təqdim etdi.       O, böyük 

nümayəndə  heyəti  ilə  ölkəmizə  səfər  etməsini  Uruqvayın 

Azərbaycan  ilə  əməkdaşlığın  genişləndirilməsinə  olan  mara-

ğının  göstəricisi  kimi  dəyərləndirdi  və  əlaqələrimizin  müxtəlif 

sahələrdə  inkişaf  etdirilməsi  üçün  böyük  imkanların  olduğunu 

dedi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

134 


 

ÇİLİ RESPUBLİKASI DEPUTATLAR 

PALATASININ KOMİSSİYA SƏDRİ,  

ÇİLİ – AZƏRBAYCAN  DOSTLUQ QRUPUNUN 

RƏHBƏRİ ENRİKE AKKORSİNİN BAŞÇILIQ 

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

5 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  5-də  Çili  Respublikası  Deputatlar  Palatasının  yox-

sulluqla  mübarizə,  planlaşdırma və sosial  inkişaf  daimi  komis-

siyasının sədri, Çili–Azərbaycan dostluq qrupunun rəhbəri En-

rike  Akkorsinin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir. 

Dövlətimizin  başçısı  Çili  Deputatlar  Palatasının  komissiya 

sədri,  Çili–Azərbaycan  dostluq  qrupunun  rəhbəri  Enrike  Ak-

korsinin  başçılıq  etdiyi  nümayəndə  heyətinin  Bakı  Beynəlxalq 

Humanitar  Forumunda  iştirakının  önəmini  qeyd  etdi.  Səfərin 

ikitərəfli  münasibətlərimizin  inkişafı  baxımından  əhəmiyyətini 

vurğulayan  prezident  İlham  Əliyev  əlaqələrimizin  geniş-

ləndirilməsi  üçün  böyük  potensialın  olduğunu  dedi.  Dövləti-

mizin  başçısı  parlamentlərarası  əməkdaşlığın  ikitərəfli  müna-

sibətlərimizin inkişafındakı rolunu vurğuladı. 

Enrike  Akkorsi  Azərbaycana  gələn  nümayəndə  heyətinin 

tərkibində  Çilinin  bütün  siyasi  partiyalarının  təmsil  olunduğunu 

məmnunluqla  qeyd  etdi.  Bakı  Beynəlxalq  Humanitar  Forumunda 

prezident  İlham  Əliyevin  nitqinin  böyük  maraqla  qarşılandığını 

nəzərə çatdıran qonaq dünyada sülhün qorunmasında və qarşılıqlı 

anlaşmanın təmin olunmasında forumun əhəmiyyətini vurğuladı. 

 

 



 


 

135 


 

TƏRTƏR  RAYONUNA SƏFƏR  

 

7 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  7-də  Tərtər  rayonuna  səfərə  gəlmişdir.  Dövlətimizin 

başçısı  əvvəlcə  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin 

Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, 

önünə gül dəstəsi qoydu.  

Tərtər  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Ceyhun  Cəfərov 

prezident  İlham  Əliyevə  abidənin  ətrafında,  həmçinin  rayonda 

aparılan abadlıq işləri, eləcə də inşa olunmuş obyektlər barədə 

məlumat verdi. 

Bildirildi ki, bu obyektlərdən biri də yeni yaradılmış 3000 ton-

luq  soyuducu  anbar  kompleksidir.  Kompleksin  əsas  maliyyə 

vəsaiti  Sahibkarlığa  Kömək  Milli  Fondunun  payına  düşür. 

Kompleksin ümumi dəyəri 2 milyon manatdır ki, bunun da   1,4 

milyon manatı fond tərəfindən güzəştli kredit kimi verilmişdir. 

Regionlarda  sahibkarlığın  inkişafı,  xüsusən  də  cəbhəyanı 

bölgələrdə  yeni  istehsal  müəssisələrinin  yaradılması  iqtisadi 

siyasətin prioritetlərindəndir. Bu amil nəzərə alınaraq kompleks 

məhz  cəbhəyanı  rayonda  inşa  olunmuşdur.  5  soyuducu 

kameradan  ibarət  olan  kompleksdə  yaradılan  şərait  ətraf 

rayonların  fermerlərinə  də  yüksək  səviyyədə  xidmət  etməyə 

imkan  verir.  Bu  kompleksin  yaradılması  ilə  fermerlərin  məh-

sullarını  keyfiyyətini  itirmədən  saxlaması  problemi  tam  həllini 

tapır.  Kompleksin  inşası  kənd  təsərrüfatı  məhsullarının  isteh-

salının  artırılmasına  təkan  verməklə,  bölgədə  yaşayan  insan-

ların  maddi  rifahının  daha  da  yaxşılaşdırılmasına  və  məşğul-

luğunun  artırılmasına  imkan  verəcəkdir.  Layihənin  icrası 

nəticəsində burada 26 nəfər işlə təmin olunmuşdur. 

 

 



 

136 


Yevlax–Xocalı–Laçın avtomobil yolunun Yevlax–Bərdə 

sahəsinin tikintisi başa çatmış 29 kilometrlik  

hissəsinin açılışı mərasimi 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 

Tərtər rayonuna səfəri  çərçivəsində Yevlax–Xocalı–Laçın avto-

mobil yolunun Yevlax–Bərdə  sahəsinin tikintisi  başa çatmış  29 

kilometrlik hissəsinin açılışında iştirak etmişdir. 

Dövlətimizin başçısı yolun texniki göstəricilərini,  əvvəlki və 

sonrakı  vəziyyətini,  eləcə  də  2013-cü  ildə  yenidən  qurulması 

nəzərdə tutulan yollarla bağlı məlumatları əks etdirən stendlərə 

baxdı. 

Prezidentə məlumat verildi ki, Yevlax–Xocalı–Laçın yolunun 

Yevlax–Bərdə  sahəsinin  tikintisi  başa  çatmış  29  kilometrlik 

hissəsinin  əhəmiyyəti  bu  yolun  regional  mahiyyət  kəsb 

etməsindədir.  Tərtər,  Ağcabədi,  Bərdə,  Ağdam  istiqamətində 

avtomobillərin  rahat  hərəkətinə  imkan  verən  bu  yol  həmin 

bölgələrdə  yaşayan  insanların  mənzil  başına  vaxtında  və 

təhlükəsiz çatmalarına da imkan yaradır. 

Bildirildi  ki,  yolun  birinci  texniki  dərəcəli  hissəsinin  uzun-

luğu 6,4 kilometr, eni 15–20 metrdir. Yolun ikinci texniki dərə-

cəli  hissəsinin  uzunluğu  22,6  kilometr,  eni  9  metrdir.  Yolda 

texniki dərəcələrə müvafiq olaraq hərəkət zolaqlarının sayı  4-

2  nisbətində  dəyişir.  Asfalt-beton  örtüklü  yol  üzərində  2  körpü 

yenidən  qurulub.  Ümumilikdə  yolda  160  min  ton  asfalt-beton 

örtüyündən istifadə edilmişdir. 

Diqqətə  çatdırıldı  ki,  hazırda  Bərdə–İstisu  avtomobil  yolu-

nun Bərdə–Tərtər hissəsinin tikintisi davam etdirilir. İnşasında 

80  min  ton  asfalt-beton  örtüyündən  istifadə  olunacaq  yolun 

uzunluğu  18  kilometrdir.  İkinci  texniki  dərəcəli  yolda  tikinti 

işlərinin  bu  ilin  noyabrında  başa  çatdırılması  nəzərdə  tutul-

muşdur. 

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi 

və yeni yolun yüksək səviyyədə inşasından razılığını bildirdi. 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə