ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


Ə  b  d  ü  l  ə  z  i  z    b  i  n    O  s  m  a  n    ə  l  -T  ü  v  e  y  c  r  i



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə38/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   34   35   36   37   38   39   40   41   ...   123

 

124 


Ə  b  d  ü  l  ə  z  i  z    b  i  n    O  s  m  a  n    ə  l  -T  ü  v  e  y  c  r  i 

(İSESKO-nun baş direktoru): Mən Bakı Beynəlxalq Humanitar 

Forumunda  iştirak  etməkdən  məmnunam  və  əslində  bu, 

dünyanın  ən  mühüm  forumlarından  birinə  çevrilmişdir.  Bu 

forum  siyasi,  intellektual,  elmi  və  akademik  şəxsiyyətləri, 

müxtəlif  mənşəli  və  müxtəlif  ölkələrdən  olan  elit  qrupları  bir 

araya  gətirir.  Sözün  əsl  mənasında,  bu  ən  yüksək 

dəyərləndirilən  təşəbbüslərdən  biridir.  Bu  təşəbbüs  prezident 

İlham  Əliyev  tərəfindən  irəli  sürülmüşdür.  Beynəlxalq 

ictimaiyyətə  təklif  olunmuşdur  ki,  belə  bir  yanaşmaya 

əsaslanaraq, biz sülhə olan güclü inamımızı nümayiş etdirək. Bu 

cür  mühüm  bir  hərəkət  əslində,  göstərilən  beynəlxalq  səylərə 

böyük  bir  töhfədir  və  dünyada  yeni,  güclü  quruluşun 

yaradılmasına  yönəldilibdir.  Əslində  bu,  universal  qaydada 

qəbul  olunmuş  tolerantlıq,  dialoq,  insanlar  və  xalqlararası 

qarşılıqlı  yanaşma  kimi  dəyərlərə  və  beynəlxalq  hüquqa  da 

əsaslanır.  Bu  olan  halda  biz  tarazlı,  uyğun,  təhlükəsiz  dünyanı 

hamı üçün təmin edə bilərik. 

Forum  bu  sahədə  göstərilən  beynəlxalq  səylərə  töhfə  verir. 

Daha təhlükəsiz gələcəyə gedən yolda bu cür forumlar mühüm 

əhəmiyyət  daşıyır.  Bunun  üçün  insan  dəyərlərinə  hörmətlə 

yanaşma  və  iqtisadi  tədbirlərin  həyata  keçirilməsi  vacibdir. 

Gələcək  üçün  hazırlanan  yol  xəritəsi  yaxşı  tərəqqiyə  və 

mükəmməl  innovasiyaya  söykənməlidir.  İndi  dünyada  böyük 

islahatlara  ehtiyac  var.  Bu  islahatlar  çərçivəsində  beynəlxalq 

siyasi  proseslər  ciddi  şəkildə  nəzərdən  keçirilməli,  məsələyə 

müxtəlif insan yanaşmaları diqqət mərkəzində saxlanılmalıdır. 

 Bu  tədbir  mədəniyyətlər  və  sivilizasiyalar  arasında  dialoqun 

gücləndirilməsinə, düzgün sülh mədəniyyətinin təşviq olunmasına 

yönəlibdir.  Belə  olan  halda  işğaldan  əziyyət  çəkmiş  insanların 

problemlərinin həllinə xüsusi diqqət yetirilməlidir. Dağlıq Qarabağ 

münaqişəsi  buna  bir  misal  kimi  göstərilə  bilər.  Buna  görə 

beynəlxalq  münasibətlərin  yenidən  rasionallaşması  vacib  bir 

məsələ kimi üzə çıxır. Belə olan halda, sözün əsl mənasında, biz 

beynəlxalq  siyasətə  bir  növ  yeni  təkan  verməliyik.  Bu  bizim 




 

125 


məsuliyyətimizdir. Bu, siyasi, intellektual və akademik elitanın, bu 

forumda iştirak edən şəxslərin məsuliyyəti, borcudur. 

Çıxışımı bitirməzdən öncə mən, həmçinin İSESKO-ya verdiyi 

dəstəyə  görə  Azərbaycan  Respublikasının  Prezidenti  Zati-aliləri 

cənab  İlham  Əliyevə  səmimi  minnətdarlığımı,  təşəkkürümü 

bildirmək istəyirəm. Çünki o bir çox təşəbbüslərlə çıxış etmişdir. 

Bu təşəbbüslər insanları bir araya gətirə bilər və dialoqu uyğun edə 

bilər. Mən bu foruma uğurlar arzulayıram və hesab edirəm ki, Bakı 

intellektual  və  mədəni  maarifləndirmənin  təcəssümü  olacaq  və 

burada intellektuallardan ibarət forum uğurlu keçəcəkdir. 



 

                                             * * * 

Sonra  Azərbaycan  haqqında  filmin  nümayişi  oldu.  Filmdə 

ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, Şərq ilə Qərb arasında 

körpü rolunu  oynayan,  mədəniyyətlərarası dialoq platformasında 

xüsusi  yeri  olan  Azərbaycanın  keçdiyi  inkişaf  yolu  barədə  ətraflı 

məlumat  verildi.  Son  illər  ölkəmizin  müəllifi  olduğu  irimiqyaslı 

layihələr,  Bakının  gözəlləşməsi  istiqamətində  həyata  keçirilən 

tədbirlər videogörüntülər vasitəsilə tamaşaçılara təqdim olundu. 

     Fasilədən  sonra  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyev  Bakı  Beynəlxalq  Humanitar  Forumunun  plenar 

iclasında iştirak etdi.  

Plenar iclasın birinci hissəsinə Azərbaycanın Xarici İşlər naziri 

Elmar Məmmədyarov sədrlik etdi. 

Bakı  Beynəlxalq  Humanitar  Forumunun  əhəmiyyətindən 

danışan  Litvanın  sabiq  prezidenti  Valdas  Adamkus  dünyanın 

tanınmış  ictimai-siyasi  xadimlərini,  mədəniyyət  nümayəndələrini 

bir  yerə  toplayan  bu  forumun  müxtəlif  məsələlərə  dair  fikir 

mübadiləsinin aparılması üçün beynəlxalq miqyaslı, nüfuzlu elmi, 

siyasi platformaya çevrildiyini vurğuladı. 

Forumun  işini  yüksək  qiymətləndirən  Estoniyanın  sabiq  pre-

zidenti Arnold Rüütel elmi və mədəni elitanın görkəmli nümayən-

dələrini  bir  araya  toplayan  bu  mötəbər  tədbirin  məhz  Azər-

baycanda keçirilməsindən məmnun olduğunu bildirdi. O qeyd etdi 

ki,  müasir  dünyamızda  yeni  informasiyalar  və  ideyalar  sosial 


 

126 


şəbəkələr vasitəsilə sürətlə yayılır. Bu isə müasir həyatımızda yeni 

çağırışların  ortaya  çıxmasına  səbəb  olmuşdur.  Bizim  yeni 

çağırışlara cavab verməyimiz baxımından belə mötəbər tədbirlərin 

keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycanın  son  illərdə  iqtisadi  sahədə  əldə  etdiyi  böyük 

uğurlara toxunan Arnold Rüütel hazırda iqtisadiyyatımızın sürətlə 

inkişaf etdiyini diqqətə çatdırdı. 

Azərbaycanın  etnik  və  dini  tolerantlıq  baxımından  dünyada 

nadir  ölkələrdən  biri  olduğunu  vurğulayan  Xorvatiyanın  sabiq 

prezidenti Stepan Mesiç Bakıda müşahidə etdiyi inkişaf prosesinin 

onda  böyük  təəssürat  yaratdığını  bildirdi.  O,  Bakı  Beynəlxalq 

Humanitar  Forumunu  mədəniyyətlərarası  dialoqun  inkişaf 

etdirilməsi baxımından da çox önəmli platforma adlandırdı. 

Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev bu mötəbər tədbirin 

ölkələr  arasındakı  münasibətlərin  inkişafında  xüsusi  rol 

oynayacağını  əminliklə  qeyd  etdi.  Azərbaycanın  belə  mötəbər 

tədbirlərin keçirilməsində artıq  böyük təcrübəyə malik olduğunu 

bildirən  sabiq  prezident  forumda  müzakirə  ediləcək  məsələlərin 

bəşəriyyətin  üzləşdiyi  bir  sıra  problemlərin  həlli  yollarının 

tapılmasına kömək edəcəyini vurğuladı. 

«Biz vahid dünyada yaşayırıq və belə bir məqamda humanitar 

dəyərləri  qorumaq  çox  vacibdir»  –  deyən  Latviyanın  sabiq 

prezidenti  xanım  Vayra  Vike-Freyberqa  çıxışında  əsas  diqqəti 

insan  hüquqlarının  qorunmasına  cəlb  etdi.  O,  dünyanın  əksər 

ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da  1  milyondan  artıq 

insanın  hüquqlarının  pozulduğunu,  onların  doğma  tor-

paqlarından  didərgin  salındığını  diqqətə  çatdırdı.  Bildirilmişdir 

ki,  dünya  ictimaiyyəti  bu  məsələdə  qətiyyətli  mövqedən  çıxış 

etməlidir. 

Azərbaycanın  dini  dözümlülük  baxımından  nümunəvi  ölkə 

olduğunu  vurğulayan  Vayra  Vike-Freyberqa  forumda  dünyanın 

tanınmış  siyasətçilərinin,  Nobel  mükafatı  laureatlarının,  bir  sıra 

beynəlxalq  təşkilatların  nümayəndələrinin  iştirak  etməsini 

ölkəmizin  gündən-günə  artan  nüfuzunun  bariz  nümunəsi  kimi 

səciyyələndirdi.  Həmçinin  ölkəmizin  sürətli  inkişafının  nəzərdə 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə