ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə34/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   30   31   32   33   34   35   36   37   ...   123

 

112 


toplantısında  İslam  Əməkdaşlıq  Təşkilatının  nümayəndələrinin 

iştirakı  ilə  başlamışdır.  Bu  müsbət  təcrübə  artıq  ona  gətirib 

çıxardı  ki,  Bakı  prosesi  başlandı.  Ondan  sonrakı  dövrdə  digər 

beynəlxalq tədbirlər keçirilmişdir və nəhayət, Bakı Beynəlxalq 

Forumu  artıq  bir  forum  kimi  formalaşmış  və  indi  bu  proses 

uğurla davam edir. 

Azərbaycanda  multikulturalizm  sahəsində  əldə  edilmiş 

təcrübə  hesab  edirəm  ki,  hamımız  üçün  çox  maraqlıdır. 

Multikulturalizm  forumun  mövzularından  biridir.  Əminəm  ki, 

bu mövzu ilə bağlı çox dəyərli fikirlər səslənəcək, diskussiyalar 

aparılacaqdır.  Multikulturalizmin  müsbət  gələcəyi  haqqında 

fikirlər çox vacibdir və lazımdır. Azərbaycanın təcrübəsi hesab 

edirəm ki, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli 

və  qiymətlidir.  Çünki  bir  daha  demək  istəyirəm  ki, 

multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış 

olmasına  baxmayaraq,  multikulturalizm  əsrlər  boyu  xalqımıza 

xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin 

nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. 

Azərbaycanda  heç  vaxt  dini,  yaxud  da  ki,  milli  zəmində 

qarşıdurma,  anlaşılmazlıq  olmamışdır  və  əminəm  ki,  olma-

yacaqdır.  Multikulturalizmlə  bağlı  son  illər  dünyada  müxtəlif 

fikirlər  vardır.  Bəziləri  hesab  edir  ki,  multikulturalizm  iflasa 

uğrayıbdır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun 

bu  günü  və  gələcəyi  vardır.  Hamımız  çalışmalıyıq  ki, 

multikulturalizm  meyillərini  gücləndirmək  üçün  öz  səylərimizi 

qoyaq. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən 

biri də məhz multikulturalizm meyillərinin gücləndirilməsidir. 

Multikulturalizmin alternativi yoxdur. Mən bu barədə keçən 

forumda  da  fikirlərimi  bildirmişəm.  Bir  daha  tam  əminliklə 

deyə  bilərəm  ki,  multikulturalizm  gələcək  inkişaf  üçün  ən 

məqbul  variantdır.  Çünki  multikulturalizmin  alternativi 

özünütəcriddir.  XXI  əsrdə  qloballaşan  dünyada  hesab  etmirəm 

ki,  hər  hansı  bir  dövlət  öz  gələcəyini  özünütəcrid  prinsipləri 

əsasında  qurmağa  cəhd  etsin.  Ona  görə,  forumda  səslənəcək 

fikirlər,  xüsusilə  bu  mövzu  ilə  bağlı  fikirlər  hesab  edirəm  ki, 



 

113 


bizim ümumi işimizə dəyərli töhfə verəcəkdir. Biz çalışmalıyıq 

ki,  bütün  dünya  xalqları  bir-biri  ilə  əməkdaşlıq  etsinlər, 

qarşılıqlı anlaşma güclənsin, qarşıdurmaya yol verilməsin. Bəzi 

hallarda  təxribat  xarakterli  addımlar,  bəyanatlar,  hərəkətlər 

qeyri-adekvat  reaksiya  ilə  üzləşir  və  beləliklə,  qarşıdurma, 

qarşılıqlı etimadsızlıq meyilləri güclənir. Biz bunu bölgəmizdə 

də,  digər  bölgələrdə  də  görürük.  Ona  görə,  hesab  edirəm  ki, 

həm siyasətçilərin, həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti 

və  media  nümayəndələrinin  məsuliyyəti  ondan  ibarətdir  ki, 

müsbət  meyilləri,  müsbət  təcrübəni  işıqlandırsınlar.  Biz 

fəaliyyətimizi bu müsbət təcrübə əsasında qurmalıyıq. Əgər bu 

yanaşma  üstünlük  təşkil  edərsə,  o  zaman  dünya  daha  da 

əmniyyətli  olacaqdır  və  xalqlararası  əlaqələr  müsbət,  sağlam 

zəmində qurulacaqdır. 

Dediyim  bütün  bu  məsələləri  uğurla  həll  etmək  üçün 

cəmiyyətlərdə,  xüsusilə  inkişaf  etməmiş  ölkələrdə  təhsilin 

səviyyəsi  mühüm  rol  oynayır.  Biz  Azərbaycanda  bu  sahəyə 

böyük  diqqət  göstəririk.  Azərbaycanda  savadsızlıq  yoxdur, 

intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir. 

Təhsil  hər  bir  cəmiyyəti  irəliyə  aparan  amildir.  İntellektual 

potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını 

müəyyən  edəcəkdir.  Ölkələr  var  ki,  zəngin  təbii  resurslara 

malikdir.  Ancaq  intellektual  səviyyə  aşağı  olduğu  üçün  o 

ölkələr  dayanıqlı  inkişafa  nail  ola  bilməzlər.  Ona  görə  biz 

Azərbaycanda  təbii  resurslarımızı,  ilk  növbədə,  intellektual 

potensiala  çevirmək  üçün  proqramlar  tərtib  etmişik  və  vaxtilə 

bəyan  etdiyimiz  prinsip  –  «qara  qızılı  insan  kapitalına 

çevirmək»  prinsipi  bu  gün  artıq  işləyir.  Azərbaycanda  gənc, 

istedadlı intellektual  təbəqə  formalaşır.  Biz  görürük  ki,  müasir 

yanaşma olduğu halda dərhal inkişaf da olur, tərəqqiyə meyillər 

də  göstərilir.  Təhsilin  səviyyəsi  yüksək  olan  ölkələrdə 

xoşagəlməz  hallar  da  nadir  hallarda  olur  və  mübarizə  sivil 

qaydalarla  aparılır.  Biz  indi  görürük  ki,  dünyanın  müxtəlif 

yerlərində  narazılıq  halları  artmaqdadır.  Bəzi  hallarda  bu 

narazılıq  çox  qabarıq  şəkildə  özünü  göstərir  –  toqquşmalarla, 



 

114 


davalarla,  qan  tökmə  ilə  nəticələnir.  Təhsilin,  ümumi 

mədəniyyətin  səviyyəsi  yüksək  olan  yerlərdə  isə  bu,  sülh 

xarakteri  daşıyır.  Biz  çalışmalıyıq  ki,  –  hər  halda,  biz 

Azərbaycanda  buna  çalışırıq  –  mədəni,  sivil  mübarizə  yolları 

üstünlük  təşkil  etsin.  Bu  bizim  üçün  lazımdır,  bölgə  üçün 

lazımdır.  Çünki  biz  bu  bölgədə  yaşayırıq,  adada  yaşamırıq. 

Baxmayaraq  ki,  Azərbaycanda  bütün  işlər  müsbət  istiqamətdə 

inkişaf edir – həm iqtisadi sahədə, siyasi islahatların aparılması 

sahəsində,  həm  humanitar  sahədə  və  bölgələrin  bütün 

problemləri  bizim  üçün  də  çox  vacibdir.  Çalışmalıyıq  ki, 

xoşagəlməz  meyillərin  qarşısı  maksimum  dərəcədə  alınsın  və 

istənilən  etiraz  dalğaları  sivil  qaydalarla  aparılsın.  Bilirəm  ki, 

təhsil  forumun  mövzularından  biri  olacaqdır  və  bu  sahəyə, 

əlbəttə ki, xüsusi diqqət göstərilməlidir. 

Azərbaycan  nisbətən  gənc  müstəqil  dövlətdir.  Müstəqil-

liyimizin  cəmi  21  yaşı  var.  Ancaq  Azərbaycan  çox  zəngin 

mədəni irsə malik olan bir ölkədir. Bizim mədəni irsimiz dövlət 

tərəfindən  lazımınca  qorunur,  beynəlxalq  təşkilatlar  tərəfindən 

qorunur.  Uzun  illər  başqa  ölkələrin  tərkibində  yaşamağımıza 

baxmayaraq,  biz  milli  xüsusiyyətlərimizi,  mənliyimizi  qoruya 

bilmişik, milli identifikasiyamızı itirməmişik – və bunun başlıca 

səbəbi mədəniyyətdir. 

Bizim ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, ana dilimiz, 

milli  dəyərlərimiz  vardır.  Bizim  milli  dəyərlərimiz  ümumbəşəri 

dəyərlər  əsasında  qurulubdur.  Hesab  edirəm  ki,  qloballaşan 

dünyada xüsusilə gənc nəsil üçün milli-mənəvi dəyərlər xüsusi 

rol  oynayır  və  oynamalıdır.  Hər  halda,  biz  Azərbaycanda  buna 

böyük  əhəmiyyət  veririk  və  onu  da  qeyd  etməliyəm  ki,  başqa 

mədəniyyətə,  dinə,  tarixə  olan  hörmət  öz  mədəniyyətinə, 

tarixinə,  öz  dininə  olan  hörmətdən  başlamalıdır.  Vətənə  bağlı 

olmayan,  vətənpərvərlik  hisslərindən  kənar  olan insanlar başqa 

mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə 

bilməzlər. Onlar bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan 

hörmətsizliyi  də,  əslində  öz  mədəniyyətinə  olan  hörmətsizlik 

əsasında  qururlar.  Ona  görə  də  qloballaşan  dünyada  bu 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə