ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


İSESKO-nun BAŞ DİREKTORU ƏBDÜLƏZİZ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə32/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   28   29   30   31   32   33   34   35   ...   123

 

104 


 

İSESKO-nun BAŞ DİREKTORU ƏBDÜLƏZİZ  

BİN OSMAN ƏL-TÜVEYCRİ İLƏ GÖRÜŞ  

 

 



Prezident sarayı  

 

3 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 3-də İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman 

əl-Tüveycrini qəbul etmişdir. 

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri 

təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə 

İSESKO-nun  30  illiyinə  həsr  olunmuş  emblemi  dövlətimizin 

başçısına təqdim etdi. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  Əbdüləziz  bin  Osman 

əl-Tüveycrinin  Bakı  Beynəlxalq  Humanitar  Forumunda  işti-

rakının önəmini qeyd etdi. 

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti 

vurğulandı,  forumun  artıq  ənənəyə  çevrildiyi  məmnunluqla 

qeyd  olundu.  Görüşdə,  həmçinin  Azərbaycan  ilə  İSESKO 

arasında  uğurlu  əməkdaşlığın  bundan  sonra  daha  da  geniş-

lənəcəyinə əminlik ifadə edildi. 

 


 

105 


 

İTALİYA RESPUBLİKASININ SABİQ XARİCİ 

İŞLƏR NAZİRİ FRANKO FRATTİNİ İLƏ GÖRÜŞ  

 

 



Prezident sarayı  

 

3 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın 3-də İtaliya Respublikasının sabiq Xarici İşlər naziri 

Franko Frattinini qəbul etmişdir. 

Görüşdə  Bakı  Beynəlxalq  Humanitar  Forumunun  ölkələr-

arası  əməkdaşlığın  genişləndirilməsi  baxımından  önəmi  qeyd 

olundu, foruma marağın getdikcə daha da artdığı bildirildi. 

Görüşdə, həmçinin Azərbaycan ilə İtaliya arasında ikitərəfli 

münasibətlərin  uğurla inkişaf  etdiyi vurğulandı,  əlaqələrimizin 

bundan  sonra  da  genişlənəcəyinə  əminlik  ifadə  olundu, 

Azərbaycan–İtaliya  və  Azərbaycan–Avropa  İttifaqı  əməkdaş-

lığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

 

 




 

106 


 

LATVİYA RESPUBLİKASININ SABİQ 

PREZİDENTİ VALDİS ZATLERS İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

4 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  4-də  Latviyanın  sabiq  prezidenti  Valdis  Zatlers  ilə 

görüşmüşdür. 

Görüşdə  Bakıda  keçirilən  Beynəlxalq  Humanitar  Forumun 

humanitar  əməkdaşlığın  möhkəmləndirilməsi  işində  rolu  qeyd 

edildi,  bu  cür  tədbirlərin  mədəniyyətlərarası  dialoqun  inkişaf 

etdirilməsi baxımından önəmi vurğulandı. 

Prezident  İlham  Əliyev  və  Valdis  Zatlers  Azərbaycan–

Latviya münasibətlərinin müxtəlif sahələrdə inkişafından razılıq 

ifadə etdilər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

107 


 

XORVATİYA RESPUBLİKASININ SABİQ 

PREZİDENTİ  STEPAN MESİÇ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

4 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  4-də  Xorvatiya  Respublikasının  sabiq  prezidenti 

Stepan Mesiç ilə görüşmüşdür.  

Görüşdə  Bakıda  keçirilən  Beynəlxalq  Humanitar  Forumun 

beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından önəmi 

qeyd  edildi.  Həmçinin  ikitərəfli  əlaqələrin  uğurlu  inkişafından 

məmnunluq ifadə olundu. 

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

108 


 

YUNANISTAN RESPUBLİKASININ SABİQ 

XARİCİ İŞLƏR NAZİRİ DORA BAKOYANNİS İLƏ 

GÖRÜŞ

 

 



Prezident sarayı  

 

4 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  4-də  Yunanıstan  Respublikasının  sabiq  Xarici  İşlər 

naziri Dora Bakoyannis ilə görüşmüşdür. 

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti 

vurğulandı,  onun  ölkələr  və  xalqlar  arasında  humanitar 

əlaqələrin inkişafına töhfə verdiyi bildirildi. 

Görüşdə,  həmçinin  Azərbaycan  ilə  Yunanıstan  arasında 

ikitərəfli  münasibətlərin  uğurlu  inkişafından  məmnunluq  ifadə 

olundu. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə