ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə29/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   25   26   27   28   29   30   31   32   ...   123

 

93 


sız  vəziyyətə  düşmüş  və  əsaslı  təmirə  zərurət  yaranmışdır. 

Burada yolun genişləndirilməsi ilə bağlı bütün lazımi tədbirlər 

görülmüşdür.  Uzunluğu  7  kilometrə  yaxın  olan  yolun  hərəkət 

hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır. 

Sabunçu  yol  qovşağından  Zabrat  dairəsinə  qədər  olan  av-

tomobil yolunun yenidən qurulması və genişləndirilməsi işlərinə 

2012-ci ilin iyununda başlanılıb və yenidənqurma işləri bu ilin 

sentyabrında başa çatıb. Bilgəh, Buzovna, Maştağa, Nardaran, 

Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən 

digər  kənd  və  qəsəbələrin  Bakı  şəhəri  və  respublikanın  digər 

rayonları  ilə  nəqliyyat  əlaqələrinin  daha  da  yaxşılaşdırılması, 

həmçinin  Buzovna–Mərdəkan–aeroport–Bakı  istiqamətindəki 

mövcud  yola  alternativ  yol  kimi,  15  kilometrlik  və  6  cərgəlik  

Buzovna–Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur. 

Bakı  Şəhər  İcra  Hakimiyyəti  tərəfindən  icrasına  başlanılmış  9 

kilometrlik  Pirşağı–Zabrat  yolunun  yenidən  qurulması  isə 

yarımadanın şimal hissəsində yerləşən və     200 mindən çox 

əhalisi olan kənd və qəsəbələrin nəqliyyat əlaqəsini daha da 

yaxşılaşdıracaqdır. 

Görülmüş işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq 

tapşırıqlarını verdi.  

 

 


 

94 


 

«KÖRPÜLƏRİN SALINMASI» BEYNƏLXALQ 

KONFRANSIN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  

 

 



27 sentyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



sentyabrın  27-də  «Körpülərin  salınması»  beynəlxalq  konfrans-

da  iştirak  etmək  üçün  Bakıya  gələn  Avropa  Komissiyasının 

sabiq prezidenti Jak Santeri, Fransanın sabiq Nəqliyyat naziri, 

deputat  Tierri  Marianini,  Türkiyənin  sabiq  Baş  naziri  Məsud 

Yılmazı, Niderlandın sabiq Müdafiə naziri Villem Van Eekeleni, 

Sloveniyanın  sabiq  Xarici  İşlər  naziri,  Avropa  Parlamentinin 

deputatı  İvo  Vajqlı,  Sloveniyanın  sabiq  İqtisadi  İnkişaf  naziri 

Mitya Qasparini, Almaniyanın sabiq Nəqliyyat və İnfrastruktur 

naziri  Kurt  Bodeviqi,  Danimarka  şahzadəsi  Kristian  zu 

Şambur-Lippeni  və  Avropa  Məsələləri  üzrə  İnstitutun  İdarə 

Heyətinin sədri Yurgen Qramkeni   qəbul etmişdir. 

İ l h a m  Ə l i y e v: Xoş gəlmisiniz, sizi görməyimə çox 

şadam!  Ümid  edirəm  ki,  ölkəmizdə  vaxtınız  xoş  keçəcək. 

Bilirəm  ki,  siz  bu  gün  «Körpülərin  salınması»  mövzusunda 

konfransda iştirak edirsiniz. Düşünürəm ki, konfrans üçün gözəl 

mövzu  seçilib  və  Azərbaycanda  gedən  prosesləri  əks  etdirir. 

Fikrimcə,  körpülərin  salınması  bizim  regionda,  dünyada  və 

müxtəlif 

mədəniyyətlər 

arasında 

xarici 


siyasətimizin 

əhəmiyyətli istiqamətlərindən  biridir.  Sizin  əksəriyyətiniz  artıq 

ölkəmizdə  olmusunuz  və  Azərbaycanın  qədim  tarixi  və 

bugünkü  inkişafından  məlumatlısınız.  Mən  çox  şadam  ki, 

müxtəlif ölkələrdən olan insanlar burada bir araya gəlib. 

«Biz  əsas  diqqəti  körpülərin  necə  qurulmasına,  qarşılıqlı 

etimadın  artırılmasına  yönəltməliyik»  –  deyən  prezident  İlham 

Əliyev bildirdi ki,  regionda mühüm rol oynayan Azərbaycanın 

qədim  tarixi  və  bugünkü  inkişafı  aydın  şəkildə  göstərir  ki, 



 

95 


qarşılıqlı  anlaşma  ancaq  qarşılıqlı  etimad  və  hörmət  əsasında 

yaradılmalıdır.  Dövlətimizin  başçısı  vurğuladı  ki,  ölkəmizdə 

bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər 

boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir. 

«Bizim  keçən  il  qeyd  etdiyimiz  20  illik  müstəqilliyimiz  bu 

müsbət  meyli  ancaq  gücləndirib»  deyən  prezident  İlham  Əliyev 

ölkəmizin  ümumi  inkişafının  müsbət  olduğunu,  siyasi  və  iqtisadi 

islahatların  aparılmasında  böyük  nailiyyətlər  əldə  edildyini 

diqqətə  çatdırdı.  Avropa  strukturları  ilə  əməkdaşlığın  uğurlu 

olduğunu  deyən  dövlətimizin  başçısı  Azərbaycanın    bu  sahədə 

bundan  sonra  daha  çox  tərəqqiyə  ümid  etdiyini    və  bir-birimizin 

maraqlarını  əhəmiyyətli  dərəcədə  dəstəkləyə  biləcəyimizi  söylədi.   

Prezident  İlham  Əliyev  qeyd  etdi  ki,  biz  siyasi  transformasiya, 

siyasi  islahatlar,  enerji  təhlükəsizliyi,  daşıma  infrastrukturu  və 

humanitar  sahələrdə  mühüm  işlər  görürük.  Bununla  yanaşı,  biz 

Beynəlxalq  Təhlükəsizliyə  Yardım  Qüvvələrinin  Əfqanıstanda 

apardığı əməliyyatlarda fəal iştirak edirik. 

Azərbaycanın  keçən  il  BMT  Təhlükəsizlik  Şurasına  üzv 

seçilməsi  təkcə  gənc  bir  dövlətin  tarixində  əlamətdar  hadisə 

deyildi.  Bu  həmçinin  bizə  mövqemizin,  gündəliyimizin  nədən 

ibarət  olduğunu,  sülh  və  sabitliyin  yaranmasında  beynəlxalq 

səylərə  necə  dəstək  ola  biləcəyimizi  bütün  dünyaya  nümayiş 

etdirməyə  imkan  verir.  Bizim  daxili  problemimiz  var.  Bildiyiniz 

kimi,  ən  böyük  problemimiz  artıq  20  ildir  davam  edən  işğaldır. 

Ərazilərimizin əhəmiyyətli  hissəsi – Dağlıq Qarabağ  və heç  vaxt 

erməni  əhalisinin  məskunlaşmadığı  və  Dağlıq  Qarabağın  inzibati 

ərazisinə daxil olmayan ətraf rayonlar işğal altındadır. 20 ildir ki, 

beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. 

18  ildir  ki,  regionda  ancaq  kövrək  sülhün  qorunmasına  yardım 

edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi 

ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni 

birləşmələrinin 

torpaqlarımızdan 

dərhal 


və 

qeyd-şərtsiz 

çıxarılmasını  tələb  edən  qətnamələrinin  yerinə  yetirilməsinə  nail 

ola bilmirik. Bu həqiqətən də çox təhlükəli vəziyyətdir. «Nə sülh, 

nə  də  müharibə»  şəraiti  həmişəlik  davam  edə  bilməz.  Lakin 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə