ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə25/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   21   22   23   24   25   26   27   28   ...   123

 

79 


böhranlı  proseslər  baş  verdi.  Ancaq  indi  güc  toplamağımız  üçün 

hər şey var. 

İcazə  verin,  bir  alim  kimi  deyim  ki,  burada  sanki  2  səviyyə 

vardır.  Sözsüz  ki,  ümumi  təhsil,  məktəb,  universitet  təhsil 

səviyyəsi  ölkənin  tərəqqisi  və  bu  tərəqqini  elmdə  tətbiq  etməsi 

üçün  zəruri  şərtlərdir.  Əgər  bu  fundamental  baza  yoxdursa,  heç 

düşünmək  lazım  deyil  ki,  ölkə  nəyəsə  nail  olacaqdır.  Mənə  elə 

gəlir ki, siz ölkənizdə faktiki olaraq bu əsasların yaradılması üçün 

indi hər şey edə bilmisiniz. Növbəti mərhələ Rusiyada da aktualdır. 

Bu,  dünya  səviyyəsində  olan  inkişaf  istiqamətlərinə  şəraitin 

yaradılmasıdır.  İndi  elm  elə  inkişaf  edir  ki,  potensialı  müasir 

avadanlıqla təchiz edilən, xarici ölkələrlə yaxşı əlaqələri olan, necə 

deyərlər, elmdə qələbələr üçün işləyən elmi məktəblərə cəmləmək 

lazımdır.  Belə  qrupların,  belə  laboratoriyaların,  belə  məktəblərin 

yaradılması  vəzifəsi  Rusiyada  da  mövcuddur.  Bir  neçə  misal 

demək istəyirəm. Əsl müasir dərmanların bizdə artıq qəbul edildiyi 

kimi  alınması  üçün  deyil,  yaradılması  üçün  super  hesablayıcılar, 

onların  gücü  petaflotlu  və  ya  indi  deyildiyi  kimi,  ekzaflotlu 

olmalıdır. Belə super hesablayıcılar dünyanın bir neçə ölkəsində – 

Yaponiyada,  ABŞ-da,  Çində  vardır.  Moskva  Universitetində 

rəqabət apara bilən super hesablayıcılar mövcuddur. Baxmayaraq 

ki, o maşınlar onlarla aparıcı universitetdə vardır. Milyardlarla rubl 

sərmayə qoyulan yalnız bu cür maşınlar yeni dərmanlar yaratmaq 

və  ya  neft  hasilatı,  faydalı  qazıntılarla  bağlı  kəşfiyyat,  həmçinin 

kosmosun  tədqiqi  və  sairə  üçün  hesablamalar  aparmağa  imkan 

verir.  Rusiyada  da  potensialı  bu  cür  mütərəqqi  istiqamətlərə 

yönəltmək lazımdır. Əlbəttə, bu, vəsait və siyasət tələb edir. Təbii 

ki,  dünyanın  bir  çox  ölkəsində  gedən  təhsil  islahatları,  adətən, 

cəmiyyətdə müəyyən dəyişikliklərin baş verməsinin əlamətidir. 

Təhsil  də  dəyişir,  təhsil  sistemində  yeni  islahatlar  gedir. 

Hesablamışam  ki,  Rusiyada  tarixən,  I  Pyotrun  dövründən 

indiyədək  50-yə  yaxın  təhsil  islahatı  cəhdləri  olub.  Əgər  təhsil 

islahatı ölkənin mentalitetinə uyğunlaşırsa, elmin və ya cəmiyyətin 

mentalitet bazasına əsaslanırsa, dünya meyillərini müşahidə edirsə, 

yalnız  o  zaman  təhsil  islahatının  uğuruna  nail  olunur.  Yalnız  bu 



 

80 


şərtlərin birləşməsi zamanı islahatlar uğur qazanır. Öz məktəblərini 

yaratmadan  qısa  müddətə  istənilən  mənimsəmək,  dəvət  etmək 

cəhdləri,  düşünürəm  ki,  uğursuzluğa  məhkumdur.  Zənnimcə, 

doğru  yol  keçmiş  ənənələrə,  mentalitetə  və  yaxşı  elmi  bazaya 

əsaslanan istiqamətlərin yaradılmasıdır. 

Moskva Universitetinin filialı fikrimcə,  məhz bu rolu oynayır. 

Burada doğrudan da Moskva Universitetinin ən yaxşı professorları 

və müəllimləri dərs deyirlər. Bu gün Rusiya Akademiyasının çox 

sayda  görkəmli  alimləri  və  akademikləri,  professorları,  Moskva 

Universitetinin  kafedra  müdirləri  burada  –  bu  zaldadırlar.  Bu  o 

deməkdir ki, filial elita hazırlamağa və gələcəkdə elmi avadanlıqla 

təchiz olunmaqla elmi istiqamətlər yaratmağa, digər universitetlər 

və Elmlər Akademiyası ilə əməkdaşlıq etməyə, bu tərəqqini həyata 

keçirməyə qadirdir. Özü də  Rusiya və Azərbaycanın əməkdaşlığı 

çox yaxşı səviyyədədir. Biz də Moskva Universiteti olaraq, filialın 

inkişafına  töhfə  verməyə  hazırıq.  Düşünürəm  ki,  filialda  yeni 

istiqamətlərin inkişafı və əsl fundamental elmin yaradılması üçün 

zəruri və kifayət qədər şərtlər vardır. Mən belə görürəm ki, bir neçə 

ildən  sonra  biz  filial  tələbələrinin  nanotexnologiyalar,  genlərin 

şifrələrinin  açılması  barədə  danışılan  laboratoriyalar  görəcəyik, 

onların  fəaliyyətinin  hansısa  elmi  istiqamətlərə  aid  olduğunu 

eşidəcəyik.  Bu  cür  mütəxəssis  hazırlığı  səviyyəsində  bu,  arzu 

deyil, reallıqdır. 

Əlbəttə  ki,  universitet  öz  kompleksi  ilə,  çoxlu  fakültələrin 

olduğu  və  bu  fakültələrin  bir-birini  qarşılıqlı  zənginləşdirdiyi 

təqdirdə  güclüdür.  Təbiət  fakültələri  humanitar  fakültələrə  daxil 

olur,  öz  metodlarını  təqdim  edir,  humanitar  elmlər  də  təbiət 

fakültələrinə  daxil  olur,  mütəxəssisləri  öz  elmləri  və  yanaşmaları 

ilə  zənginləşdirir.  Biz  Moskva  Universitetində  6  illik  təhsilə 

keçmişik və bu dırnaqarası artıq vaxt təbiət və humanitar elmlərin 

bir-biri ilə qarşılıqlı əməkdaşlığı üçün sərf olunur. Görünür, məhz 

gələcəkdə  bu  cür  mütəxəssislər  elmin  ən  yüksək  pilləsində 

dayanacaqlar.  Onlar  dar  profilə  malik  mütəxəssislər  deyil,  onlar 

qarışıq  sahələri  bilən,  çox  geniş  universitet  dünyagörüşünə  malik 

mütəxəssislərdir. Bu mənada, biz artıq Nərgiz xanımla danışmışıq, 



 

81 


yeni  fakültələrin  yaradılması,  təbiət  və  humanitar  fakültələrin 

proqramlarının bir-birinə qarşılıqlı daxil olması gələcəkdə filialda 

təhsil səviyyəsini dərinləşdirəcək və yeni mərhələyə çıxaracaqdır. 

Moskva  Universitetinin  digər  universitetlərdən  fərqli  olaraq 

vəsait  qazanmaq  xatirinə  açılan  filialı  yoxdur.  Bilirik  ki, 

universitetlərimizin Rusiyada və digər ərazilərdə açılan  və lazımi 

elmi  potensialla  təmin  edilməmiş  1500-ə  yaxın  filialı  vardır.  İndi 

ölkəmizdə bu filialların sıxışdırılması üzrə iş aparılır. Hətta konkret 

rəqəmlər  göstərilir.  Nazirlik  onların  ixtisar  olunması  vəzifəsini 

qarşıya  qoyub.  Yəqin  ki,  bu  düzgündür.  Demək  istəyirəm  ki, 

Moskva  Universiteti  heç  vaxt  bu  cür  məqsəd  güdən  filial 

yaratmayıb.  Bizim  5  dövlətdə  5  filialımız  var  və  bu  filialların 

hamısı  qarşılıqlı  əməkdaşlıq  prinsipi  əsasında  yaradılıb.  Moskva 

Universitetinin  professorları  dərs  demək  üçün  həmin  ölkələrə, 

həmin filiallara gedirlər, biz də onlardan baza, təcrübə, tələbələrin 

yay  tətili  səfərləri  kimi  qarşılıqlı  fayda  götürürük.  Əslində,  bu 

ödənişsiz  tələbə  filiallarıdır,  əməkdaşlığın  düzgün  yoludur.  Biz 

əməkdaşlıq  edib  bir-birimizə  kömək  göstərməli,  tarixi 

ənənələrimizi, köklərimizi xatırlayıb bir-birimizə danışmalıyıq. Biz 

filialın  yaradıldığı  zaman  biznes  faydası  güdməməliyik.  Əgər  bu 

filial barədə danışırıqsa, mən onu universitetimizin mirvarisi hesab 

edirəm. Moskva Universitetinin heç bir filialı bu cür himayəyə, bu 

cür dəstəyə malik deyil. Bu, heyrətamiz birlikdir. Bakıya gələndə, 

filiala  daxil  olanda  hiss  edirsən  ki,  burada  bütün  işlər  düzgün 

görülür. 

Mən  sizin  təhsil  siyasətinizdən  xəbərdaram.  Şəhərin  siması 

heyrətamiz  şəkildə  dəyişir,  yeni  universitetlər  yaradılır,  insanlar 

üçün  faydalı  olan  binalar,  mehmanxanalar  tikilir,  sakinlər  üçün 

rahatlıq  yaradılır.  Əlbəttə,  Moskva  Universitetinin  filialı  belə 

şəhərdə,  belə  ölkədə  fəaliyyət  göstərəndə  biz  təbii  ki,  bu 

əməkdaşlıqla, ölkə rəhbərliyinin bu cür münasibətilə fəxr edirik. 

Bu gün biz bu binanı açdıq. İlham Heydər oğlu! Sözsüz ki, bu 

Sizin, dövlətinizin qələbəsidir. Həm də bu, sözsüz ki, bizim üçün, 

Moskva Universitetinin professorları üçün də böyük sevincdir. Bu 

kampusda dərs demək, burada olmaq bizim üçün çox xoş olacaq. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə