ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə26/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   22   23   24   25   26   27   28   29   ...   123

 

82 


Biz  elə  işləyəcəyik,  elə  dərs  deyəcəyik  ki,  tələbələr  iftixarla 

desinlər:  «Biz  Moskva  Dövlət  Universitetinin  Bakı  filialını 

bitirmişik».  Bir  daha  Azərbaycan  Prezidentinə,  bu  filialın 

yaradılmasında  əməyi  olanların  hamısına  dərin  təşəkkürümü 

bildirirəm.  

N ə r g i z  P a ş a y e v a (MDU-nun Bakı filialının rektoru, 

professor): Hörmətli cənab Prezident! 

Möhtərəm tədbir iştirakçıları! 

Cənab  Prezident,  ilk  növbədə  Sizin  bugünkü  gəlişiniz, 

nitqiniz  və  2008-ci  il  yanvarın  15-də  dünyanın  ən  yaxşı  ali 

təhsil  müəssisələrindən  biri  olan  M.V.Lomonosov  adına 

Moskva  Dövlət  Universitetinin  filialının  Bakı  şəhərində  yara-

dılması  haqqında  tarixi  fərmanınıza  görə  Sizə  sonsuz 

minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun! 

O  vaxtdan  4  il  keçib.  Bu  müddət  ərzində  biz  işləmişik, 

vicdanla  işləmişik,  xeyli  uğurlu  nəticələr  qazanmışıq.  Bizdə    5 

fakültə fəaliyyət göstərir, bizim ilk bakalavr buraxılışımız olub. 

Biz 3 fakültədə magistratura şöbələri yaratmışıq, tələbələrimizin 

Moskvada  yaxşı  nüfuzu  vardır.  Onlar  bir  çox  beynəlxalq 

konfranslarda  iştirak  edir,  əksər  olimpiadaların  mükafatlarını 

qazanırlar. Onlar yaxşı tələbələrdir və onlar da buna görə Sizə 

minnətdardırlar.  

Ötən  4  il  ərzində  Moskva  Dövlət  Universitetinin  940  pro-

fessor və müəllimi bizdə mühazirələr oxumuşdur. Bu, böyük rə-

qəmdir, yəni Bakıya 1000-ə yaxın adam gəlib. Bütün bu    4 ili 

biz – həm Bakı, həm də Moskva müəllimləri bir yerdə olmuşuq, 

açıq,  nəcib  və  şərəfli  yolla,  universitet  həyatı  yolu  ilə  yanaşı 

addımlamışıq. 

Hamımıza  yaxşı  məlumdur  ki,  universitet  həyatı  sadəcə, 

kitab müdrikliyi deyil. Bu, ilk növbədə şəxsiyyətlər və insanlar, 

onların  dünyagörüşü,  həyata  münasibəti,  mövqeyi,  elmi 

potensialı,  cəsarəti,  bəzən  də  çox  yüksək  intellekti  deməkdir. 

Axı  alim  ətrafımızda  işıqlı  məkan  yaradan  insandır.  Təsadüfi 

deyildir  ki,  «intelligent»  sözü  Azərbaycan  dilində  «ziyalı» 

deməkdir. Beləliklə, alim şölə saçan ulduzdur. Bu cür ulduzlar 



 

83 


nə  qədər  çox  olarsa,  həyat  bir  o  qədər  işıqlı  olar,  bütövlükdə 

dünya üçün və bizim hər birimiz üçün daha fərəhli olar. 

Mən  buraya  toplaşan  bütün  alimləri  salamlamaq,  onlara 

«çox  sağ  olun»  demək  və  bir  daha  vurğulamaq  istəyirəm  ki, 

universitetlər  bütün  dövrlərdə  təkcə  insan  biliklərinin  qoruyu-

cuları və daşıyıcıları deyil, həm də bəşər zəkasının və ürəyinin, 

xeyirxah  əməllərin  qoruyucuları  olublar.  Siz  hamınız  zəka  və 

qəlbin gördüyü xeyirxah əməllərin sahiblərisiniz. Çox sağ olun! 

Bugünkü  pedaqoq  müasir  həyata  düzgün  istiqamətlən-

məlidir.  O  öz  yetirməsinə,  tələbəsinə  düzgün  məsləhətlər 

verməyi  bacarmalıdır.  Həmin  gənc  gələcəkdə  müasir,  hər  gün 

dəyişən  mürəkkəb  cəmiyyətdə  və  dünyada  özünə  düzgün  yol 

seçməlidir. O, düzgün vərdişlərə sahib olmalıdır. Onun bir çox 

həyati  məsələlərə  yaxşı  yanaşma  tərzi  olmalıdır.  Doğru  və  ən 

başlıcası düzgün qərar qəbul etməyi bacarmalıdır. Bu vəzifələri 

yerinə  yetirmək  mümkündür.  Belə  ki,  biz  müəllimlər  Qoqolun 

kiçik bir tezisini əsas götürürük.      O yazırdı: «Yaxşı nümunə 

qaydadan  daha  yaxşıdır».  Biz  öz  nümunəmizlə  tələbələrə 

təhsilin,  müəllim  sözünün  əhəmiyyətini,  heç  kimə  pozmaq 

haqqı  verilməyən  universitet  qanunlarının  və  məcəllələrinin 

ədalətli olduğunu nümayiş etdiririk. Beləliklə, biz müəllimlər öz 

nümunəmizlə  gənc  nəslə  düzlük,  alicənablıq,  aşkarlıq,  əməyə 

məhəbbət, ali dəyərlərə sevgi aşılamaq istəyirik. Əlbəttə, onlar 

Vətəni  çox  sevməlidirlər,  öz  ənənələrini  dəyərləndirməlidirlər, 

öz  köklərini  yaddan  çıxarmamalıdırlar.  Onlar  gələcəkdə  öz 

Vətənlərini  şöhrətləndirməli,  doğma  Azərbaycan  dilini,  gözəl 

Azərbaycan  ədəbiyyatını  və  əlbəttə  ki,  öz  tarixlərini 

sevməlidirlər.  Onlar  bütün  bunları  özlərinə  aşılamalıdırlar  və 

biz  ali  məktəbimizi  bitirən  tələbənin  təkcə  yaxşı  mütəxəssis 

deyil, həm də yaxşı insan olması üçün əlimizdən gələni etməyə 

çalışırıq. Bu bizim hamımız üçün çox önəmlidir. 

Cənab  Prezident,  fürsətdən  istifadə  edərək  gənclərimizin 

ölkəni tərk etmədən pulsuz təhsil almaları, dünyanın ən nüfuzlu 

və  ən  yaxşı  ali  məktəblərindən  biri  olan  Moskva  Dövlət 

Universitetinin  diplomunu  almaq  imkanını    yaratdığınıza  görə 



 

84 


Sizə  ali  məktəbimizin  bütün  tələbələri  və  onların  valideynləri 

adından  bir  daha  təşəkkür  etmək  istəyirəm.  Cənab  Prezident, 

mən bu minnətdarlıq sözlərini şəxsən Sizə çatdırıram. Çox sağ 

olun! 


Cənab Prezidentin və Viktor Antonoviçin tamamilə doğru və 

düzgün  qeyd  etdikləri  kimi,  bir  vaxtlar  fakültə  seçimi 

cəmiyyətdə  fundamental  elmlərin  əvvəlki  nüfuzunu  bərpa 

etmək  arzusu  ilə  şərtlənirdi.  Axı  böyük  elmin  sıraları  bazar 

qanunlarının  və  konyunkturanın  təsiri  və  diktəsi  ilə 

dağılmamalıdır. Çox istərdik vurğulayaq ki, burada təkcə tələbə 

hazırlamağa deyil, həm də böyük elmə həvəs göstərəcək, böyük 

elmdə  qalacaq  və  bu  istiqamətdə  özlüyündə  çox  zəngin  olan 

Azərbaycanımızın  gələcəkdə  də  elmi  ictimaiyyətini  və  elm 

tarixini şöhrətləndirəcək alimlər yetişdirməyə çalışırıq. 

Biz  bilirik  ki,  müasir  dünya  texnologiya  dünyasıdır.  Biz 

bilirik  ki,  dünyada  xeyli  elmi-texnoloji  araşdırmalar  baş  verir. 

Lakin  qeyd  etmək  lazımdır  ki,  istənilən  texnoloji  araşdırmalar, 

istənilən  texnoloji  ideyalar,  tədqiqatlar,  hansısa  istiqamətlər 

əvvəl-axır  bu  və  ya  digər  şəkildə  humanitar  problemlərlə 

toqquşur, humanitar məsələlərdə qapanır. Humanitar elmlər çox 

vacibdir.  Humanitar  və  texnoloji  elmlərin  birliyi  bu  gün  doğru 

birlikdir. Belə ki, müasir dünya birmənalı deyil, çoxtərəflidir və 

mənə  elə  gəlir  ki,  XXI  əsr  aliminin  nəzər  bucağı  çox  geniş 

olmalıdır. O çox kompleksli olmalıdır, sırf texnar olmamalıdır, 

sırf  humanitar  sahə  alimi  də  olmamalıdır.  Elə  məktəblər,  elə 

məkanlar  yaratmaq  lazımdır  ki,  humanitar  məktəb  və  texniki 

məktəb  kimi,                        2  böyük  istiqamət  birlikdə  işləsin, 

əməkdaşlıq etsin və hansısa yeni kompleks yanaşmalar yaratsın. 

Bu təkcə hansısa elmi mənimsəmə deyil, eyni zamanda, müasir 

dünyada  bu  gün  baş  verən  hər  şeyi  mənimsəmə  yanaşması 

olmalıdır.  Buna  alimlərin  gücü  çatar.  Bu,  alim  sözüdür  və 

alimlər  bütün  dövrlərdə  gələcək  barədə  dəqiq  xəbər  veriblər. 

Alim  sözü  həmişə  özünü  doğruldub  və  həmişə  alimlərin 

dedikləri müəyyən yollarla həyata keçib. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə