ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə24/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   20   21   22   23   24   25   26   27   ...   123

 

76 


müəssisəsinin  bu  məsələdə  rolu  böyükdür.  Cəmiyyətimizin 

möhkəm 


dayağı 

əxlaqi-mənəvi 

meyarlardır. 

Bizim 


cəmiyyətimiz  bu  dəyərlərə  əsaslanır.  Biz  bunları  həm  iqtisadi 

potensialla,  həm  fəal  xarici  siyasi  fəaliyyətimizlə,  həm  də 

intellektual  potensialla  möhkəmləndirməliyik.  Bunsuz  heç  bir 

ölkənin  uğurlu  inkişafı  mümkün  deyil.  Böyük  təbii  resurslara, 

şaxələndirilmiş  infrastruktur  şəbəkəsinə  malik  ola  bilərsən, 

ancaq dinamika olmasa, ildən-ilə tərəqqiyə, yeni texnologiyaları 

təkmilləşdirməyə  və  inkişaf  etdirməyə  cəhd  olmasa  bu  inkişaf  

ləngiyəcək,  dayanacaqdır.  Bu  cür  ölkələrin  vəziyyəti  çox  ağır 

olacaqdır. 

Cəmiyyətin  intellektual  inkişafı  həm  də  cəmiyyətin  sa-

bitliyidir.  Əgər  cəmiyyət  yüksək  intellektual  səviyyədədirsə, 

savadlıdırsa,  kənardan  gətirilən  heç  bir  qüsurlu  təzahürlər  və 

meyillər heç vaxt onu sarsıda bilməz. Müasir dünyada, xüsusən 

də  kifayət  qədər  inkişaf  etməmiş  ölkələrdə  bir  çox  problemlər 

məhz  təhsilin  çatışmazlığı  ilə  əlaqəlidir.  Bir  çox  müharibələr, 

münaqişələr,  iğtişaşlar  məhz  təhsilin  səviyyəsinin  son  dərəcə 

aşağı  olması  ilə  bağlıdır.  Bunu  statistikada,  hətta  savadlılıq 

səviyyəsinə  görə  aydın  görmək  olar.  Savadlılıq  səviyyəsinin 

yüksək və aşağı olduğu ölkələrdə onların iqtisadi və intellektual 

potensialına  baxsaq  hər  şey  aydın  olacaq:  savadlılıq  səviyyəsi 

ölkənin inkişaf səviyyəsinə və bu ölkələrdə baş verən proseslərə 

tam müvafiqdir. Odur ki, bizim üçün təhsilin yüksək səviyyəsi, 

Azərbaycan xalqının intellektual potensialının yüksək səviyyəsi 

ekstremizmə,  populizmə,  yalan  vədlərə,  kənardan  təzyiqlərə 

qarşı peyvənddir. Cəmiyyət nə qədər çox savadlı və erudisiyalı 

olsa, bir o qədər də özünü təmin edən, daha ləyaqətli və hər cür 

gözlənilməz hallardan sığortalanmış olacaqdır. Ona görə də bu 

məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır. 

Çıxışımı yekunlaşdıraraq demək istərdim ki, son nəticədə bu 

proseslərin  mərkəzində  insan,  vətəndaş  durur.  Çox  fəal  sosial 

siyasətin  həyata  keçirildiyi  Azərbaycanda  bizim  bütün 

planlarımızın,  ideyalarımızın  və  nailiyyətlərimizin  mərkəzində 

insan  dayanır.  Təsadüfi  deyil  ki,  bir  neçə  il  əvvəl  mən  «qara 



 

77 


qızıl»ı  insan  kapitalına  çevirək»  şüarını  irəli  sürmüşdüm. 

Düşünürəm ki, biz bu istiqamətdə istəyimizə nail ola biləcəyik. 

Yəni  ki,  bu  proses  davam  edir,  bütün  planlarımızın, 

sərmayələrin,  ideyaların  mərkəzində  insan,  Azərbaycan 

vətəndaşı,  onun  hüquqları,  azadlıqları,  rifahı,  təhlükəsizliyi 

durur. 


Əminəm  ki,  Moskva  Dövlət  Universitetinin  Bakı  filialı 

bundan  sonra  da  ən  yüksək  tələblərə  cavab  verəcək,  inkişaf 

edəcək, tələbələrin və fakültələrin sayı artacaq və biz hamımız 

sizin yeni uğurlarınıza sevinəcəyik. Sizi bir daha təbrik edirəm, 

hamınıza uğurlar arzulayıram. 

V i k t o r   S a d o v n i ç i  (M.V.Lomonosov adına  MDU-nun 

rektoru, akademik): Çox hörmətli İlham Heydər oğlu! 

Hörmətli  Mehriban  xanım,  Nərgiz  xanım!  Hörmətli 

Fövqəladə və Səlahiyyətli səfirlər! 

Hörmətli  Rusiya  Federasiyası  Prezidentinin  köməkçisi 

Vladimir İlyiç Tolstoy! 

Zalda olan hörmətli həmkarlar! 

Moskva  Universitetinin  əziz  müəllimləri!  Ümumiyyətlə,  bu 

auraya,  Moskva  Dövlət  Universitetinin  Bakı  filialının 

kampusuna  həyəcansız  daxil  olmaq  mümkün  deyildir.  Bu,  əsl 

həyəcandır, çünki bu, əsl universitetdir. 

Tarixdən  məlumdur  ki,  uzun  əsrlər  boyu  universitetlər, 

məbədlər,  məscidlər,  kilsələr  müəyyən  xalqların,  müəyyən 

məkanın  və  əlbəttə,  dünyanın  mədəniyyət  rəmzi  olaraq  qalır. 

Ona  görə  də  bu  gün  baş  verən  hadisə  düşünürəm  ki,  yalnız 

çağdaş  deyil,  gələcək  tarixə  də  daxil  olacaqdır.  Çünki  burada 

universitet, təhsil və elm məbədi inşa edilib. 

İlham  Heydər  oğlu!  Sizə  bütün  bu  dövr  ərzində  və  indi  də 

göstərdiyiniz  böyük  dəstəyə  görə  çox  dərin  minnətdarlığımızı 

bildiririk.  2007-ci  ildə  mən  Sizinlə  burada  –  Bakıda  görüşmək 

şərəfinə nail oldum, filialın açılması barədə razılıq əldə edildi. 

2008-ci  ilin  əvvəlindən  inşası  başladı  və  gözəl  kampusun 

yaradılması  ilə  yekunlaşdı.  Bu  bir  növ  yanaşma  üsuluna, 




 

78 


sakitliyinə,  tələbələr,  elmi  tədqiqatlar  və  tədris  prosesi  üçün 

rahatlığına görə Moskva Universitetinin kampusunu xatırladır. 

Nərgiz  xanım!  Sizin  apardığınız  işi  mən  yüksək  qiy-

mətləndirirəm.  Siz  bu  işə  bütün  qəlbinizlə  yanaşmısınız.  Uni-

versitetlər də elə bu cür tikilir, insan öz qəlbini, ürəyini qoyur. 

Filial məhz belə tikilib. Mən yalnız binanı yox, sizin qəlbinizin 

zərrəsi  ilə  yaradılmış  onun  strukturunu,  universitetin  özünü 

nəzərdə  tuturam.  Çox  sağ  olun.  Başa  düşürük  ki,  universitet 

tikmək  nə  deməkdir,  başqa  universitetlərin,  başqa  filialların 

necə  tikilməsini  də  görmüşük.  Sözsüz  ki,  sizin  dəstəyiniz  və 

belə münasibətiniz olmasaydı, bu ola bilməzdi. 

Burada heyrətamiz uyğunluq var. Burada dövlətin iradəsi və 

görkəmli  insan  –  Prezidentin  iradəsi  özünü  göstərir.  Mən 

Prezidentin  çıxışına  qulaq  asdım  və  deməliyəm  ki,  bu  əslində 

möhtəşəm  mühazirə  idi.  Şadam  ki,  bizim  professorlar  bunu 

eşitdilər.  Burada  bizim  təxminən  50-yə  qədər  professor  var. 

Çünki  Rusiyada  mən  belə  danışmalı  olanda,  bir  çoxları  artıq 

adət ediblər,  düşünürlər  ki,  belə lazımdır.  Ancaq  onlar  bunları 

real  həyata  keçirən  dövlət  liderini  dinləyəndə  isə  düşünürəm 

ki,  bu  «kvadratdır»,  riyaziyyatçıların  dediyi  kimi,  «n»  də-

rəcəsindədir.  Əlbəttə,  yaxşı  olardı  ki,  İlham  Heydər  oğlunun 

parlaq  çıxışından  sonra  Moskva  Universitetinə  qayıdanda 

hisslərinizi, düşüncələrinizi həmkarlarınızla bölüşəsiniz. 

Siz təhsil, elm və bu sahələrdə dövlətin siyasəti mövzusuna 

toxundunuz. Bu, Rusiya, xüsusilə də keçid mərhələsində hər bir 

ölkə  üçün  çox  aktualdır.  Biz  həqiqətən  də  keçmişdəki 

münasibətlərimizlə  fəxr  edə  bilərik.  Bizim  elmi  məktəblərimiz 

elmi  mənada  vahid  olduğu  dövrdə  mən  fəal  işləmək  şərəfinə 

nail olmuşam. Biz o zaman ayrı-ayrı dövlətlərdə yaşadığımızın 

fərqinə  varmırdıq.  Həmin  riyaziyyat,  kimya,  fizika,  neft 

məhsullarının  emalı  üzrə  məktəblər  dünya  səviyyəsində  olan 

məktəblər idi. Azərbaycan universitetlərində işləyən alimləriniz 

sözsüz ki, dünya elminin elitasına daxil idilər. Həqiqətən də, Siz 

düz qeyd etdiniz ki, zaman ötür və o mərhələ ölkəmizdə, Rusiyada 

elm  və  təhsilə  çox  güclü  zərbə  vurdu.  Başqa  ölkələrdə  də  eyni 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə