ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


RUSİYANIN VOLQOQRAD VİLAYƏTİNİN



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə20/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   16   17   18   19   20   21   22   23   ...   123

 

63 


RUSİYANIN VOLQOQRAD VİLAYƏTİNİN  

QUBERNATORU SERGEY BOJENOVUN  

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  

İLƏ GÖRÜŞ 

 

 



Prezident sarayı  

 

24 sentyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

sentyabrın 24-də Rusiya Federasiyasının Volqoqrad vilayətinin 

qubernatoru  Sergey  Bojenovun  başçılıq  etdiyi  nümayəndə 

heyətini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Sergey  Bojenovu  Rusiya  Federasiyasının 

Volqoqrad  vilayətinin  qubernatoru  təyin  olunması  münasibətilə 

təbrik etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı. Prezident 

İlham  Əliyev  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası 

arasında  ikitərəfli  münasibətlərin  uğurlu  inkişafından  məm-

nunluğunu ifadə etdi, ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektlərinin, 

o  cümlədən  Volqoqrad  vilayətinin  əlaqələrinin  bu  münasibətlərin 

inkişafındakı  rolunu  qeyd  etdi.  Dövlətimizin  başçısı  Volqoqrad 

vilayətinin  qubernatoru  Sergey  Bojenovun  Azərbaycana  səfərinin 

ölkəmizlə  Rusiya  Federasiyasının  bu  vilayəti  arasında  fəal 

qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcəyinə əminliyini bildirdi. 

Həştərxanın meri olduğu illəri məmnunluqla xatırladan Sergey 

Bojenov bu şəhərin inkişafına verdiyi töhfəyə görə prezident İlham 

Əliyevə  və  Heydər  Əliyev  Fonduna  minnətdarlığını  bildirdi. 

Həştərxanda  məktəbin,  parkın,  ulu  öndər  Heydər  Əliyevin 

abidəsinin  və  körpünün  inşasını  əlaqələrimizin  konkret  nümunəsi 

kimi  qiymətləndirən  qonaq  bunun  uzun  illər  əməkdaşlığımızın  və 

dostluğumuzun  möhkəmləndirilməsi  işinə  xidmət  edəcəyini 

vurğuladı.  

Azərbaycan  ilə  Volqoqrad  arasında  əməkdaşlığa  toxunan 

Sergey  Bojenov  vaxtilə  ulu  öndər  Heydər  Əliyevin  Volqoqrada 


 

64 


gəlişinin  vilayətin  əhalisi  tərəfindən  bu  günədək  böyük  hörmətlə 

xatırlandığını dedi.  

O, 2  dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və 

Sovet  İttifaqı  Qəhrəmanı  Xıdır  Mustafayevin  Volqoqradın  alman 

faşizmindən müdafiə olunmasında göstərdikləri qəhrəmanlığın da 

böyük hörmətlə yad edildiyini vurğuladı. 

 

 


 

65 


 

ƏLƏT QƏSƏBƏSİNDƏ 32 SAYLI ŞƏHƏR 

POLİKLİNİKASININ AÇILIŞI   

MƏRASİMİ  

 

25 sentyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

sentyabrın 25-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 

32 saylı şəhər poliklinikasının açılışında iştirak etmişdir. 

Ötən il aprelin 4-də prezident İlham Əliyev Ələt qəsəbəsinin 

sosial-iqtisadi  inkişafı  ilə  bağlı  həyata  keçirilən  işlərlə  tanış 

olarkən  burada  yeni  poliklinikanın  tikilməsinə  dair  tapşı-

rıqlarını  vermişdi.  Dövlətimizin  başçısının  2011-ci  il  aprelin   

6-da  imzaladığı  Sərəncamla  bu  tibb  müəssisəsinin  inşası  üçün 

bir milyon manat vəsait ayrılmışdı. 

Ələt qəsəbəsinə gələn prezident İlham Əliyev poliklinikanın 

əvvəlki  və  hazırkı  vəziyyətini  əks  etdirən  şəkillərdən  ibarət 

stendə baxdı. 

Dövlətimizin  başçısı  poliklinikanın  rəmzi  açılışını  bildirən 

lenti kəsdi. 

Qaradağ  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Süleyman 

Mikayılov  Azərbaycan  prezidentinə  məlumat  verdi  ki,  poli-

klinikanın  ötən  əsrin  70-ci  illərinin  əvvəllərində  inşa  olunmuş 

birmərtəbəli  binası  istifadəyə  yararsız  vəziyyətə  düşdüyündən 

ötən  ilin  noyabrından  yeni  binanın  inşasına  başlanılmışdır. 

Qısa  müddətdə  müasir  standartlar  səviyyəsində  tikilən  tibb 

müəssisəsinin  ikimərtəbəli  yeni  binasında  müayinə  və  müalicə 

üçün hər cür şərait vardır. 

Binanın  girişində  ulu  öndər  Heydər  Əliyevin  və  prezident 

İlham  Əliyevin  ölkəmizdə  səhiyyənin  inkişafına  diqqət  və 

qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır. 

Dövlətimizin  başçısı burada  ultrasəslə  müayinə  kabineti  ilə 

tanış  oldu.  Kabinetdə  ən  müasir  tibbi  avadanlıq  quraşdırıl-

mışdır  ki,  bu  da    tez  və  dəqiq  diaqnoz  qoymağa  imkan  verə-



 

66 


cəkdir. Burada, həmçinin uşaqlar üçün ayrıca bölmə yaradılıb. 

Tibb ocağında balacaların lazımi səviyyədə müayinə və müali-

cəsi  üçün  hər  cür  şərait  vardır.  Biokimyəvi  və  klinik  labo-

ratoriyalarda  quraşdırılan  müasir  avadanlıqlar  müayinələrin 

vaxtında və keyfiyyətlə aparılmasına imkan verəcəkdir. 

Prezident  İlham  Əliyev  rentgen  kabinetində  yaradılan  şə-

raitlə də tanış oldu. 

Bildirildi  ki,  poliklinikada  müxtəlif  təyinatlı  kabinetlər 

fəaliyyət göstərir. Bu kabinetlər də ən müasir standartlara ca-

vab verən tibbi avadanlıqlarla təchiz olunmuşdur. Səhiyyə oca-

ğında 100 nəfərlik tibbi heyət qəsəbə sakinlərinin sağlamlığının 

keşiyində  duracaqdır.  Dövlətimizin  səhiyyə  sisteminin  inki-

şafına göstərdiyi diqqət və qayğının davamlı xarakter aldığının 

daha  bir  nümunəsi  olan  Ələt  qəsəbəsindəki  poliklinikada  hər 

cür  şəraitin  yaradılması  ilk  növbədə,  burada  tibbi  müayinə  və 

müalicə işinin ən yüksək səviyyədə həyata keçirilməsinə imkan 

yaradacaqdır. 

Azərbaycan  prezidenti  poliklinikada  yaradılmış  şəraiti 

yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli tibbi xidmətin gös-

tərilməsi ilə bağlı tapşırıqlarını verdi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə