ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


FİFA-nın PREZİDENTİ YOZEF BLATTERİN



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə19/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   15   16   17   18   19   20   21   22   ...   123

 

60 


 

FİFA-nın PREZİDENTİ YOZEF BLATTERİN 

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞ  

 

Prezident sarayı  



 

21 sentyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



sentyabrın  21-də  FİFA-nın  prezidenti  Yozef  Blatterin  başçılıq 

etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Görüşdə  FİFA  U-17  qadınlar  arasında  futbol  üzrə  dünya 

çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edildi, 

çempionata  hazırlıq  işlərinin  yüksək  səviyyədə  təşkil  olunduğu 

bildirildi.  Görüşdə,  həmçinin  ölkəmizdə  idmanın,  o  cümlədən 

futbolun  inkişafına  yüksək  dövlət  qayğısının  göstərildiyi  vur-

ğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun ya-

radılması  ilə  bağlı  ardıcıl  tədbirlərin  həyata  keçirildiyi  bil-

dirildi. 

FİFA-nın  prezidenti  Yozef  Blatter  FİFA  U-17  qadınlar 

arasında  futbol  üzrə  dünya  çempionatının  xüsusi  medalını  və 

FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim etdi.  

 

 

 



 

 

 

 

 

 

 

 

 


 

61 


 

FUTBOL ÜZRƏ «FİFA U-17 QADINLARARASI 

DÜNYA ÇEMPİONATI AZƏRBAYCAN–2012 »nin   

AÇILIŞI MƏRASİMİ  

 

Tofiq Bəhramov adına Respublika stadionu 

 

22 sentyabr 2012-ci il  



 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev, 

xanımı  Mehriban  Əliyeva  və  ailə  üzvləri  sentyabrın  22-də 

Bakıda  Tofiq  Bəhramov  adına  Respublika  stadionunda  futbol 

üzrə «FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–

2012»nin təntənəli açılışı mərasimində iştirak etmişlər. 

Əvvəlcə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və 

ailə  üzvləri  17  yaşadək  qadınlar  arasında  futbol  üzrə  dünya 

çempionatının  açılışı  mərasimində  iştirak  etmək  üçün  Bakıya 

gələn  Beynəlxalq  Futbol  Federasiyaları  Assosiasiyasının  – 

FİFA-nın prezidenti Yozef Blatter ilə görüşdülər. 

Çempionatın açılışı mərasimində dünya şöhrətli «Cirque du 

Soleil»  sirki  xüsusi  olaraq  bu  mundial  üçün  hazırladığı 

proqramla çıxış etdi. 

Akrobatlar,  rəqqaslar  və  bu  şouda  iştirak  edən  yerli  könül-

lülər  öz  çıxışlarında  Azərbaycanın  qədim  ənənələrinə  uyğun 

olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini 

nümayiş etdirdilər. Bu şou xüsusi olaraq onun üçün bəstələnmiş 

və  məhz  «Cirque  du  Soleil»  tamaşalarına  xarakterik  olan 

musiqinin müşayiəti altında keçdi. 

Sonra  dünya  şöhrətli  müğənni  Cenifer  Lopezin  möhtəşəm 

ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırdı. 

Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşadək qa-

dınlardan ibarət milli komandaları yaşıl meydana daxil oldular. 

Azərbaycan  prezidenti İlham Əliyev və FİFA-nın  prezidenti 

Yozef  Blatter  komandaların  oyunçularını,  hakimləri  təbrik 

edərək, onlara uğurlar arzuladılar. 


 

62 


Kolumbiyanın  və  Azərbaycanın  dövlət  himnləri  səsləndiril-

dikdən sonra komandaların oyunu başladı. 

Beləliklə, Azərbaycan daha bir dünya səviyyəli idman yarışına 

ev sahibliyi edir. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi 

olan  ölkəmizin  tarixində  ilk  dəfə  17  yaşadək  qadınlar  arasında 

dünya çempionatı baş tutur. Bu dünya çempionatı üçüncü dəfədir 

ki, keçirilir. Azərbaycan bu çempionata FİFA İcraiyyə Komitəsinin 

2010-cu  il  19  mart  tarixli  Qərarına  əsasən  ev  sahibliyi  edir.  Bu, 

Azərbaycanda  keçirilən  ilk  FİFA  tədbiridir  və  Avrasiyada  baş 

tutan  ilk  U-17  qadınlararası  dünya  çempionatıdır.  Çempionatda 

Yaponiya,  Koreya  Xalq  Demokratik  Respublikası,  Çin,  Nigeriya, 

Qana,  Qambiya,  ABŞ,  Kanada,  Meksika,  Braziliya,  Uruqvay, 

Kolumbiya,  Yeni  Zelandiya,  Fransa,  Almaniya  və  ev  sahibi 

Azərbaycanın  milli  komandaları  birincilik  uğrunda  mübarizə 

aparacaqlar. Azərbaycan ilk dəfə FİFA U-17 qadınlararası dünya 

çempionatına öz  milli yığması ilə qatılır. Millimiz «A»  qrupunda 

Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə yarışacaqdır. 

Azərbaycanın  ev  sahibliyi  etdiyi  dünya  çempionatının  oyun-

ları  paytaxt  Bakı  ilə  yanaşı,  Lənkəran  şəhərində  də  keçiriləcək. 

Çempionat üçün 6 stadion ayrılmışdır. Bunlardan  5-i Bakıda, 1-i 

isə Lənkəranda yerləşir. 

Qeyd  edək  ki,  FİFA  U-17  qadınlararası  dünya  çempionatı 

ilk dəfə 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Bu çempionatın 

qalibi  Koreya  Xalq  Demokratik  Respublikasının  yığması 

olmuşdur.  İkinci  dəfə  isə  çempionat  2010-cu  ildə  Trinidad  və 

Tobaqoda  təşkil  edilmiş  və  kuboku  Koreya  Respublikasının 

futbolçuları qazanmışlar. 

 

 

 

 

 

 

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə