ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


QOBUSTAN QƏSƏBƏSİNDƏ 330 SAYLI



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə21/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   17   18   19   20   21   22   23   24   ...   123

 

67 


 

QOBUSTAN QƏSƏBƏSİNDƏ 330 SAYLI  

TAM ORTA MƏKTƏB  BİNASININ  

AÇILIŞI  MƏRASİMİ 

 

 



25 sentyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



sentyabrın  25-də  Bakının  Qaradağ  rayonunun  Qobustan  qə-

səbəsində 330 saylı tam orta məktəb binasının açılışında iştirak 

etmişdir. 

Ötən  il  martın  9-da  Azərbaycan  prezidenti  İlham  Əliyevin 

sədrliyi  ilə  Bakı  Şəhər  İcra  Hakimiyyətində  keçirilən  müşa-

virədə  dövlətimizin  başçısı  paytaxtətrafı  qəsəbələrin  sosial-

iqtisadi  inkişafı  ilə  bağlı  tapşırıqlar  vermişdi.  Tapşırıqların 

icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də pre-

zident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində 

olmuşdu.  Qəsəbə  ictimaiyyətinin  nümayəndələri  ilə  görüşdə 

sakinlər  dövlət    başçısından  məktəb  binasının  tikilməsi  barədə 

xahiş etmişdilər. 

Azərbaycan  prezidenti  İlham  Əliyevin  2011-ci  il  6  aprel 

tarixli  Sərəncamına  əsasən  qəsəbədə  ümumtəhsil  məktəbi  bi-

nasının tikintisi üçün 2  milyon manat vəsait ayrılmışdır. 

Dövlətimizin  başçısı  məktəbin  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. 

Azərbaycan prezidentinə məlumat verildi ki, ümumi sahəsi 3 

hektar  olan  məktəbin  üçmərtəbəli  binasında  hər  cür  şərait 

yaradılıb.  Məktəbin  inşasına  ötən  il  başlanılmış,  tikinti  işləri 

qısa zamanda yüksək zövq və keyfiyyətlə aparılmışdır. 

Məktəbin  foyesində  ümummilli  lider  Heydər  Əliyevin  və 

prezident  İlham  Əliyevin  ölkəmizdə  təhsilin  inkişafına  göstər-

dikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. 

Diqqətə çatdırıldı ki, 880 şagird yerlik bu təhsil  ocağının 48 

sinif  otağı,  6  min  ədəbiyyat  fonduna  malik  müasir  kitabxanası 

var.  İbtidai  sinif  şagirdləri  üçün  yaradılan  oyun  otağında 


 

68 


balacalar asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Məktəbdə 

şahmat  otağı  və  sinifdənkənar  işlər  üçün  xüsusi  kabinetlər  də 

vardır.  Şagirdlərin  vətənpərvərlik  ruhunda  böyüməsi  və  təhsil 

almasına  da  xüsusi  diqqət  yetirilib.  Hərbi  vətənpərvərlik 

otağında  ordumuzun  qüdrətinin  artırılması  üçün  dövlətimizin 

həyata  keçirdiyi  tədbirləri  əks  etdirən  fotolar  yer  almış,  milli 

qəhrəmanlarımızla bağlı guşə yaradılmışdır. 

Bildirildi  ki,  məktəbdəki  şərait  təlim-tərbiyə  işinin  və  tədris 

prosesinin  ən  yüksək  səviyyədə  aparılmasına  imkan  verir. 

Məktəbdə  linqafonla  təchiz  olunmuş  informatika  otağında  ən 

son  texniki  avadanlıq  quraşdırılıb.  Burada  30  kompüterin 

olduğu 2  zal da şagirdlərin ixtiyarına verilib. Məktəbdə stoma-

toloq  və  psixoloq  kabinetləri  də  fəaliyyət  göstərəcəkdir.  Yeni 

təhsil ocağında ən son texniki avadanlıqla təchiz olunmuş fizika 

və  kimya  laboratoriyaları  vardır.  Müxtəlif  fənn  kabinetləri  də 

zəruri  əyani  vəsaitlə təmin  olunmuş,  sinif  otaqlarında  elektron 

lövhələr 

quraşdırılmış, 

şagirdlərin 

istirahət 

otaqları 

yaradılmışdır.  Məktəbin  akt  zalı  da  müasir  səviyyədə  və  nəfis 

tərtibatda  inşa  olunub.  Akt  zalında  məktəblə  yanaşı,  qəsəbə 

üzrə mədəni-kütləvi tədbirlər keçirmək üçün imkan vardır. 

Vurğulandı  ki,  təhsil  ocağında  şagirdlərin  normal  qida-

lanmaları  üçün  yüksək  şərait  yaradılıb.  Buradakı  yeməkxana  

ən müasir tələblərə cavab verir. Məktəbin idman zalı da müasir 

səviyyədə  qurulub.  Zalda  şagirdlər  mini-futbol,  basketbol, 

voleybol və idmanın digər növləri ilə məşğul ola bilərlər. 

Məktəbin  həyətində  geniş  abadlıq  işləri  aparılıb,  futbol, 

voleybol və basketbol meydançaları tikilib. 

Dövlətimizin  başçısı  məktəbdə  yaradılan  şəraiti  yüksək 

qiymətləndirdi. 

 

 

 



 

 

 


 

69 


 

M.V.LOMONOSOV ADINA MOSKVA DÖVLƏT 

UNİVERSİTETİNİN BAKI FİLİALININ YENİ 

TƏDRİS KOMPLEKSİNİN AÇILIŞI  

MƏRASİMİ  

 

Xocasən qəsəbəsi  

 

26 sentyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

xanımı  Mehriban  Əliyeva  sentyabrın  26-da  M.V.Lomonosov 

adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris 

kompleksinin açılışı mərasimində iştirak etmişlər. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi 

təqdim edildi. 

Dövlətimizin  başçısı  filialın  yeni  tədris  kompleksinin  rəmzi 

açılışını bildirən lenti kəsdi. 

M.V.Lomonosov  adına  Moskva  Dövlət  Universitetinin  rek-

toru,  akademik  Viktor  Sadovniçi  və  bu  ali təhsil  ocağının  Bakı 

filialının  rektoru,  professor  Nərgiz  Paşayeva  Azərbaycan 

prezidentinə  və  xanımına  məlumat  verdilər  ki,  Xocasən  qəsə-

bəsinin  ərazisində  5  hektar  sahədə  yeni  kompleksin  tikintisinə 

2010-cu ilin iyununda başlanılmışdır.  7  korpusun  daxil olduğu 

tədris  kompleksi  xüsusi  dizaynla  yüksək  standartlar  səviyyə-

sində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsas-

lanaraq  ən  son  texnoloji  nailiyyətlərlə  inşa  olunmuşdur. 

Kompleksə, həmçinin 2 idman korpusu, müəllim və tələbələr 

üçün 4 yataqxana daxildir. 

Dövlətimizin  başçısı  və  xanımı  MDU-nun  Bakı  filialının 

beşmərtəbəli yeni binasında yaradılmış şəraitlə tanış oldular. 

Bildirildi  ki,  bu  ali  təhsil  müəssisəsinin  güclü  maddi-texniki 

baza ilə təminatına xüsusi diqqət yetirilmişdir. Bu ali təhsil ocağı-

nın  kitabxana  fondunda  20  min  ədəbiyyat  vardır.  Kitabxanada 

nadir  nəşrlər  də  yer  almışdır.  Elektron  kitabxananın  100  nəfərlik 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə