ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


QIRĞIZ RESPUBLİKASININ SABİQ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə31/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   27   28   29   30   31   32   33   34   ...   123

 

100 


 

QIRĞIZ RESPUBLİKASININ SABİQ  

PREZİDENTİ ROZA OTUNBAYEVA  

İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  



 

2 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  2-də  Qırğız  Respublikasının  sabiq  prezidenti  Roza 

Otunbayevanı qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  Qırğızıstan  arasında  ikitərəfli 

münasibətlərin  müxtəlif  sahələrdə  uğurla  inkişaf  etdiyi  vur-

ğulandı,  əlaqələrimizin  daha  da  genişləndirilməsi  üçün  böyük 

imkanların olduğu qeyd edildi. 

Azərbaycanda  bir  neçə  dəfə  səfərdə  olduğunu  vurğulayan 

xanım  Roza  Otunbayeva  Bakıda,  Gəncədə  və  respublikamızın 

digər  regionlarında  böyük  infrastruktur  layihələrinin  həyata 

keçirilməsinin  şahidi  olduğunu  dedi,  ötən  dövr  ərzində  ölkə-

mizin  əldə  etdiyi  iqtisadi  uğurların  onda  dərin  təəssürat  ya-

ratdığını qeyd etdi. 

 

 




 

101 


 

ESTONİYA RESPUBLİKASININ  SABİQ  

PREZİDENTİ ARNOLD RÜÜTEL İLƏ  GÖRÜŞ   

 

Prezident sarayı  



 

2 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  2-də  Estoniya  Respublikasının  sabiq  prezidenti 

Arnold Rüüteli qəbul etmişdir. 

Görüşdə  Bakı  Beynəlxalq  Humanitar  Forumuna  marağın 

ildən-ilə  artdığı  vurğulandı,  müzakirə  olunacaq  mövzuların 

əhəmiyyəti  qeyd  edildi,  qarşıda  duran  məsələlərin  həlli  ilə 

bağlı  ümumi  meyarların  işlənib  hazırlanması  baxımından 

forumun  vacibliyi  bildirildi.  Forumda  müxtəlif  mədəniyyət-

lərin və sivilizasiyaların nümayəndələrinin iştirakının  önəmi 

qeyd olundu. 

Görüşdə,  həmçinin  Azərbaycan  ilə  Estoniya  arasında  iki-

tərəfli  münasibətlərin  inkişafının  razılıq  doğurduğu  bildirildi, 

əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olundu. 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 


 

102 


 

BMT-nin AZƏRBAYCANDAKI REZİDENT- 

ƏLAQƏLƏNDİRİCİSİ FİKRƏT AKÇURA İLƏ 

GÖRÜŞ  

 

 



Prezident sarayı  

 

2 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  2-də  BMT-nin  ölkəmizdəki  rezident-əlaqələndiricisi 

Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar 

qəbul etmişdir. 

BMT-nin  rezident-əlaqələndiricisi  Fikrət  Akçuranın  ölkə-

mizlə  BMT  arasında  əməkdaşlığın  genişləndirilməsi  işindəki 

xidmətlərini  vurğulayan  dövlətimizin  başçısı  onun  Azərbay-

candakı  fəaliyyətini  yüksək  qiymətləndirdi  və  gələcək  fəaliy-

yətində uğurlar arzuladı. 

Fikrət Akçura ölkəmizdə gedən davamlı inkişaf proseslərinin 

önəmini  vurğuladı,  Azərbaycandakı  diplomatik  fəaliyyətindən 

məmnunluğunu ifadə etdi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

103 


 

BOLQARISTAN RESPUBLİKASININ  SABİQ 

PREZİDENTİ GEORGİ PIRVANOV İLƏ GÖRÜŞ  

 

 



Prezident sarayı  

 

3 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  3-də  Bolqarıstanın  sabiq  prezidenti  Georgi  Pır-

vanovu qəbul etmişdir. 

Bolqarıstanın  keçmiş  prezidenti  Georgi  Pırvanovun  Bakı 

Beynəlxalq  Humanitar  Forumunda  iştirakının  əhəmiyyətini 

qeyd  edən  dövlətimizin  başçısı  tədbirə  dünyada  və  regionda 

böyük marağın olduğunu bildirdi. Forumda 70-dən çox ölkədən 

600-dən  artıq  nümayəndənin  iştirak  etdiyini  vurğulayan 

prezident İlham Əliyev tədbiri humanitar əməkdaşlıq sahəsində 

mühüm beynəlxalq layihə kimi dəyərləndirdi. 

Georgi  Pırvanov  Bolqarıstanın  dövlət  başçısı  vəzifəsində 

çalışarkən  Azərbaycan  prezidenti  İlham  Əliyevlə  həyata  keçir-

dikləri birgə səylər nəticəsində ölkələrimiz arasında əməkdaşlıq 

münasibətlərinin  yüksək  səviyyəyə  qalxdığını  məmnunluqla 

qeyd  etdi.  Georgi  Pırvanov  dostluq  əlaqələrinin  gələcəkdə  də 

davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. 

 

 

 

 

 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə