ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə30/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   26   27   28   29   30   31   32   33   ...   123

 

96 


ermənilər  bu  status-kvonu  möhkəmlətmək  istəyirlər,  heç  nəyi 

dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmirlər. Həmsədr 

ölkələrin – Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan 

ismarıclarına  qulaq  asmırlar.  Bu  liderlər  aydın  şəkildə  ismarıc 

göndəriblər  ki,  status-kvo  qəbuledilməzdir  və  dəyişdirilməlidir. 

Status-kvonu  dəyişmək  üçün  onlar  geri  çəkilməlidirlər.  Bu 

həqiqətən də bizim üçün ən böyük problemdir. Bu həm də regional 

sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki münaqişə 

dondurulmayıb, amma sülh olduqca kövrəkdir. 

Əminəm  ki,  siz  görüşləriniz  zamanı  maraqlı  müzakirələr 

aparacaqsınız.  Ümid  edirəm  ki,  Azərbaycanla  bağlı  daha  çox 

məlumat almaq və bu inkişafı görmək imkanınız olacaqdır. 



Y u r g e n  Q r a m k e  (Avropa Məsələləri üzrə İnstitutun 

İdarə  Heyətinin  sədri):  Bizim  əsas  fəaliyyət  istiqamətlərimiz 

bunlardır.  Birincisi  imic,  digəri,  istiqamət  infrastruktur,  üçüncüsü 

bütün bunların beynəlxalq səviyyədə təqdim olunması, sonuncusu 

isə  innovasiyadır.  Biz  4  panel  –  siyasi  məsələlər,  iqtisadiyyat, 

idman  və  təhsil  panellərini  keçirəcəyik.  Qeyd  etdiyim  kimi,  biz 

bunları  beynəlxalq  səviyyədə  təqdim  etmək  fikrindəyik.  Siz 

beynəlxalq  səviyyədə  körpülərin  qurulması  istiqamətində  addım-

addım  irəliləyirsiniz.  Düşünürəm  ki,  siyasi,  iqtisadi,  idman  və 

təhsil sahələri olduqca əhəmiyyətlidir. 

Bəzilərimiz  ilk  dəfədir  ki,  Bakıdayıq.  Biz  Sizə,  Sizin  fəaliy-

yətinizə  və xalqınıza ən böyük arzularımızı çatdırırıq,  biz  burada 

çox gözəl vaxt keçirdik. Təşəkkür edirəm. 

 



 

97 


 

FRANSA SENATININ ENERJİ ARAŞDIRMA 

QRUPUNUN HƏMSƏDRİ  SENATOR LADİSLAS 

PONİATOVSKİNİN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  



 

1 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  1-də  Fransa  Senatının  enerji  araşdırma  qrupunun 

həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi sena-

torlar  xanım  Delfin  Batay,  Kristof-Andre  Frassa  və  Jan-Klod 

Leniordan ibarət nümayəndə heyətini qəbul etmişdir.  

Dövlətimizin  başçısı  Fransa  Senatının  enerji  araşdırma 

qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan 

ilə  Fransa  arasında  əlaqələrin  daha  da  genişləndirilməsi  işinə 

xidmət  edəcəyinə  ümidvar  olduğunu  vurğuladı.  Fransaya  bu 

yaxınlarda  səfər  etdiyini  məmnunluqla  xatırladan  prezident 

İlham Əliyev bildirdi ki, prezident Fransua Olland ilə görüşü və 

səfər  zamanı  keçirdiyi  digər  görüşlər  Azərbaycan–Fransa  mü-

nasibətlərinin  strateji  xarakter  daşıdığını  bir  daha  təsdiqlədi. 

Əlaqələrimizin  inkişafında  parlamentlərarası  əməkdaşlığın  önə-

mini  qeyd  edən  dövlətimizin  başçısı  Fransa  Senatı  nümayən-

dələrinin  ölkəmizə  səfərinin  bu  əməkdaşlığın  daha  da  güc-

ləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. 

Nümayəndə  heyətinin  bütün  üzvlərinin  Fransa  Senatının 

enerji  araşdırma  qrupunu təmsil  etdiyini vurğulayan  Ladislas 

Poniatovski  ölkələrimiz  arasında  mövcud  əlaqələrin  bütün 

sahələrdə, xüsusilə enerji sektorunda daha da genişləndirilmə-

sində  maraqlı  olduqlarını  dedi.  Ladislas  Poniatovski 

Azərbaycan  prezidenti  İlham  Əliyevin  Fransa  prezidenti 

Fransua  Olland  ilə  görüşən  ilk  prezidentlərdən  biri  olmasını 

xüsusi vurğuladı.  

 


 

98 


 

LATVİYA RESPUBLİKASININ KEÇMİŞ 

PREZİDENTİ VAYRA VİKE-FREYBERQA İLƏ 

GÖRÜŞ  

 

Prezident sarayı  

 

1 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 1-də Latviya Respublikasının keçmiş prezidenti Vayra 

Vike-Freyberqanı qəbul etmişdir. 

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inki-

şafından məmnunluq ifadə olundu, Bakı Beynəlxalq Humanitar 

Forumunun  əhəmiyyəti  vurğulandı,  foruma  olan  beynəlxalq 

marağın önəmi qeyd olundu. 

Latviyanın  keçmiş  prezidenti  Vayra  Vike-Freyberqa  Bakıda 

və  Gəncədə  gedən  sürətli  inkişaf  proseslərinin  onda  böyük 

təəssürat oyatdığını dedi. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

99 


 

RUSİYA FEDERASİYASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB VLADİMİR PUTİNƏ 

 

Hörmətli Vladimir Vladimiroviç! 



Əlamətdar  yubileyiniz  –  anadan  olmağınızın  60  illiyi 

münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Bu  gün  dost  Rusiya  Sizin  rəhbərliyiniz  altında  cəmiyyət 

həyatının  bütün  sahələrinin  təkmilləşdirilməsi  və  modern-

ləşdirilməsi yolu ilə ardıcıl surətdə irəliləyir. Ölkənin beynəlxalq 

aləmdə artan nüfuzu, dünyada baş verən proseslərə münasibətdə 

onun fəal mövqeyi Sizin adınızla bağlıdır. 

Siz  Azərbaycan  ilə  Rusiya  arasında  ənənəvi  dostluq  və 

mehriban  qonşuluq  münasibətlərinin  möhkəmlənməsinə  və 

genişlənməsinə  sanballı  şəxsi  töhfələr  vermisiniz.  Sevindirici 

haldır  ki,  bu  münasibətlər  keyfiyyətcə  yeni  inkişaf  səviyyəsinə 

çatmışdır və indi strateji tərəfdaşlıq xarakteri daşıyır. 

Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxsahəli 

əməkdaşlığımız  və  qarşılıqlı  fəaliyyətimiz  xalqlarımızın  rifahı, 

Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da 

hərtərəfli və dinamik inkişaf edəcəkdir. 

Bizim  aramızda  yaranmış  etimadı,  dostluq  münasibətlərini 

yüksək qiymətləndirirəm. 

Əziz  Vladimir  Vladimiroviç,  Sizə  və  bütün  ailənizə  səadət, 

firavanlıq və uğurlar arzulayıram. 

 

Dərin hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 2 oktyabr 2012-ci il 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə