ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə39/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   35   36   37   38   39   40   41   42   ...   123

 

127 


tutulan  ideyalarının  həyata  keçirilməsinə  geniş  imkanlar  açdığı 

qeyd olundu. 

Avropa  Parlamentinin  üzvü,  Paris  şəhərinin  7-ci  rayonunun 

meri  xanım  Raşida  Dati  vurğuladı  ki,  iqtisadi  cəhətdən  sürətlə 

inkişaf  edən,  regional  layihələrin  təşəbbüsçüsü  olan  Azərbaycan 

dünyaya  çox  nadir  bir  örnəkdir.  Azərbaycanın  multikulturalizmə 

böyük önəm verdiyini vurğulayan Raşida Dati ölkəmizdə müxtəlif 

dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış 

içində bir arada yaşadığını diqqətə çatdırdı. 

Raşida Dati belə vacib tədbirin Bakıda keçirilməsinin forumun 

əhəmiyyətini  daha  da  artırdığını  dedi.  Çünki  Bakı  müxtəlif 

mədəniyyətlərin,  qədimliklə  müasirliyin  qovuşduğu  bir  məkandır. 

O  həmçinin  bildirmişdir  ki,  bu  beynəlxalq  tədbir  bir  çox  mə-

sələlərin  müzakirə  edilməsi  və  onların  həll  yollarının  tapılması 

istiqamətində qarşıya qoyduğu məqsədlərə nail olacaqdır. 

Rumıniyanın  sabiq  prezidenti  Emil  Konstantinesku  Bakı 

Beynəlxalq  Humanitar  Forumunun  ötən  il  olduğu  kimi,  uğurla 

nəticələnəcəyinə  əminliyini  bildirdi.  O  vurğuladı  ki,  bu  tədbirdə 

müzakirə  ediləcək  məsələlər  bəşəriyyətin  üzləşdiyi  çağırışlara 

cavab verməsi baxımından mühüm töhfələri ilə yadda qalacaqdır. 

Çünki müxtəlif peşə sahiblərinin, xüsusilə də mədəniyyət sahəsini 

təmsil edən insanların Bakıda bir araya gələrək mühüm məsələləri 

müzakirə etməsi böyük nəticədir. 

Emil  Konstantinesku  Bakı  Beynəlxalq  Humanitar  Forumunu 

yüksək  səviyyədə  təşkil  edən  Azərbaycanın  bunu  artıq  ənənəyə 

çevirdiyini də diqqətə çatdırdı. 

Qırğız  Respublikasının  sabiq  prezidenti  xanım  Roza  Otunba-

yeva isə Azərbaycanın zəngin tarixi və mədəni irsindən bəhs etdi. 

Sabiq prezident sovet dönəmindən müstəqillik illərinədək və daha 

sonrakı  dövrlərdə  inkişaf  edən  Azərbaycanın  dünyada  artan 

nüfuzuna  da  toxundu.  Forumun  əhəmiyyətindən  danışan  Roza 

Otunbayeva burada multikulturalizm və medianın cəmiyyətdə rolu 

məsələsinin  daha  çox  müzakirə  olunmasının  aktuallığından 

danışdı. 


 

128 


Bakı  Beynəlxalq  Humanitar  Forumunun  yüksək  səviyyədə 

təşkilinə  görə  Azərbaycan  prezidentinə  təşəkkürünü  bildirən  Bol-

qarıstanın  sabiq  prezidenti  Peter  Stoyanov  çıxışında  multikultu-

ralizmə  xüsusi  yer  ayırmışdır.  O  özündə  qarşılıqlı  anlaşmanı  və 

digər  xalqlara  və  dinlərə  hörmətlə  yanaşmanı  əks  etdirən  mul-

tikulturalizmin  Azərbaycanda  xüsusən  diqqət  mərkəzində  saxlan-

dığını  vurğuladı.  Bildirilmişdir  ki,  indi  dünya  elitasının  nüfuzlu 

nümayəndələrini bir araya toplayan Azərbaycan bu forumu təşkil 

etməklə  ciddi  uğura  imza  atmışdır.  Odur  ki,  forum  dünyanı 

narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, mədəni 

dəyərləri bölüşmək üçün mühüm məkandır. Bu gün Azərbaycanın 

öz  nümunəvi  dəyərlərini  bütün  dünyaya  təqdim  etdiyini  deyən 

Peter  Stoyanov  bildirmişdir  ki,  Azərbaycan  əlverişli  coğrafi 

mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən istifadə edərək, 

artıq  dünyada  ən  mühüm  dialoq  mərkəzlərindən  birinə 

çevrilmişdir. 

Peter  Stoyanov  son  illərdə  ölkəmizin  yüksək  iqtisadi  inkişaf 

nümayiş  etdirdiyini  diqqətə  çatdıraraq  bu  işdə  prezident  İlham 

Əliyevin  xidmətlərini,  ölkədə  həyata  keçirilən  siyasi  kursun 

uğurlarını  yüksək  qiymətləndirdi.  Ən  əhəmiyyətlisi  isə  odur  ki, 

Azərbaycan özünün bu uğurlu təcrübəsini həmişə başqa ölkələrlə 

bölüşməyə can atır. 

 «Bakı  Beynəlxalq  Humanitar  Forumu  doğru  məqamda  irəli 



sürülən  ideyadır»  –  deyən  Latviyanın  sabiq  prezidenti  Valdis 

Zatlers  tədbirin  yüksək  səviyyədə  təşkilinə  görə  minnətdarlığını 

bildirdi. Qlobal dünyanın sürətlə dəyişdiyini, texnoloji inkişafın bu 

dəyişikliyi  daha  da  gücləndirdiyini  vurğulayan  sabiq  prezident 

bildirmişdir  ki,  əsas  məqam  bu  dəyişikliyə  uyğunlaşmaqdır. 

Texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxdur və o, cəmiyyət 

qarşısında yeni çağırışlar müəyyən edir. Biz bu çağırışlara cavab 

vermək, dəyişikliklərə uyğunlaşmaq üçün bir-birimizlə daha yaxın 

və mehriban münasibətlər qurmalıyıq. 

Valdis  Zatlers  qeyd  etdi  ki,  Azərbaycan  xalqı  və  dövlətin 

rəhbərliyi özünə əmindir və hansı addımlar atmaq lazım olduğunu 


 

129 


çox  yaxşı  bilir.  Bu  mötəbər  tədbirin  Bakıda  keçirilməsi  məhz  bu 

əminliyin göstəricisidir. 

Bolqarıstan  Respublikasının  sabiq  prezidenti  Georgi  Pırvanov 

çıxışında qeyd etdi ki, Bakı Beynəlxalq Humanitar Forumu regional 

çərçivədən  kənara  çıxaraq  qlobal  məsələlərin  müzakirəsinə  töhfə 

verən  ən  mühüm  tədbirlərdən  biridir.  Georgi  Pırvanov 

Azərbaycanın  belə  böyük  miqyaslı  tədbirlərə  yüksək  səviyyədə  ev 

sahibliyi etməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. 

«Bu  forumun  daha  bir  əhəmiyyəti  onun  qlobal  təhlükəsizlik 

məsələlərinin həllində yaxından iştirak etməsidir» – deyən Georgi 

Pırvanov bildirdi ki, Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş 

kimi  qəbul  etməlidir.  Çünki  bunu  şərtləndirən  amillər  çoxdur. 

Georgi Pırvanov YUNESKO və Avropa Şurasını bu cür möhtəşəm 

forumun hər il təşkil olunması üçün Azərbaycana daha çox dəstək 

verməyə çağırmışdır. 

Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurasının  baş  katibi  Xəlil 

Akıncı  regional  sülhün  və  təhlükəsizliyin  təmin  olunması  baxı-

mından  forumun  əhəmiyyətini  yüksək  qiymətləndirərək  rəhbərlik 

etdiyi  təşkilatın  həyata  keçirdiyi  tədbirlər,  türkdilli  ölkələr 

arasında  əlaqələrin  daha  da  möhkəmləndirilməsi  istiqamətində 

atılan addımlar, qəbul edilən qərarlar barədə məlumat verdi. Xəlil 

Akıncı  bu  forumun  yüksək  səviyyədə  təşkilinə  görə  bir  daha 

Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi. 

 

* * *  

     

 

      Bakı  Beynəlxalq  Humanitar  Forumunun  plenar  iclasının 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  prezidenti  Mahmud 

Kərimovun  sədrliyi  ilə  keçən  ikinci  hissəsində  Nobel  mükafatı 

laureatları çıxış etmişlər. 

Kimya  üzrə  Nobel  mükafatı  laureatı  Əhməd  Zevayl  müasir 

dünyada  elm  və  təhsilin  inkişafının  prioritetə  çevrilməsinin 

vacibliyini  önə  çəkmiş,  ölkəmizdə  bu  məsələyə  xüsusi  diqqət 

verilməsinin təqdirəlayiq olduğunu demişdir. 

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Kennet Cozef Arrou 

forumda müzakirə edilən məsələlərin müasir dövr üçün çox aktual 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə