ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə36/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   32   33   34   35   36   37   38   39   ...   123

 

118 


bir  neçə  il  ərzində  dünya  miqyasında  iqtisadi  cəhətdən  ən 

sürətlə  inkişaf  edən  ölkə  olmuşdur.  Son  7-8  il  ərzində 

iqtisadiyyatımız  3  dəfə  artmış,  yoxsulluq  səviyyəsində 

yaşayanların sayı 49 faizdən 7 faizə düşmüşdür. Biz çalışacağıq 

ki,  ondan  da  aşağı  düşsün.  İşsizlik  problemi,  demək  olar  ki, 

köklü şəkildə həll edilmişdir. Əlbəttə ki, hələ işsizlər var. Ancaq 

onların sayı 5,4 faizdir. Azərbaycanın xarici borcu ümumi daxili 

məhsulun cəmi 7 faizini təşkil edir. Bu da onu göstərir ki, biz 

iqtisadi  islahatlarımızı,  təşəbbüslərimizi  aparmaqla,  irəli 

sürməklə  fəaliyyətimizi  daxili  resurslar  üzərində  qurmuşuq. 

Çox borc götürməmişik. Ona görə də biz xarici borcu istənilən 

vaxt  tam  şəkildə  ödəyə  bilərik.  Bu  göstəriciyə  görə,  hesab 

edirəm  ki,  Azərbaycan  dünya  miqyasında  ən  qabaqcıl 

yerlərdədir. 

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar 

bəhrəsini  verir.  Bildiyiniz  kimi,  Azərbaycan  neft  və  qaz 

ehtiyatları  ilə  zəngin  olan  ölkədir.  Ancaq  bu  ilin  6  ayının 

göstəriciləri onu deyir ki, qeyri-neft iqtisadiyyatımız 10 faizdən 

çox  inkişaf  edib.  Şaxələndirmə  prosesi  artıq  reallıqdır. 

Gələcəkdə uzunmüddətli, dayanıqlı iqtisadi inkişafa nail olmaq 

üçün  bütün  imkanlar  vardır.  İlk  növbədə,  siyasi  iradə  vardır. 

Ondan sonra artıq güclü maliyyə vəziyyəti mövcuddur. 

Bizim  tərəfimizdən  irəli  sürülmüş  enerji  və  nəqliyyat  la-

yihələri nəinki Azərbaycan və bölgə üçün, Avropa üçün böyük 

əhəmiyyət  daşıyır.  Biz  gələcəyimizi  indidən  proqnozlaşdıra 

bilərik  və  görə  bilərik  ki,  5  ildən,  10  ildən  sonra  Azərbaycan 

necə inkişaf edəcəkdir. Mən bütün bu islahatları aparan bir şəxs 

kimi,  heç  bir  çətinlik  görmürəm.  Mən  əminəm  ki,  iqtisadi 

sahədə inkişaf dayanıqlı və sürətli olacaqdır. 

Sosial  məsələlərin  həllinə  gəldikdə,  insanların  rifah  halı 

yaxşılaşır  və  yoxsulluğun  azaldılması  buna  dəlalət  edir.  Sosial 

ədalət  prinsipləri  Azərbaycanda  əsas  rol  oynayır,  bazar 

iqtisadiyyatı prinsipləri inkişafımız üçün əsas alətdir və hazırda 

özəl sektorun ümumi daxili məhsuldakı payı 83 faizdir. Biz 21 

illik  müstəqillik  dövründə  nəinki  keçid  mərhələsini  başa 



 

119 


vurmuşuq,  planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçə, 

aparılan islahatlarla neft-qaz amilindən iqtisadi inkişafımızın və 

vətəndaşlarımızın gələcək asılılığını maksimum dərəcədə azalda 

bilmişik. 

Növbəti illərdə elmi-texniki tərəqqi, yüksək texnologiyaların 

tətbiqi  ilə  bağlı  bizim  kifayət  qədər  geniş  planlarımız  vardır. 

Gələcəyə  baxışlarımız  da  çox  aydındır.  Müasir,  müstəqil 

Azərbaycan  dövləti  bir  neçə  prinsip  üzərində  qurulmuşdur. 

Bunların  arasında  güclü  dövlət  anlayışı  çox  mühüm  yer  tutur. 

Çünki  müstəqillikdən  məhrum  edilmiş,  əsrlər  boyu  başqa 

dövlətlərin  tərkibində  yaşamış  xalq  üçün  dövlətçilik  əsasları 

müstəsna 

əhəmiyyət 

daşıyır. 

Dövlətçilik 

əsaslarının 

möhkəmləndirilməsi işində  əlavə  tədbirlər  görüləcəkdir.  Güclü 

dövlət  bizim  ümummilli  fikrimizdir,  ümummilli  ideyamızdır. 

Bununla  bərabər,  daxili  resurslarımıza  istinad  etməyimiz  də 

bizə uğur qazandırdı. Yenə də deyirəm ki, bütün bu uğurları biz 

böyük borc almadan daxili imkanlar hesabına əldə edə bilmişik. 

Bu  anlayış  da  bizim  üçün  çox  önəmlidir.  Biz  milli-mənəvi  və 

dini  dəyərlərə  bağlı  xalqıq  və  dəyərlərimizi  yüksək 

qiymətləndiririk. Azərbaycan dünyəvi dövlətdir. Cəmiyyətin və 

dövlətin  dünyəvi  əsasları  kifayət  qədər  güclüdür.  Növbəti 

illərdə  bu  məsələ  ilə  bağlı  proseslər  ancaq  müsbət  istiqamətdə 

davam  edəcək.  Bayaq  qeyd  etdiyim  kimi,  Azərbaycan  əsrlər 

boyu  ictimai-siyasi  quruluşdan  asılı  olmayaraq,  müxtəlif 

dinlərin,  xalqların  vətəni  olmuşdur  və  bu  gün  də  belədir. 

Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir 

ailə kimi yaşayırlar, heç bir ayrı-seçkilik qoyulmur və qoyula da 

bilməz. Bu da müasir Azərbaycanı təcəssüm etdirən amillərdən 

biridir.  Onu  deyə  bilərəm  ki,  bu  sahədəki  təcrübəmiz  başqa 

ölkələrdə də maraq doğurur. 

Sosial  ədalət  prinsipləri  mütləq  möhkəmləndirilməlidir. 

Dünyada  gedən  xoşagəlməz  halların  əsas  səbəbi  əslində  sosial 

ədalətsizlikdir.  İqtisadi  islahatlar  güclü  sosial  siyasətlə 

tamamlanmalıdır.  Əgər  bu  olmasa,  köklü  iqtisadi  islahatlar 

insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial 



 

120 


sahədə  də  çox  ciddi  proqramlarımız  vardır  və  bu  proqramlar 

icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir 

ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır. 

Əlbəttə,  bizim  bütün  işlərimizin  təməlində  və  mərkəzində 

insan amili dayanır. Hesab edirəm ki, bu hər bir dövlət üçün ən 

vacib  yanaşmadır.  Çünki  hər  şey  insan  üçün  edilir.  Onun 

azadlığı,  təhlükəsizliyi,  sağlamlığı,  işlə  təmin  edilməsi,  rahat 

yaşaması  dövlətin  başlıca  qayğısıdır.  Hesab  edirəm  ki,  bu 

istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. 

Azərbaycan  vətəndaşları  azad  cəmiyyətdə  yaşayırlar.  Onlar 

bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq 

üçün çalışırlar. 

Cəmiyyətdə, ümumiyyətlə, çox müsbət ab-hava – quruculuq, 

yaradıcılıq  və  inkişaf  ab-havası  vardır.  Bütün  bu  müsbət 

meyilləri  gücləndirmək  üçün,  əlbəttə  ki,  beynəlxalq 

əməkdaşlığa  böyük  ehtiyac  vardır.  Azərbaycan  sivilizasi-

yalararası  dialoqun  gücləndirilməsində  öz  rolunu  oynayır.  Bu 

rol  əminəm  ki,  gələcəkdə  yalnız  artacaqdır.  Bunun  təbii 

səbəbləri  vardır,  çünki  biz  qitələrin  arasında  yerləşirik.  Siyasi 

səbəbləri  vardır,  çünki  bu  bizim  siyasi  əqidəmizdir  və  tarixi 

əsasları  vardır.  Azərbaycan  həm  Avropa  Şurasının,  həm  İslam 

Əməkdaşlıq Təşkilatının üzvüdür. Dünyada bir neçə ölkə vardır 

ki, hər iki təşkilatın üzvüdür. Avropadan Azərbaycana baxdıqda 

bəzi hallarda avropalılara Azərbaycan Asiya ölkəsi kimi təqdim 

olunur.  Asiya  tərəfindən  Azərbaycana  baxanda  Avropa  ölkəsi 

kimi  təqdim  edilir.  Yəni  deyə  bilərəm  ki,  Azərbaycanda  bu 

sintez – mədəniyyətlərin sintezi mövcuddur. Demək olar ki, bu 

bizim milli mənliyimizi şərtləndirən amillərdən biridir. 

Təbii  coğrafi  körpü  olmaqla  bərabər,  biz  humanitar  sahədə 

də  körpü  rolunu  oynamağa  çalışırıq.  Forumun  əsas  məqsədi 

ondan ibarətdir. 

Bir  daha  demək  istəyirəm  ki,  I  forumun  yekunları,  keçən  il 

aparılan diskussiyalar bizi doğrudan da ruhlandırdı. Əminəm ki, 

bu  forumun  nəticələri  də  müsbət  olacaqdır.  Bütün  qonaqlar 

burada öz dəyərli fikirlərini bildirəcəklər. Bu forumda tanınmış 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə