ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə35/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   31   32   33   34   35   36   37   38   ...   123

 

115 


məsələlərə  xüsusi  diqqət  göstərilməlidir.  Çünki  biz  bu  gün 

sürətli  elmi-texniki  tərəqqi  dövründə  yaşayırıq.  Yeni 

texnologiyalar,  internet  və  digər  texnologiyalar,  əlbəttə,  bizim 

üçün çox vacibdir və Azərbaycan bu sahədə böyük uğurlara nail 

ola  bilibdir.  Azərbaycanda  internet  tam  azaddır  və  internet 

istifadəçilərinin sayı artıq 65 faizə çatmışdır. Bununla bərabər, 

çox istəyirik ki, gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda, 

öz  tarixinə,  mədəniyyətinə  hörmət  ruhunda  böyüsün,  tərbiyə 

alsın.  Hesab  edirəm  ki,  dünya  üçün  də  və  dünyada  gedən 

proseslər üçün də bu, müsbət rol oynayacaqdır. 

Humanitar  sahədə  digər  istiqamətlər  də  böyük  əhəmiyyət 

daşıyır. Bəzi hallarda, misal üçün idmanla bağlı məsələlərə biz 

sadəcə  olaraq,  bir  idman  yarışı  kimi  baxırıq.  Ancaq  o  da 

həqiqətdir  ki,  dünyada  Olimpiya  oyunları  kimi  ikinci  belə 

mötəbər  tədbir  tapmaq  çətindir  ki,  insanları  bu  qədər 

birləşdirsin.  Olimpiya  oyunları  bütün  xalqları,  bütün  insanları 

birləşdirir. Bu həm rəqabətdir, həm yarışdır, həm də dostluq və 

qarşılıqlı  anlaşma  rəmzidir.  Bəzi  hallarda  bir-biri  ilə 

düşmənçilik  edən  ölkələrin  nümayəndələri  döyüş  meydanında 

yarışırlar,  bir-birinin  əlini  sıxır  və  bir-birini  qələbə  ilə  təbrik 

edirlər.  Əfsuslar  olsun  ki,  biz  bunu  yalnız  Olimpiya  oyunları 

zamanı  görə  bilərik.  Beləliklə,  idman  amili  mədəniyyətlərarası 

dialoqun  gücləndirilməsində  də  çox  mühüm  rol  oynayır  və  biz 

Azərbaycanda  bu  sahəyə  böyük  diqqət  göstəririk.  İdmanda 

əksər hallarda mübarizə qaydalar əsasında aparılır və bu yəqin 

ki, idmanı siyasətdən fərqləndirən əsas amildir. 

Siyasətçilərin  məsuliyyəti  haqqında  da  bir  neçə  kəlmə 

demək  istəyirəm.  Hesab  edirəm  ki,  dünyada  gedən  ağrılı,  

narahatlıq  doğuran  proseslərin  təməlində  siyasətçilərin  mə-

suliyyətsizliyi dayanır. Bu məsuliyyətsizlik müxtəlif formalarda 

özünü  büruzə  verir.  Bəzi  siyasətçilərin  təxribat  xarakterli 

bəyanatlarının  o  qədər  də  yüksək  savadı  olmayan  insanları 

hansısa  aqressiv  yollara  təhrik  etməsi  halları  artıq  müşahidə 

olunur.  Digər  tərəfdən,  siyasətçilərin  qeyri-real  vədləri,  populist 

çıxışları və real iqtisadi əsaslara söykənməyən sosial təşəbbüslər 



 

116 


cəmiyyətlərdə  haqlı  narazılığa  səbəb  olur.  Maliyyə  və  iqtisadi 

böhranın yəqin ki, əsas səbəblərindən biri də məhz budur. Qeyri-

real  vədlərin  verilməsi,  populist  vədlər  və  ifrat  dərəcədə 

borclanma  meyilləri  əslində  maliyyə  və  iqtisadi  böhranı 

şərtləndirən amillərdən biridir. 

Humanitar  sahədə  də  siyasətçilərin  məsuliyyəti  çox  böyük 

əhəmiyyət  daşıyır.  Çünki  internet  dövründə,  qloballaşan  dün-

yanın  istənilən  yerində  deyilən  hər  bir  söz  dərhal  əks-səda 

doğurur.  Ona  görə,  siyasətçilər  daha  məsuliyyətli  olmalı,  bu 

məsuliyyəti  dərk  etməlidirlər.  Belə  olan  halda  dünyada 

gərginliyin hərarəti kəskin şəkildə aşağı düşəcəkdir. 

Humanitar  məsələlərdən  danışarkən,  bizi  ən  çox  narahat 

edən problem haqqında da bir neçə kəlmə söz demək istəyirəm. 

Azərbaycan artıq 20 ildir ki, humanitar fəlakətlə üzləşibdir. 20 

ildir  ki,  beynəlxalq  birlik  tərəfindən  tanınmış  Azərbaycanın 

əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 

bölgə  erməni  işğalının  altındadır.  Bu  işğal  davam  edir. 

Azərbaycanlılara  qarşı  etnik  təmizləmə  siyasəti  aparılmışdır. 

Bütün azərbaycanlılar Dağlıq Qarabağdan və ətraf bölgələrdən 

qovulublar.  Hazırda  dünyada  adambaşına  düşən  qaçqınların  ən 

yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan artıq qaçqın 

və  köçkün  soydaşımız  var  ki,  onlar  bu  gün  öz  doğma 

torpaqlarına  qayıda  bilmirlər.  Çünki  Ermənistanın  işğalçı 

siyasəti bu gün də davam edir. 

Xalqımız  böyük  faciələr  yaşadı.  Xocalı  soyqırımı  törədildi, 

günahsız  insanlar,  onların  içində  qadınlar,  uşaqlar  vəhşicəsinə 

qətlə  yetirildi,  dini,  mədəni  abidələrimiz  ermənilər  tərəfindən 

dağıdıldı.  Yəni  həm  xalqımıza,  həm  də  mədəniyyətimizə  qarşı 

soyqırımı törədildi. Bu soyqırımını, bu vəhşiliyi törədənlər hələ 

ki,  dünya  birliyi  tərəfindən  adekvat  qınaqla  üzləşməyiblər. 

Düzdür,  beynəlxalq  təşkilatlar  və  dünyanın  aparıcı  beynəlxalq 

təşkilatları 

Ermənistan–Azərbaycan, 

Dağlıq 


Qarabağ 

münaqişəsi  ilə  bağlı  kifayət  qədər  çox  qərarlar,  qətnamələr 

qəbul  etmişlər.  Ancaq  əfsuslar  olsun  ki,  bu  qərarların, 

qətnamələrin  icra  mexanizmi  yoxdur.  Belə  olan  halda 




 

117 


beynəlxalq  təşkilatların  qərarlarına  həm  hörmət  azalır,  həm 

inam itir. 

BMT Təhlükəsizlik Şurası 20 il bundan əvvəl erməni silahlı 

qüvvələrinin 

Azərbaycan 

torpaqlarından 

qeyd-şərtsiz 

çıxarılmasına  dair  4  qətnamə  qəbul  etmişdir.  Onların  heç  biri 

icra edilmir. Bütün digər mötəbər beynəlxalq təşkilatlar, Avropa 

Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO 

və  başqa  təşkilatlar  da  oxşar  qətnamələr  qəbul  etmişlər. 

Azərbaycanın  ərazi  bütövlüyü  dünya  birliyi  tərəfindən  tanınır. 

Ancaq münaqişə hələ ki, öz həllini tapmır. Bunun başlıca səbəbi 

isə  Ermənistanın  mövcud  status-kvonun  uzadılmasına  olan 

marağıdır.  Ancaq  onlar  anlamalıdır  ki,  status-kvo  daim 

dəyişməz  olaraq  qala  bilməz,  mütləq  dəyişdiriləcək  və  biz 

istəyirik  ki,  bu,  tezliklə  olsun,  sülh  yolu  ilə  olsun.  Çünki  biz 

bölgə  çərçivəsində  artıq  sabitləşdirici  rolunu  oynamağa 

başlamışıq və əlbəttə, çalışırıq ki, bölgədə sabitlik pozulmasın. 

Amma digər tərəfdən, bu işğalla da barışmaq mümkün deyildir. 

Ona  görə  hesab  edirəm  ki,  münaqişənin  həllinin  vaxtı 

çatıbdır. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə 

riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı 

və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə 

bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər. 

Bu  problemə  baxmayaraq,  ölkəmiz  müstəqillik  dövründə 

böyük  və  uğurlu  yol  keçmişdir.  Azərbaycanda  aparılan  siyasi 

islahatlar  bu  gün  azad  cəmiyyətin  yaranmasına  gətirib 

çıxarmışdır.  Azərbaycanda  bütün  azadlıqlar  vardır,  siyasi 

islahatlar,  demokratiyanın  inkişafı  uğurla  davam  edir.  Eyni 

zamanda,  iqtisadi  sahədə  islahatlar  siyasi  islahatları  daha  da 

gücləndirir.  Çünki  siyasi  islahatları  iqtisadi  əsaslar  olmadan 

aparmaq  bəzi  hallarda  uğursuzluğa  gətirib  çıxarır  və  biz 

tarixdən bunu bilirik. Ona görə, Azərbaycanda iqtisadi və siyasi 

islahatlar  paralel  şəkildə  aparılır.  İqtisadi  sahədə  –  və  nəzərə 

alsaq ki, bu forumun mövzularından biri də iqtisadi məsələlərdir 

– son illər ərzində biz böyük uğurlara nail ola bilmişik. Bir neçə 

rəqəmi  sizin  diqqətinizə  çatdırmaq  istəyirəm.  Azərbaycan  son 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə