ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə40/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   36   37   38   39   40   41   42   43   ...   123

 

130 


olduğunu vurğuladı.  Kennet Arrou qeyd etdi ki, hazırda müxtəlif 

səylərə baxmayaraq, dünyada münaqişələrin sayı azalmaq bilmir. 

Bunun  səbəbi  hərtərəfli  düşünülmüş  yanaşmaların  olmamasıdır. 

Dünyada  gedən  iqtisadi  proseslərdən  danışan  Nobel  mükafatçısı 

qeyd  etmişdir  ki,  ölkələr  arasında  müxtəlif  istiqamətlərdə, 

həmçinin turizm sahəsində əlaqələr olsa da, qlobal iqtisadiyyatda 

problemlər tam həllini tapmamışdır. 

Kimya  üzrə  Nobel  mükafatı  laureatı  Rudolf  Artur  Markus 

ekoloji  məsələlərə  diqqət  çəkərək  dünyada  baş  verən  iqlim 

dəyişikliklərinin daha çox müzakirə predmeti olmasını vacib saydı.  

Alim demişdir ki, elm sahəsində yeniliklər çox sürətlə baş verir və 

hətta bu, inqilabi səciyyə daşıyır. Elmin inkişafı eyni zamanda, bir 

sıra  problemlər  də  yaradır.  Məsələn,  alimlər  hələ  də  ozon 

təbəqəsindəki  deşiyin  hansı  səbəbdən  genişlənməsi  ilə  bağlı 

konkret fikir söyləyə bilmirlər. Bununla belə, elm qlobal səviyyədə 

problemlərin həllinə nail ola bilər

Fizika üzrə  Nobel  mükafatı  laureatı Robert  Betts Laflin enerji 

məsələlərindən  danışdı.  Azərbaycanın  bu  sahədə  fəaliyyətinin 

dünyada  böyük  maraq  doğurduğunu  dedi.  Bakı  forumu 

Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi baxımından da 

çox əhəmiyyətlidir. 

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland prezident 

İlham Əliyevin çıxışında mühüm məsələlərə toxunduğunu bildirdi, 

müasir dünyada təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkərək, 

bu sahədə Azərbaycan praktikasının səmərəli olduğunu qeyd etdi. 

Fizika  üzrə  Nobel  mükafatı  laureatı  Deyvid  Conatan  Qross  

dünyada  inkişaf  proseslərinin  təməlində  elmə,  təhsilə  verilən 

önəmin dayandığını vurğuladı. Devid Qross dedi ki, elm ən mühüm 

beynəlxalq  fəaliyyət  növüdür.  Bu  baxımdan  elm  beynəlxalq 

əməkdaşlığın  əsas  vasitəsinə  çevrilə  bilər.  Qloballaşan  dünyada 

bütün  problemlər  də  qloballaşır  və  bu  səbəbdən  problemlərlə 

mübarizədə vahid model olmalıdır. 

İqtisadiyyat  üzrə  Nobel  mükafatı  laureatı  Edvard  Preskott 

çıxışını ətraf mühit və ekoloji problemlərin aradan qaldırılması ilə 

bağlı həyata keçirilməsi vacib olan məsələlər üzərində qurmuşdur. 


 

131 


Nobel  mükafatçısı  dedi  ki,  insanlar  hazırda  daha  çox  qlobal 

istiləşmə  prosesindən  narahatdırlar.  Amma  qlobal  soyuqlaşma 

daha  böyük  problemdir.  Bu  gün  biz  dünyanın  ən  gözəl 

şəhərlərindən birindəyik və burada «qara qızılın insan kapitalına 

çevrilməsi»  istiqamətində  böyük  işlər  görülür.  Bu  forumun 

keçirilməsi açıq şəkildə göstərir ki, biz belə tədbirlərlə bir-birimizi 

zənginləşdiririk. 

Fizika  üzrə  Nobel  mükafatı  laureatı  Corc  Ficerald  Smut  

bildirdi ki, dünyanı narahat edən iqlim dəyişikliyinin ağır fəsadlar 

verməməsi  üçün  müasir  texnologiyaların  tətbiqinə  böyük  ehtiyac 

vardır. Bunun yollarını müzakirə edib müəyyən nəticələrə gəlmək 

üçün  Bakı  Beynəlxalq  Humanitar  Forumu  çox  səmərəli  plat-

formadır. Bu forumda iştirak etməyimdən çox məmnunam. 

İqtisadiyyat  üzrə  Nobel  mükafatı  laureatı  Rocer  Bryus  Ma-

yerson  ABŞ-da  təzahür  edən  maliyyə  böhranının  yaratdığı 

problemlərdən  bəhs  etdi.  O  dedi  ki,  qloballaşan  dünyada  bu  cür 

problemlər təkcə bir ölkənin deyil, bir çox ölkələrin iqtisadiyyatını 

zəiflədir. Bunun qarşısının alınması üçün bütün imkanlardan vahid 

səylərlə istifadə etmək lazımdır. 

Kimya  üzrə  Nobel  mükafatı  laureatı  xanım  Ada  Yonat  Bakı 

Beynəlxalq  Humanitar  Forumunun bəşəriyyəti narahat  edən fun-

damental  məsələlərin  müzakirəsi  baxımından  mühüm  məkan  ol-

duğunu  dedi.  Əminəm  ki,  biz  bu  forumda  faydalı  müzakirələr 

aparacaq, təcrübələrimizi bölüşəcək, çıxış yollarını arayacağıq. 

Kimya  üzrə  Nobel  mükafatı  laureatı  Dan  Şextman  dünyada 

gedən  demoqrafik  proseslərin  nəticələri  barədə  çıxış  etdi. 

Dünyada insanların sayı artmaqdadır və tezliklə bu rəqəm  7 mil-

yard  olacaqdır.  Belə  şəraitdə  enerji  ehtiyatları  tükənərsə,  bəşə-

riyyət  bundan  sonra  necə  yaşayacaq?!  Bu  məsələdə  alimlərin 

üzərinə böyük məsuliyyət düşür. Məhz onlar texnologiyaları inkişaf 

etdirməklə  qlobal  problemlərin  həllinin  çıxış  yollarını  tapa 

bilərlər. 

 

 

 


 

132 


 

URUQVAY ŞƏRQ RESPUBLİKASI 

NÜMAYƏNDƏLƏR PALATASININ KOMİSSİYA 

SƏDRİ, URUQVAY – AZƏRBAYCAN   DOSTLUQ 

QRUPUNUN RƏHBƏRİ MARİO JAİME 

TROBONUN BAŞÇILIQ ETDİYİ  

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

5 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 5-də Uruqvay Şərq Respublikası Nümayəndələr Pala-

tasının  xarici  əlaqələr  daimi  komissiyasının  sədri,  Uruqvay–

Azərbaycan  dostluq  qrupunun  rəhbəri  Mario  Jaime  Trobonun 

başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı Uruqvay Şərq Respublikasından böyük 

nümayəndə  heyətinin  Azərbaycana  səfərinin  ikitərəfli  mü-

nasibətlərin inkişafı baxımından önəmini qeyd etdi. Ölkələrimiz 

arasında  ikitərəfli  əlaqələrin  inkişaf  dövrünü  yaşadığını 

vurğulayan  prezident  İlham  Əliyev  bu  əlaqələrin  daha  da 

genişləndirilməsi  üçün  əlavə  tədbirlər  görməyin  zəruriliyini 

bildirdi.  Azərbaycan  ilə  Uruqvay  arasında  siyasi,  iqtisadi  və 

mədəni  əməkdaşlığı  daha  da  möhkəmləndirməyin  vacibliyini 

qeyd  edən  dövlət  başçısı  münasibətlərimizin  genişlənməsində 

parlamentlərarası  əlaqələrin  böyük  əhəmiyyət  kəsb  etdiyini 

dedi.  İkitərəfli  münasibətlərimizin  inkişafında  qarşılıqlı  səfər-

lərin  əhəmiyyətini  vurğulayan  prezident  İlham  Əliyev  nüma-

yəndə  heyətinin  Azərbaycana  səfərinin  uğurlu  olacağına  və 

əlaqələrimizin  genişləndirilməsi  işinə  xidmət  edəcəyinə  əmin-

liyini ifadə etdi. 

Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici 

əlaqələr  daimi  komissiyasının  sədri,  Uruqvay–Azərbaycan 

dostluq  qrupunun  rəhbəri  Mario  Jaime  Trobon  nümayəndə 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə