ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə84/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   80   81   82   83   84   85   86   87   ...   123

 

268 


Azərbaycan üçün iqtisadi transformasiya artıq reallıqdır. Bu 

gün  ölkəmiz  çox  güclü  iqtisadi  əsaslarla  inkişaf  edən  ölkədir. 

Özəl sektorun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. 

Gələcək  illərdə  iqtisadi  islahatlarımız  davam  edəcək.  Üzv 

dövlətlərin  dəstəyi  inkişafımıza,  təkmilləşməyə,  sürətlə  irəli 

getməyə  daha  yaxşı  kömək  edəcəkdir.  Hesab  edirəm  ki, 

bugünkü  müzakirələr  bizim  ümumi  kursumuza  töhfə  verəcək. 

Bu  gün  üzv  ölkələr  bir  daha  həmrəylik  nümayiş  etdirdilər. 

Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri 

təşkilatımızın  gələcək  inkişafı,  regional  məsələlərlə  bağlı  çox 

dəyərli  fikirlər  söylədilər,  dünya  məsələlərinə,  narahatlıq 

doğuran  problemlərə  toxundular.  Çox  şadam  və  nümayəndə 

heyətlərinin  başçılarına  dünyada,  regionda,  ölkələrimizdə  baş 

verən  proseslərlə  bağlı  dəyərli  fikirlərinə,  ideyalarına  görə 

təşəkkürümü  bildirmək  istərdim.  Birliyimiz  nə  qədər  sıx  olsa, 

maraqlarımız da bir o qədər güclü müdafiə olunacaqdır. 

Bir  daha  üzv  dövlətlərə  iştirak  etdiyimiz  bütün  beynəlxalq 

təşkilatlarda  Azərbaycana  ümumi  maraqlar,  ümumi  etimad 

əsasında  göstərdikləri  dəstəyə  görə  təşəkkürümü  bildirirəm.  

Xalqlarımızın  çox  böyük  tarixi,  zəngin  mədəniyyəti,  ənənələri 

vardır. Bu gün biz təşkilatımızı dünyaya bir-birini dəstəkləyən, 

beynəlxalq  aləmdə  siyasi  iradə  nümayiş  etdirən,  ümummilli 

maraqları müdafiə edən ölkələrin daxil olduğu bir təşkilat kimi 

təqdim  edirik.  Şübhəsiz,  biz  bir-birimizə  birlikdə  daha  çox 

kömək  edə  bilərik,  nəinki  ayrı-ayrılıqda.  Təşkilatımızın  böyük 

tarixi  ənənələri,  dünya  siyasi  xəritəsində  rolu  vardır.  Əminəm 

ki,  növbəti  illər  ərzində  də  biz  hamımız  ECO-nun  gələcək 

inkişafına  töhfələrimizi  verəcəyik.  Növbəti  illər  ərzində 

Azərbaycan təşkilatın sədri olaraq dəyərlərimizi daha çox təbliğ 

etmək,  tərəfdaşlığımızı  gücləndirmək  və  qarşılıqlı  ticarət 

səviyyəsini  artırmaq  məsələsində  qurumun  işinə  töhfə  vermək 

üçün əlindən gələni edəcəkdir. 

Hörmətli  dostlar,  bir  daha  sizi  ölkəmizdə  görməyə  çox 

şadam.  Ümidvaram  ki,  burada  olduğunuz  qısa  müddət  sizin 

üçün  çox  xoş  keçəcək.  Ümidvaram  ki,  sizinlə  gələcəkdə  də 



 

269 


görüşəcəyik. Beləliklə, zirvə toplantısının gündəliyi sona çatdı. 

İcazənizlə, ECO-nun XII zirvə toplantısını bağlı elan edirəm. 

 

 

 



 


 

270 


 

TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ 

RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

16 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  



oktyabrın  16-da  Türkiyə  Respublikasının  Baş  naziri  Rəcəb 

Tayyib Ərdoğan ilə görüşmüşdür.  

Görüşdə  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  (İƏT)  Bakıda 

keçirilmiş  XII  zirvə  toplantısının  əhəmiyyəti  qeyd  edildi.  Ölkə-

lərimiz  arasında  dostluq  və  qardaşlıq  münasibətlərinin  siyasi, 

iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnun-

luq  ifadə  edildi.  Azərbaycan  ilə  Türkiyə  arasında  dostluq  və 

qardaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik 

ifadə olundu. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

271 


 

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ 

EMOMƏLİ RƏHMON İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

16 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  



oktyabrın  16-da  Tacikistan  Respublikasının  Prezidenti 

Emoməli Rəhmon ilə görüşmüşdür.  

Görüşdə  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  (İƏT)  Bakıda 

keçirilmiş  XII  zirvə  toplantısının  əhəmiyyəti  qeyd  edildi,  bu 

sammitin  təşkilata  üzv  ölkələr  arasında  əməkdaşlığın genişlən-

məsinə töhfə verəcəyinə əminlik ifadə olundu. 

Azərbaycanın  və  Tacikistanın  dövlət  başçıları  ikitərəfli 

münasibətlərin  müxtəlif  sahələrdə  uğurlu  inkişafından  razılıq 

ifadə etdilər. 

Görüşdə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı 

səfərlər  məmnunluqla  xatırlandı,  bu  səfərlərin  ikitərəfli 

münasibətlərin güclənməsində rolu qeyd olundu, əlaqələrimizin 

bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

272 


 

PAKİSTAN İSLAM RESPUBLİKASININ 

PREZİDENTİ ASİF ƏLİ ZƏRDARİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

16 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 16-da Pakistan İslam Respublikasının Prezidenti Asif 

Əli Zərdari ilə görüşmüşdür.  

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş 

XII  zirvə  toplantısının  region  ölkələri  arasında  əməkdaşlığın 

bundan  sonra  da  inkişafına  töhfə  verəcəyinə  əminlik  bildirildi. 

İkitərəfli  münasibətlərimizin  uğurlu  inkişafından  məmnunluq 

ifadə  edildi,  əlaqələrimizin  daha  da  genişləndirilməsi  üçün 

yaxşı  perspektivlərin  olduğu  bildirildi  və  bu  istiqamətdə  birgə 

fəaliyyətin zəruriliyi vurğulandı. 

Bir  sıra  sahələrdə  birgə  layihələrin  həyata  keçirilməsinin 

vacibliyinin  vurğulandığı  görüşdə  kənd  təsərrüfatı  və  bank 

sektorlarında  əməkdaşlığın  inkişaf  etdirilməsi  istiqamətində 

səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olundu. İkitərəfli 

münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik 

ifadə edildi. 

 

 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə