233
GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
Prezident sarayı
12 oktyabr 2012-ci il
Təkbətək görüş başa çatdıqdan sonra oktyabrın 12-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Öz-
bəkistan Respublikasının Prezidenti İslam Kərimovun nüma-
yəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
İ l h a m Ə l i y e v: Hörmətli İslam Abduqəniyeviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Ölkə-
mizə xoş gəlmisiniz! Bu gün Sizinlə qarşılıqlı maraq doğuran,
regional əhəmiyyətli məsələlərin geniş dairəsi barədə fikir
mübadiləsi apardıq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki,
müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə
düşür.
Prezident İlham Əliyev Özbəkistan prezidentinin rəsmi
səfərinin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə
genişlənməsinə yeni imkanlar açılması baxımından yaxşı
nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Bizim qarşılıqlı fəaliyyətimiz daha sıx, əməkdaşlığımız daha
fəal olacaqdır. Özbəkistan bizim üçün dost və qardaş dövlətdir.
Münasibətlərimizin dostluq, bərabərhüquqlu tərəfdaşlıq,
qarşılıqlı dəstək əsasında daha da möhkəmlənməsi bizi çox
sevindirir. Bu dəstək beynəlxalq strukturlarda ölkələrimizlə
bağlı bütün məsələlər barəsində bir-birimizi dəstəkləyəndə də
hiss olunur. Təbii ki, beynəlxalq qurumların fəal qarşılıqlı təsiri
bizim milli maraqlarımızı daha tam qorumağa, habelə dünya
siyasətinin bir sıra məsələlərinə dair həmrəy mövqedən çıxış
etməyə imkan verir. Həm BMT-də, həm İslam Əməkdaşlıq
Təşkilatında, başqa strukturlarda Azərbaycanı dəstəklədiyinə
görə biz Özbəkistana çox təşəkkür edirik. Biz də öz
234
tərəfimizdən Sizin irəli sürdüyünüz bütün məsələlərdə və
təşəbbüslərdə Sizi həmişə dəstəkləyirik.
Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə
əməkdaşlığın mövcud potensialından səmərəli istifadə etməyin
vacibliyini də vurğuladı.
Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini ətraflı
müzakirə edəcəyik. Mənim fikrimcə, bu sahədə görüləsi işlər
hələ çoxdur. Düzdür, biz irəliləyirik, lakin güman edirəm ki,
qarşılıqlı əmtəə dövriyyəsi qat-qat çox ola bilər. Əlbəttə, Hö-
kumətlərarası Komissiyanın bu yaxınlarda keçirilmiş iclası,
zənnimcə, bu sahədə prioritetləri və münasibətlərin gələcək
inkişaf yollarını müəyyən etmişdir. Yəqin ki, gələcəkdə göz-
lənilən konkret layihələr və təşəbbüslər barədə bu gün bizə
məruzə edəcəklər.
Sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Azərbaycanda
Sizi çox sevir, hörmət edirlər. Siz bizim əziz qonağımızsınız.
Xoş gəlmisiniz!
İ s l a m K ə r i m o v: Cənab Prezident, ümumiyyətlə,
təkcə bizim regionda deyil, onun hüdudlarından uzaqda da
geosiyasət o qədər tez-tez dəyişir ki, bizim görüşməyimiz zə-
rurətə çevrilir. Özü də bunun üçün hər hansı böyük sənədlərin
imzalanması vacib deyil, sadəcə, bizim cavab tapmalı
olduğumuz mürəkkəb məsələlər barədə fikir mübadiləsi apar-
malıyıq.
Prezident İslam Kərimov bildirdi ki, Özbəkistan Azərbaycanı
özünün strateji tərəfdaşı hesab edir və xalqlarımız arasında
oxşar cəhətlərin çoxluğu ölkələrimizi daha da yaxınlaşdıran
amillərdəndir.
Azərbaycan Özbəkistan üçün strateji tərəfdaşdır. Azər-
baycan bizə həmişə ilk növbədə, ümumi mənafelərimiz naminə
yaxın olmuşdur. Təkcə bugünkü maraqlar baxımından deyil,
həm də tarixi keçmişimizlə bağlı, xalqlarımızın dil, mənəviyyat,
mentalitet baxımından yaxınlığı ilə əlaqədar mürəkkəb
məsələlərin həlli üçün bu tərəfdaşlıq vacibdir. Bizim üçün çox
235
vacibdir ki, aramızda heç vaxt ziddiyyət, anlaşılmazlıq
olmamışdır.
Artıq uzun illərdir ki, mən Özbəkistana rəhbərlik edirəm.
Yadıma gəlmir ki, biz hər hansı problemi onun həlli baxımından
müzakirə edərkən anlaşılmazlıq və ya ciddi ziddiyyət yaransın.
Məgər bu bizim münasibətlərimizin həmişə qarşılıqlı anlaşma
və qarşılıqlı dəstək əsasında qurulmasına dəlalət etmirmi?!
Ümid edirəm ki, bundan sonra da belə olacaqdır.
236
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Prezident sarayı
12 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nü-
mayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çat-
dıqdan sonra Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması
mərasimi olmuşdur.
«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə
Bəyanatı»nı Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan
prezidenti İslam Kərimov imzaladılar.
«Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və
Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında
2013–2015-ci illər üzrə Əməkdaşlıq Proqramı»nı Azərbaycanın
Xarici İşlər naziri Elmar Məmmədyarov və Özbəkistanın Xarici
İşlər naziri Abdulaziz Kamilov imzaladılar.
«Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Res-
publikası Hökuməti arasında 2012–2015-ci illər üzrə iqtisadi
Əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Pla-
nı»nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub
Eyyubov və Özbəkistanın Baş nazirinin birinci müavini, Maliyyə
naziri Rustam Azimov imzaladılar.