225
sözümdə qeyd etdim ki, qeyri-neft sənayemiz 7,7 faiz artmışdır.
Bu da ölkədə gedən sənayeləşmə prosesinin bariz nümunəsidir.
Biz çalışmalıyıq ki, sənayeləşmə prosesi daha da sürətlə getsin. Biz
burada yenə də fəaliyyətimizi 2 istiqamət üzrə qururuq. Bizə
irihəcmli, böyük potensiala malik olan sənaye müəssisələri çox
lazımdır. Çünki bu bizim qeyri-neft istehsalımızı artıracaq, böyük
iş yerlərinin yaranmasına gətirib çıxaracaqdır. Bu barədə mən artıq
bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda
bir neçə sənaye mərkəzi yaranır. Ənənəvi olaraq bu mərkəzlərdə
ixtisaslaşma getməlidir. Sumqayıt, Gəncə, Bakının Qaradağ
rayonu – 3 əsas sənaye mərkəzi yaranmaqdadır. Əlbəttə, digər
sahələrdə sənaye məsələləri ilə bağlı inkişaf proqramları vardır,
amma əsas sənaye mərkəzləri bu yerlərdə olmalıdır. Yeni texno-
parkların yaradılması prosesi gedir. Artıq ilkin gözəl nəticələr
vardır, digər fikirlər vardır. Yeni texnoparklar yaradılacaqdır ki,
orada böyük müəssisələrin fəaliyyəti nəticəsində kiçik və orta
şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər.
Kiçik, orta sahibkarlığın stimullaşdırılması prosesi gedir,
həm Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə, həm digər
xətlərlə. Eyni zamanda, iri müəssisələrin yaradılması, onlara
dövlət tərəfindən dəstəyin verilməsi məsələləri də çox vacibdir.
Bizim əlimizdə çox güclü alət – enerji müstəqilliyimiz,
zəngin enerji resurslarımız vardır. Azərbaycanda qiymətlər
dövlət tərəfindən tənzimlənir. Belə olan halda, daxili istehsalı
stimullaşdırmaq üçün, əlbəttə, strateji əhəmiyyətli yerli
müəssisələrə güzəştli şərtlərlə enerji daşıyıcıları da verilə bilər
və verilir. Biz bu məsələ ilə bağlı çox çevik siyasət aparmalıyıq.
Hesab edirəm ki, daxili istehsalı gücləndirmək prioritet məsələ
olmalıdır. Buna tam şəkildə nail olandan və sənaye sahəsində
istədiyimizə çatandan sonra, əlbəttə ki, Ümumdünya Ticarət
Təşkilatı ilə danışıqlarımız daha da sürətlə gedəcəkdir.
Bakı şəhəri və onun qəsəbələrinin inkişaf proqramı icra
edilir. Çox ciddi, konkret proqramdır. Vaxt baxımından çox
qısamüddətli proqramdır. 2 ilə biz Bakı qəsəbələrinin sosial-
iqtisadi infrastruktur və digər problemlərini həll etməliyik. Biz
226
buna yaxınıq. Hələ 1 il vaxt vardır. Əminəm ki, növbəti ilin
sonuna qədər bu proqram tam şəkildə yekunlaşacaq və Bakı
qəsəbələrində bütün infrastruktur və sosial məsələlərin həllinə
nail olacağıq. Artıq verilən tapşırıqlar bunu göstərir. Bütün
qəsəbələrdə quruculuq işləri aparılır. İlk növbədə, su-
kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə
başlanacaqdır. Paralel olaraq qazlaşdırma, məktəblərin,
xəstəxanaların,
poliklinikaların
tikintisi,
iş
yerlərinin
yaradılması prosesi gedir. Sahibkarlığa Kömək Milli Fondunun
xətti ilə Bakı qəsəbələrinin iqtisadi inkişafına yönəlmiş
layihələr icra edilir. Biz qəsdən belə dar zaman kəsiyini
götürdük ki, bu məsələni tezliklə həll edək. Gələn ilin sonuna
qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramı tam şəkildə
yekunlaşmalıdır.
Şəhərimizin inkişafı ilə bağlı – bunu Bakı sakinləri də
görürlər – böyük quruculuq, abadlıq işləri aparılır. Yeni parklar,
istirahət zonaları salınır. İnsanların rahatlığı üçün çox böyük
işlər görülür. Böyük parkinqlər tikilir və bu məsələ çox
vacibdir. Çünki küçələrdə kifayət qədər çox maşın dayanır, bu
yolverilməzdir. Digər tərəfdən, biz başa düşməliyik ki, əgər
parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?!
Ona görə biz bu sahədə, hesab edirəm ki, ədalətli mövqe
nümayiş etdiririk. Parkinqlər tikilənə qədər bu məsələyə bir
qədər göz yummaq mümkündür. Parkinqlər tikilib istifadəyə
verildikdən sonra küçədə 1 dənə də olsun maşın qanunsuz
olaraq parkinq etməməlidir. Bütün maşınlar parkinqlərdə
saxlanılmalıdır. Biz böyük parkinqlər tikirik. Heydər Əliyev
sarayının arxasında 1 kilometr uzunluğunda, 150 metr enində
ikimərtəbəli parkinq tikilir ki, orada 4000 maşın saxlamaq
mümkündür. Azadlıq meydanının altında böyük parkinq tikilir.
Orada ən azı 2000 maşın saxlamaq mümkün olacaq. Mən
Hacıbala Abutalıbova tapşırdım ki, şəhərdə digər yerlər
müəyyən edilsin. Boş yerlər çoxdur. O yerlərin altında parkinq,
üstündə yaşıllıq zonaları və istirahət parkları tikilməlidir. Biz bu
məsələlərlə bağlı da çox ciddi məşğuluq.
227
Bütövlükdə ölkəmizdə bütün proseslər müsbət istiqamətdə
gedir. Azərbaycan doğrudan da böyük uğurlara nail olur. Bu
yaxınlarda II Bakı Beynəlxalq Humanitar Forumunun
keçirilməsi və uğurlu keçirilməsi çox müsbət haldır. Artıq cəmi
1 il ərzində, yəni I forumdan keçən dövr və II forumun
yekunları bunu təsdiqlədi. Biz dünya miqyasında çox vacib bir
diskussiya meydanını yarada bilmişik. O diskussiya meydanı ki,
dünyanın elitası artıq ikinci dəfə Bakıda toplaşır. Bu forum
ənənəvi olaraq keçiriləcəkdir. Bu dəfə bu forumda təmsil
olunan xadimlərin çıxışları, onların fikirləri həm çox dəyərli idi,
həm də onların bu forumda iştirakı tədbirin əhəmiyyətini böyük
dərəcədə artırmışdır. 10 sabiq prezident, 11 Nobel mükafatçısı,
məşhur professorlar, dünya elm, mədəniyyət elitasının
nümayəndələri Bakıda idilər. 600 nəfərdən çox qonaq
gəlmişdi. Onlar 62 ölkəni təmsil edirdilər. Bu həm məzmun,
həm mahiyyət baxımından vacibdir, eyni zamanda, ölkəmizlə
tanış olmaq üçün onlara imkan yaradılmışdır. Forum öz işini
yekunlaşdırandan sonra bölgələrə səfərlər təşkil edilmişdir. 4
şəhərə səfərlər təşkil edilmişdir. Qonaqlar Naxçıvan, Lənkəran,
Qəbələ və Gəncə şəhərlərinə təyyarələrlə uçdular. Bu da çox
əlamətdar bir haldır. Orada bütün infrastruktur, mehmanxanalar
vardır, tarixi yerlərlə tanış oldular və Azərbaycan haqqında
daha da dolğun təəssürat əldə etdilər. Ona görə bu çox gözəl
formatdır və şadam ki, forumun yekunları çox müsbət oldu.
Bununla bərabər, bu il ərzində və keçən il çox ciddi
hadisələr baş vermiş, Azərbaycanın dünyadakı rolunu, yerini
böyük dərəcədə artırmışdır. Biz «Eurovision» mahnı müsa-
biqəsinin Bakıda keçirilməsinə təşəbbüs göstərməmişdik.
Sadəcə olaraq, müsabiqənin şərtləri belə idi ki, o, qalib olan
nümayəndələrin ölkəsində keçirilir. Biz isə onu yüksək səviy-
yədə keçirmişik. Bəlkə də ən yüksək səviyyədə keçirmişik. Öz
mədəniyyətimizi və reallıqlarımızı bütün Avropaya təqdim edə
bilmişik.
BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Cəmi 20 il müs-
təqillik həyatını yaşayan ölkə üçün bu, tarixi nailiyyətdir. 155
Dostları ilə paylaş: |