ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə27/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   23   24   25   26   27   28   29   30   ...   123

 

85 


Mən  həmçinin  bizim  Bakı  filialının  işçilərinə  təşəkkür  etmək 

istəyirəm.  Onlar  ötən  4  il  ərzində  qüvvələrini  əsirgəmədən  işlə-

yiblər,  bizim  bütün  fikirlərimizin,  bütün  planlarımızın  həyata 

keçməsi  üçün  əllərindən  gələni  ediblər.  Mən  onlara  təşəkkür 

edirəm  və  bir  daha  qeyd  edirəm  ki,  əgər  həmin  məqsədyönlü 

yanaşma,  dövlətin  dəstəyi  olmasaydı,  prezident  özü  şəxsən  bizi 

dəstəkləməsəydi, bütün bunlara nail ola bilməzdik. 

Bizim  böyük  müəllim  potensialımız  vardır.  Biz  hər  gün 

görkəmli insanlarla ünsiyyət saxlamaq şərəfinə nail oluruq. Mən 

bunu şəxsən özüm üçün xoşbəxtlik sayıram. Çünki hər gün işə 

gələrkən,  sadəcə,  hansısa  adət  etdiyim  işə  gəlmirəm.  Mən 

şəxsiyyətlərin,  bəzən  dahi  şəxsiyyətlərin  dəhlizdə  addımladığı 

yerə gəlirəm. Onlar adi adamlar kimi gəzirlər, amma mən yaxşı 

bilirəm  ki,  o  adam  adi  deyil,  xüsusi  insandır.  Onda  elə 

keyfiyyətlər  var  ki,  bunu  heç  vaxt  heç  yerdə  və  heç  kəsdə 

tapmaq  olmaz.  Buna  görə  mən  sizi  çox  sevirəm.  Sizin 

çəkdiyiniz  zəhmətə  və  bu  müddətdə  bizim  üçün,  tələbələrimiz 

və  müəllimlərimiz  üçün  etdiklərinizə  görə  təşəkkür  edirəm. 

Moskva Universitetinin bütün müəllimlərinə təşəkkür edirəm. 

2 il əvvəl tikinti başlandı. İnşaat işləri asan olmasa da, bizim 

hamımız  üçün  çox  arzu  edilən  idi.  Nəhayət,  tikinti  başa  çatdı. 

Amma  biz  yenə  tikəcəyik.  Biz  sözün  əsl  mənasında  deyil, 

məcazi 

mənasında 



yenə 

tikəcəyik. 

Biz 

gələcək 


münasibətlərimizi,  planlarımızı,  perspektivlərimizi  quracağıq, 

biz  hansısa  təhsil,  elmi  proqramlarımızı  yaradacağıq,  biz 

ümidlərimizi,  nəhayət,  gələcəyimizi,  əlbəttə  ki,  univer-

sitetimizin  gələcəyini  quracağıq.  Bu  mənada,  hesab  edirəm  ki, 

Bakı  filialının  da  xüsusi  vəzifəsi  vardır.  Əməkdaşlar,  insanlar 

bir-biri  ilə  yaxınlaşırlar.  Bu  zaman  elm  adamlarını  bir-birinə 

yaxınlaşdırır.  Rusiyanın  və  Azərbaycanın  alimləri  elmi 

qarşılıqlı  şəkildə  zənginləşdirməklə  keçmiş,  lakin  təəssüf  ki, 

itirilmiş  elmi  əlaqələri  yenidən  bərpa  edə  bilərlər.  Bu  da  çox 

vacibdir.  Bu  vəzifə  də  bizim  ali  məktəbin  çiyinlərinə düşüb  və 

Moskva  Universitetinin,  rektor  Viktor  Antonoviçin  köməyi  ilə 

biz  həm  dövlətin,  həm  sadə  vətəndaşların,  həm  də  bu  salonda 




 

86 


əyləşən insanların ümidlərini doğrultmaq üçün əlimizdən gələni 

edirik. Çünki tələbələr bizim  müəssisənin əsas simalarıdır. Hər 

şey  sizin  xatirinizə,  hər  şey  sizin  üçün  edilir  ki,  bütün  bunları 

unutmayasınız. 

Mən  buraya  toplaşanların  hamısına  bir  daha  təşəkkürümü 

bildirmək  istəyirəm.  Cənab  Prezident,  həddən  artıq  məşğul 

olmağınıza  baxmayaraq,  bizə  xüsusi  diqqət  yetirib  şərəf-

ləndirdiyinizə,  gəlib  kampusumuzu  açdığınıza  görə  bütün 

kollektivimiz  adından  Sizə  bir  daha  təşəkkür  etmək  istəyirəm. 

Bizə  tez-tez  gəlin!  Mən  bu  kampusun  tikintisi  zamanı  bizə 

kömək edən, bizim üçün həyəcan keçirən, bütün işlərimizin çox 

yaxşı  olmasını  istəyən  insanlara  da  minnətdarlıq  etmək 

istəyirəm.  Mən  bu  gün  buraya  gəlib  təntənəmizə  qatılan 

qonaqlarımıza da minnətdarlığımı bildirirəm. Mənə elə gəlir ki, 

böyük  Hötenin  sözlərini  xatırlamaq  yaxşı  olardı:  «Gənclik 

tezliklə  ötüb-keçən  qüsurdur».  Amma  universitetdə  bu  cür 

qüsurlar olmur. Universitetlər gəncliksiz olmur. Burada gənclik 

yaşayır və ötüb keçmir. 

Universitetin  astanasına  ayaq  basan  hər  bir  insan  istər-

istəməz  öz  gəncliyini,  öz  tələbəlik  illərini  xatırlayır  və  bu 

məqamda  yenə  Hötenin  sözlərini  demək  istəyir:  «Dayan, 

zaman,  sən  çox  gözəlsən».  Ona  görə  də dayan  zaman,  sən  çox 

gözəlsən.  Biz  hamımız  bir  yerə  toplaşmışıq,  bizim  üçün 

əlamətdar  gündür,  çox  gözəl  hadisə  baş  verib.  Bu  hadisənin 

əhəmiyyəti həmişəlik tarixdə qalacaqdır. Bu gün dostlarımız, iş 

yoldaşlarımız  bizimlədir.  Azərbaycanın  Prezidenti  bizimlədir. 

Düşünürəm  ki,  bu  bizim  ali  təhsil  müəssisəmizin  tarixində  ən 

parlaq  və  ən  yaxşı  gündür.  Mən  bir  daha  hamınıza  təşəkkür 

edirəm.  

Moskva Dövlət Universitetinə eşq olsun! 

Onun Bakı filialı çiçəklənsin! Yaşasın Azərbaycan! 

 

 

* * * 

 



 

87 


Daha  sonra  prezident  İlham  Əliyev  və  xanımı  Mehriban 

Əliyeva  kompleksin  əl  oyunları  zalı,  üzgüçülük  hovuzu  və 

trenajor zalında yaradılmış şəraitlə tanış oldular. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

88 


 

ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB HU SZİNTAOYA 

 

Hörmətli cənab Sədr! 



Milli bayramınız – Çin Xalq Respublikasının Yaranması 

Günü  münasibətilə  Sizi  və  bütün  xalqınızı  şəxsən  öz  adımdan 

və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Bu gün Azərbaycan–Çin münasibətləri dinamik və hərtərəfli 

inkişaf  yolundadır.  Dost  ölkələrimiz  arasında  daim  genişlənən 

işgüzar  əlaqələr,  bir  sıra  sahələri  əhatə  edən  səmərəli 

əməkdaşlığımız  dərin  tarixi  kökləri  olan  ənənələrimizin  yeni 

müstəvidə inkişafının bariz ifadəsidir. 

Əminəm  ki,  yüksək  səviyyəli  dövlətlərarası  münasibət-

lərimiz, beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstəyimiz 

bundan  sonra  da  ölkələrimizin  mənafelərinə,  xalqlarımızın 

rifahına xidmət edəcəkdir. 

Hörmətli cənab Sədr, belə bir əlamətdar gündə Sizə möhkəm 

cansağlığı,  işlərinizdə  uğurlar,  dost  Çin  xalqına  əmin-amanlıq 

və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 27 sentyabr 2012-ci il 

 

 

 

 

 

 

 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə