Elm haqqında elm
- 239 -
Burada bircə onu dəqiqləşdirmək lazımdır ki, R.Dekart
“praktik fəlsəfə” dedikdə əslində “tətbiqi elmləri” nəzərdə
tutur. “Elm“ yox, “fəlsəfə” deyilməsi o dövrdə elmlərin
fəlsəfədən hələ tam ayrılmadığını göstərir.
Klassik alman fəlsəfəsində mühüm terminlərdən biri
kimi işlədilən “praktik zəka” anlayışı isə utilitar-praktik
fəaliyyəti ifadə etməkdən çox uzaqdır. O dövrdə Almani-
yada ictimai münasibətlərin mürəkkəbliyinə və daxili zid-
diyyətlərinə uyğun olaraq praktika anlayışı da, bir tərəf-
dən, yeni dövr əks etdirirdisə, digər tərəfdən, orta əsr fəl-
səfəsi xüsusi Şərq fəlsəfəsi fikrinin ənənələrinə uyğun
olaraq əxlaq, ədəb mənasında işlədilirdi. Daha doğrusu,
praktik zəka yalnız insanın təbiətə fəal
münasibəti ilə məh-
dudlaşdırılmır, insanın özünə olan dəyişdirici təsir, özünü-
tərbiyə problemi də nəzərə alınırdı. Həm də ikinci birin-
ciyə nisbətən daha yüksək məziyyətli hadisə hesab olunur,
fəlsəfi tədqiqat obyekti olmağa daha çox layiq bilinirdi.
Utilitar-praktik fəaliyyətin əsasən hakim kəsildiyi,
pozitiv elmlərin formalaşdığı və sürətlə inkişaf etdiyi bir
dövrdə (XVII-XVIII əsrlər) Qərbi Avropa gerçəkliyi ilə
Kantın praktik zəka təlimi arasında ciddi əlaqə tapmaq
çətindir. Bu təlimin kökləri Şərq gerçəkliyi və orta əsrlərin
Şərq fəlsəfəsi zəminində daha aydın surətdə üzə çıxır.
Orta əsrlərdə nəzəri-elmi biliklə praktik fəaliyyət
arasındakı ayrılıq Şərq üçün də səciyyəvi olmuşdur. Lakin
Şərqdə bu iki tərəf arasındakı münasibət daha mürəkkəb
və çoxcəhətli idi. Məsələ burasındadır ki, əgər o dövrün
Şərq ədəbiyyatına, ictimai-fəlsəfi fikrinə nəzər salsaq, bili-
yin əməllə bağlılığı probleminə geniş yer verildiyini görə-
rik.
Elmin-biliyinmi, yoxsa işin-əməlinmi ilkin və əsas
olması problemi o dövrdə Şərq fəlsəfi fikrinin mərkəzində
Elm haqqında elm
- 241 -
əvvəl hesab edir, dili fikrin ötürülməsi üçün vasitə sayırdı.
Dil, söz həm də fərdi fikirlərin ictimailəşməsinə və
ümumictimai hadisə olan elmin yaranmasına xidmət edir.
İnsanın əqli qabiliyyətlərinin ilk inkişafı isə yalnız
məqsədəuyğun əməli fəaliyyətin, əməyin nəticəsidir. Ger-
çəkliyə fəal, dəyişdirici münasibət bəsləmədən, təkcə seyr
sayəsində hadisələrin, şeylərin mahiyyətini dərk etmək,
dünyanın sirlərinə bələd olmaq mümkün deyil. Deməli,
zəka seyrlə yanaşı, həm də əməli fəaliyyətin məhsuludur.
İnsanın ağlı, düşüncə qabiliyyəti nə qədər çox inki-
şaf etsə, gərçəklik haqqında o qədər dəqiq, düzgün bilik
əldə edir, hiss orqanlarının verdiyi zahiri məlumatla kifa-
yətlənməyərək daxili, sabit, zəruri əlamətləri üzə çıxarır,
ümumilərin nə dərəcədə əlaqəli olduğunu öyrənir. Ayrı-
ayrı konkret hadisələr, təkcələr arasındakı əlaqə adi şüur
səviyyəsində də üzə çıxarıla bilər, elmi bilik isə, Feyer-
baxın
dediyi kimi, ümumilər arasındakı əlaqəni əks etdirir.
Biliklərin əsasında əməli fəaliyyət dayansa da, bilik
də öz növbəsində fəaliyyət meydanını genişləndirməyə
xidmət edir. Lakin hər bir konkret fəaliyyət üçün müəyyən
konkret biliklər tələb olunur. Esxil deyir ki, əsas məsələ
çox bilməkdə deyil, lazım olanı bilməkdədir. Bizim kris-
talloqrafiya müəllimimiz, görkəmli alim Xudu Məmmə-
dov öyrədirdi ki, alim olmaq üçün yadda saxlamaqdan da-
ha çox, yaddan çıxarmağı bacarmaq lazımdır. Başqa sözlə,
elmi fəaliyyət biliyə seçki ilə yanaşılmasını, müəyyən bir
fikrin, ideyanın aydınlaşması, kristallaşması üçün zəruri
olan ən mühüm biliklərin ön plana çəkilməsini, xüsusi
müstəviyə köçürülməsini tələb edir. Fikrin müəyyən prob-
lemə fokuslanmasına mane olan, həmin anda “yaddan çı-
xarılmalı” olan biliklər isə başqa bir problemin həlli za-
manı ön plana çəkilir və s.