Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə72/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   68   69   70   71   72   73   74   75   ...   92

Elm haqqında elm   
 
- 239 - 
Burada  bircə  onu  dəqiqləşdirmək  lazımdır  ki,  R.Dekart 
“praktik fəlsəfə” dedikdə əslində “tətbiqi elmləri” nəzərdə 
tutur.  “Elm“  yox,  “fəlsəfə”  deyilməsi  o  dövrdə  elmlərin 
fəlsəfədən hələ tam ayrılmadığını göstərir.  
Klassik alman fəlsəfəsində mühüm terminlərdən biri 
kimi  işlədilən  “praktik  zəka”  anlayışı  isə  utilitar-praktik 
fəaliyyəti ifadə etməkdən çox uzaqdır. O dövrdə Almani-
yada ictimai münasibətlərin mürəkkəbliyinə və daxili zid-
diyyətlərinə  uyğun  olaraq  praktika  anlayışı  da,  bir  tərəf-
dən, yeni dövr əks etdirirdisə, digər tərəfdən, orta əsr fəl-
səfəsi  xüsusi  Şərq  fəlsəfəsi  fikrinin  ənənələrinə  uyğun 
olaraq  əxlaq,  ədəb  mənasında  işlədilirdi.  Daha  doğrusu, 
praktik zəka yalnız insanın təbiətə fəal münasibəti ilə məh-
dudlaşdırılmır, insanın özünə olan dəyişdirici təsir, özünü-
tərbiyə  problemi  də  nəzərə  alınırdı.  Həm  də  ikinci  birin-
ciyə nisbətən daha yüksək məziyyətli hadisə hesab olunur, 
fəlsəfi tədqiqat obyekti olmağa daha çox layiq bilinirdi.  
Utilitar-praktik  fəaliyyətin  əsasən  hakim  kəsildiyi, 
pozitiv  elmlərin  formalaşdığı  və  sürətlə  inkişaf  etdiyi  bir 
dövrdə  (XVII-XVIII  əsrlər)  Qərbi  Avropa  gerçəkliyi  ilə 
Kantın  praktik  zəka  təlimi  arasında  ciddi  əlaqə  tapmaq 
çətindir. Bu təlimin kökləri Şərq gerçəkliyi və orta əsrlərin 
Şərq fəlsəfəsi zəminində daha aydın surətdə üzə çıxır. 
Orta  əsrlərdə  nəzəri-elmi  biliklə  praktik  fəaliyyət 
arasındakı ayrılıq Şərq üçün də səciyyəvi olmuşdur. Lakin 
Şərqdə  bu  iki  tərəf  arasındakı  münasibət  daha  mürəkkəb 
və  çoxcəhətli  idi.  Məsələ  burasındadır  ki,  əgər  o  dövrün 
Şərq ədəbiyyatına, ictimai-fəlsəfi fikrinə nəzər salsaq, bili-
yin əməllə bağlılığı probleminə geniş yer verildiyini görə-
rik.  
Elmin-biliyinmi,  yoxsa  işin-əməlinmi  ilkin  və  əsas 
olması problemi o dövrdə Şərq fəlsəfi fikrinin mərkəzində 


Elm adamları elm haqqında 
 
- 240 - 
dayanır.  İslam  dinində  bilik  çox  vaxt  inamla,  əqidə  ilə 
bağlandığından  ilkinlik  bir  qayda  olaraq  biliyə  verilirdi. 
Zira  dini  mövqeyə  görə  belə  qəbul  olunurdu  ki,  əməl, 
fəaliyyət  insanlara  xas  olduğu  halda,  bilik  Allahın  insan 
qəlbinə  saldığı  işıqdır.
1
  Qeyd  etmək  lazımdır  ki,  burada 
bilik  heç  də  yalnız  etiqad  mənasında  işlənmir.  Dini  ayin-
lərin icra edilməsi biliyə yox, əmələ aid edilir, lakin yenə 
də  bilik  ondan  yüksək  tutulur.  Abidə  nisbətən  alimə  üs-
tünlük verilir.
2
                               
O dövrdə Şərqdə bilik - əməl alternativinin həllində 
ictimai  fikir  heç  də  yalnız  islam  dinindən  çıxış  etmirdi. 
Orta əsr alimləri bilik və əməlin dialektikasını açmağa və 
biliyin,  elmin  əhəmiyyətini  və  üstünlüyünü  məntiqi  yolla 
və  konkret  misallar,  hədislər,  hekayətlər  vasitəsilə  isbata 
yetirməyə çalışırdılar. 
Yeni  dövrdə  biliyin  yoxsa  gücün,  kəlamın  yoxsa 
əməlin əsas olmasına dair mübahisələr orta əsr Şərq fəlsə-
fəsindən Qərb ictimai fikrinə keçir. Neçə əsrdən sonra hə-
min sualı İ.Götenin qəhrəmanından eşidirik.  
İnsan  həyatının  əsasını  təşkil  edən,  bəşəri  inkişaf 
üçün ilk başlanğıc rolunu oynayan hadisə nədən ibarətdir? 
Bu  sual  üzərində  dərin  düşüncələrə  dalan  Faust  ilkinliyi 
gah sözə,  gah zəkaya,  gah də qüvvəyə verir.  Lakin  nəha-
yət, işin, əməlin üzərində dayanır. 
İnsan yalnız təbiətə fəal münasibəti sayəsində, əməli 
fəaliyyət prosesində başqa insanlarla ünsiyyətə girir  - söz 
yaranır.  Lakin  insan  sözlə  fikrini,  düşündüklərini  ifadə 
edir. Deməli, söz ağıldan, zəkada əvvəl gələ bilməz. Ağıl 
əmr edəni dil bəyan edər, - deyən Xaqani də ağıllı sözdən 
                                                 
1
  Бах:  Роузенталь  Ф.  Торжество  знания.  Концепция  знания  в 
средневековом исламе. М., 1978, с. 243. 
2
 Йеня орада. 


Elm haqqında elm   
 
- 241 - 
əvvəl hesab edir, dili fikrin ötürülməsi üçün vasitə sayırdı. 
Dil,  söz  həm  də  fərdi  fikirlərin  ictimailəşməsinə  və 
ümumictimai hadisə olan elmin yaranmasına xidmət edir.     
İnsanın  əqli  qabiliyyətlərinin  ilk  inkişafı  isə  yalnız 
məqsədəuyğun əməli fəaliyyətin, əməyin nəticəsidir. Ger-
çəkliyə fəal, dəyişdirici münasibət bəsləmədən, təkcə seyr 
sayəsində  hadisələrin,  şeylərin  mahiyyətini  dərk  etmək, 
dünyanın  sirlərinə  bələd  olmaq  mümkün  deyil.  Deməli, 
zəka seyrlə yanaşı, həm də əməli fəaliyyətin məhsuludur. 
İnsanın  ağlı, düşüncə qabiliyyəti nə qədər çox inki-
şaf  etsə,  gərçəklik  haqqında  o  qədər  dəqiq,  düzgün  bilik 
əldə edir, hiss orqanlarının verdiyi  zahiri məlumatla kifa-
yətlənməyərək  daxili,  sabit,  zəruri  əlamətləri  üzə  çıxarır, 
ümumilərin  nə  dərəcədə  əlaqəli  olduğunu  öyrənir.  Ayrı-
ayrı  konkret  hadisələr,  təkcələr  arasındakı  əlaqə  adi  şüur 
səviyyəsində  də  üzə  çıxarıla  bilər,  elmi  bilik  isə,  Feyer-
baxın dediyi kimi, ümumilər arasındakı əlaqəni əks etdirir. 
Biliklərin əsasında əməli fəaliyyət dayansa da, bilik 
də  öz  növbəsində  fəaliyyət  meydanını  genişləndirməyə 
xidmət edir. Lakin hər bir konkret fəaliyyət üçün müəyyən 
konkret  biliklər  tələb  olunur.  Esxil  deyir  ki,  əsas  məsələ 
çox  bilməkdə  deyil,  lazım  olanı  bilməkdədir.  Bizim  kris-
talloqrafiya  müəllimimiz,  görkəmli  alim  Xudu  Məmmə-
dov öyrədirdi ki, alim olmaq üçün yadda saxlamaqdan da-
ha çox, yaddan çıxarmağı bacarmaq lazımdır. Başqa sözlə, 
elmi  fəaliyyət  biliyə seçki  ilə  yanaşılmasını, müəyyən bir 
fikrin,  ideyanın  aydınlaşması,  kristallaşması  üçün  zəruri 
olan  ən  mühüm  biliklərin  ön  plana  çəkilməsini,  xüsusi 
müstəviyə köçürülməsini tələb edir. Fikrin müəyyən prob-
lemə fokuslanmasına mane olan, həmin anda “yaddan çı-
xarılmalı”  olan  biliklər  isə  başqa  bir  problemin  həlli  za-
manı ön plana çəkilir və s.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə