Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə75/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   71   72   73   74   75   76   77   78   ...   92

Elm adamları elm haqqında 
 
- 248 - 
larından uzaqlaşaraq elm məbədinə tam təmənnasız gəlmiş 
adamlardır”.
1
  
A.  Eynşeteynin  göstərdiyi  hər  üç  kateqoriyanın  nü-
mayəndələrinə elm aləmində indi də rast gəlmək mümkün-
dür.  Lakin  müasir  dövrün  hakim  təfəkkür  tərzi  elədir  ki, 
böyük  əksəriyyəti  məhz  ikinci  kateqoriyada  olan  alimlər 
tutur. Antik dövrdə, heç şübhəsiz, birinci, orta əsr Şərqin-
də isə üçüncü kateqoriyadan olan alimlər əksəriyyət təşkil 
edirdilər. 
Antik  dövrdə  insanların  fiziki  imkanları  ilə  yanaşı, 
əqli  imkanları  da  bir  növ  yarış  obyektinə  çevrilmişdi. 
Lakin  bəzən  bu  imkanlar  bir-birindən  ayrılır,  ya  yalnız 
fiziki qabiliyyətlərə, ya da yalnız əqli qabiliyyətlərə xüsusi 
üstünlük  verilirdi.  Bu  bölgü  özünün  klassik  formasını 
Sparta və Afina məktəblərində tapmışdı. 
Qədim Yunanıstanda əqli qabiliyyətləri üzə çıxarma-
ğın, onları müqayisə etməyin xüsusi üsulları da formalaş-
mışdır.  Canlı  mübahisə  elmin  normativləri  sırasına  daxil 
olmuşdur.  Tamaşaçılar  qarşısında  fikirlərin  toqquşması 
səhnələri ənənəyə çevrilmişdir.  
Lakin  antik  dövrdə  əqli  qabiliyyətlərin  yarışı  elmin 
yeganə  motivi  deyildi.  Biz  həmin  dövrün  təfəkkür  tərzi 
üçün səciyyəvi olduğuna görə bu cəhəti ön plana çəkirik. 
Əslində  qədim  yunan  mədəniyyəti  elmi  fəaliyyətin  bütün 
sonrakı  dövrlər  üçün  səciyyəvi  olan  müxtəlif  motivlərini 
ya aşkar şəkildə, ya da rüşeym halında özündə saxlayırdı. 
Orta əsr Şərqinin hakim təfəkkür tərzi də antik fəlsəfənin 
təsirindən kənarda qalmamışdır. 
Böyük yunan filosofu Pifaqorun apardığı maraqlı bir 
müqayisədə o dövrdə elmə və fəlsəfəyə münasibət çox gö-
                                                 
1
  Эйнштейн  А.  Мотивы  научного  исследования.  –  Собрание 
научных трудов, т.4, М., 1967, с. 39-40. 


Elm haqqında elm   
 
- 249 - 
zəl görünür. Pifaqor adamları məqsəd və fəaliyyətinə görə 
üç qrupa bölür və onları obrazlı surətdə səciyyələndirmək 
üçün  Olimpiya  oyunlarına  gələnlərlə  müqayisə  edir.  Bu-
rada bir qisim adamlar öz fiziki imkan və qabiliyyətlərini 
nümayiş etdirərək yarışırlar. Digərləri buraya ticarət məq-
sədilə gəlirlər. Üçüncülər isə yalnız müşahidə edirlər. Pifa-
qora görə, həyatda da belədir. Kimlərsə şöhrətin, kimlərsə 
var-dövlətin  qulu  olur.  Lakin  elələri  də  var  ki,  yalnız  kə-
nardan seyr edirlər və  yeganə məqsədləri  həqiqəti  aşka-ra 
çıxarmaqdır.  Bu  üçüncüləri  Pifaqor  filosof  adlandırırdı. 
Burada fəlsəfə həm də “təmənnasız elm” mənasında başa 
düşülür. Son məqsəd əldə olunan biliklərdən hansı sahədə 
isə  istifadə  etmək  yox,  həqiqətin  özüdür.  İnsan  həqiqətə 
qovuşanda  mənən  saflaşır.  Dünyanı,  təbiəti  dəyişmək 
məqsədini  qarşıya  qoymasa  da,  heç  olmazsa  dünyanın, 
təbiətin ahəngini dərk edir və bu ahəngə uyğunlaşmaq im-
kanı  əldə  edir.  Burada  Heraklitin  məşhur  “təbiətlə  həm-
ahənglik” prinsipi yada düşür... 
Lakin  insan  hər  cür  istiqamətli  fəaliyyətin  subyekti 
olduğundan  dəyişdirilmiş  insan  mənəviyyatı  istər-istəməz 
dünyanın  da  dəyişdirilməsinə  gətirir.  Lakin  bu  tarixi  pro-
ses birdən-birə həyata keçmir. Təməli qədim Şərqdə qoyu-
lan, antik dövr və orta əsr Şərq təfəkkür tərzinin süzgəcin-
dən keçən bilik-əməl problemi yeni dövrdə yeni çalarlarla 
zənginləşərək bir sıra müvəffəqiyyətlər gətirsə də, özünün 
tam  elmi  həllini  hələ  də  tapmamışdır.  Tarixi  vərəqləmək 
və  onun  dərslərini  nəzərə  almaq  bu  problemin  həlli  üçün 
mühüm şərtdir. 
Bütün bu deyilənlərdən sonra bir daha orta əsr Şər-
qində bilik və əməl probleminin necə həll olunması məsə-
ləsinə qayıtsaq görərik ki, məsələnin bu gün üçün düzgün 
sayılan həlli elmi biliyə üstünlük və müstəqillik verilməsi, 


Elm adamları elm haqqında 
 
- 250 - 
o dövr üçün hələ tez idi. Elmin texniki tərəqqini qabaqla-
ması  yalnız  XX  əsr  üçün  səciyyəvi  olan  bir  hadisədir  və 
əksər  tədqiqatçılar  elmi-texniki  inqilabın  mahiyyətini 
məhz bununla izah edirlər. 
Elmi yalnız mədəni sərvət kimi başa düşmək, ondan 
heç bir maddi səmərə və tətbiq  gözləməmək, ona tam tə-
mənnasız  münasibət  bəsləmək  ayrı-ayrı  adamlara  xas  ola 
bilər, lakin dövlət belə mövqedən çıxış edə bilməz. Alimə 
ola bilsin ki, yalnız hikmət, dövlətə isə həm də güc lazım-
dır. 
Şərqin ənənəvi təfəkkür tərzini müasir dövrdə dövlət 
siyasəti miqyasında təbliğ edən mütəfəkkirlərə hələ də rast 
gəlmək mümkündür. Görkəmli hind filosofu və siyasi xa-
dimi M. Qandi elmdən maddi qüvvə mənbəyi kimi, texniki 
tərəqqi  naminə  istifadə  etməyin  ardıcıl  əleyhdarı  olmuş-
dur. O, bu mövqeyi hər cür zorakılığa qarşı mübarizə pro-
qramına uyğun olaraq seçmişdir. Onun fikrincə, insanlara 
qüvvət deyil, şəfqət lazımdır. Zorakılığın qarşısını zorakı-
lıqla almaq mümkün deyil. 
Lakin bəşər tarixi,  həyat təcrübəsi  göstərir ki,  zora-
kılıq əleyhinə uğurla mübarizə apara bilmək üçün də güclü 
olmaq lazımdır. XX əsrin böyük mütəfəkkir şairi H. Cavid 
ənənəvi Şərq fəlsəfəsini real həyat mövqeyindən nəzərdən 
keçirərək zorakılıq  ideyası  ilə  yanaşı  maddi təməldən ay-
rılmış həqiqət ideyasını da tənqid etmiş, bütün yaradıcılığı 
boyu  kitabla  qılıncın,  həqiqətlə  gücün  vəhdəti  ideyasını 
bədii şəkildə tərənnüm etmişdir. Ən başlıcası isə budur ki, 
H.  Cavid  yaradıcılığında  bu  ideya  orta  əsrlər  üçün  səciy-
yəvi olan fərdi bilik  və  əməlin  vəhdəti ideyasından fərqli 
olaraq  bir  şəxs  miqyasından  kənara  çıxır,  ictimai  qrup, 
xalq, ölkə miqyasında irəli sürülür. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə