Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə83/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   79   80   81   82   83   84   85   86   ...   92

Elm haqqında elm   
 
- 273 - 
dir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz etmiş, 
dərin  kök  salmışdır.  Kumulyativist  epistemo-logiyanın 
müddəalarına,  əsaslanan  bu  mövqe  elmin  sosial  aspektini 
nəzərə almağa imkan vermir və internalizmə uyğun gəlir. 
Əslində elm və bilik sistemləri yalnız müəyyən ümu-
mi  sahədə  kəsişir,  qalan  sahələrdə  isə  bir-birindən  fərqli 
məzmunlara malikdir. Bu ümumi sahə – elmi bilikdir. El-
mi  bilik  «elm»  sisteminə    daxildir.  «Bilik»  anlayışı  elmi 
bilikdən  başqa,  əməli  biliyi  də  əhatə  edir  ki,  sonuncu 
«elm»  sisteminə  daxil  deyildir.  Yaxud  da  «elm»  anlayışı-
nın  əhatə  etdiyi  maddi  tərəflər  (elmi  tədqiqat  institutları, 
laboratoriyalar,  «elmi  texnikası»  və  s.)  və  yaradıcılıq  ax-
tarışları «bilik» sisteminə daxil deyil. 
Biliklər  sistemi  özündə  fəaliyyət  momentini  əks  et-
dirmir.  Elm  isə  məhz  elmi  axtarışlar,  yaradıcılıq,  tədqiqat 
prosesində – elmi fəaliyyət zamanı cəmiyyətin tərkib his-
səsi kimi, ictimai hadisə kimi qarşıya çıxır. 
Beləliklə, elmə biliklər sistemi kimi baxmaq və elmi 
biliyin digər biliklərə  nəzəən özünəməxsus cəhətini, elmi-
lik meyarını axtarmaq «elm» sisteminin öyrənilməsi üçün 
kifayət deyil. Nəinki elmin bütöv bir sistem kimi öyrənil-
məsi, həm də onun məntiqi-qnoseoloji aspektdə tədqiqi də 
bu çərçivəyə sığmır, müəyyən şərtləri ödəyən biliklər sis-
temi  ilə  yanaşı,  ümumictimai  və  fərdi  elmi  fəaliyyət  pro-
seslərinin də nəzərə alınmasını tələb edir. 
XX əsrin əvvəllərində ilk qeyri-kumulyativ konsep-
siyalar J.Sarton, Q.Başlyar, A.Koyre tərəfindən irəli sürül-
müşdür. 
J.Sarton  elm  hadisəsinə  elmi  biliklərlə  yanaşı  insan 
amilini  də  daxil  etmiş,  elmi  fəaliyyətin  subyekti  olan  in-
sanların – elmi işçilərin dünyagörüşünü, mədəniyyətini, ic-
timai  vəziyyətini  də  nəzərə  almağa  çalışmışdır.  Sartona 


Elm adamları elm haqqında 
 
- 274 - 
görə, elm ümumi mədəni inkişaf fonunda, sosial kontekst-
də  öyrənilməlidir.  Təsadüfi  deyil  ki,  Sarton  konsepsiyası 
elm tarixşünaslığında mədəni-tarixi istiqamət kimi tanınır. 
Mədəni-tarixi  istiqamət  elmin  sosial  tədqiqinin  mühüm 
aspektlərindən biridir. 
Elmin bir sosial sistem kimi öyrənilməsinə, onun ic-
timai mahiyyətinin qiymətləndirilməsinə ən çox bilavasitə 
elmin  sosioloji  və  iqtisadi  problemlərinə  həsr  olunmuş 
əsərlər xidmət edir. Elmdə müəyyən sosial strukturun hələ 
əvvəllər də mövcud olmasına baxmayaraq, onun tədqiqinə 
ciddi tələbat yox idi, belə ki, elm bir fəaliyyət sahəsi kimi 
yalnız son vaxtlarda ön plana keçmişdir. 
Elmi fəaliyyət sahəsinə ümumi milli gəlirin getdikcə 
daha çox hissəsinin sərf olunması elmin iqtisadi baxımdan 
öyrənilməsinə tələbatı artırır. Lakin bu sahədə də hələ çox 
az iş görülmüşdür; halbuki konkret elmi tədqiqatların fay-
dalılıq  dərəcəsinin  artırılması  və  elmin  düzgün  planlaşdı-
rılması üçün iqtisadi təhlilin rolu böyükdür. 
Elmə  xüsusi  fəaliyyət  sahəsi  kimi  baxan  Q.N.Vol-
kov hər bir zaman mərhələsində cəmiyyətin ona qədər əldə 
etdiyi biliklər sistemini «elm» anlayışına daxil etmir: «El-
min  mahiyyəti  artıq  dərk  edilmiş  olan  həqiqətlərdən  yox, 
onların  axtarılmasından,  təbiət  və  cəmiyyət  qanunlarının 
öyrənilməsi və istifadə olunmasına  yönəlmiş  eksperimen-
tal  tədqiqat  işlərindən  ibarətdir.  Elm  özlüyündə  heç  də 
bilik olmayıb, cəmiyyətin bilik istehsalı üzrə fəaliyyətidir, 
başqa sözlə, elmi istehsaldır»
1
. Göründüyü kimi, Q.N.Vol-
kov  elmə  xüsusi  fəaliyyət  sahəsi  və  deməli  proses  kimi 
baxmaqla onun əhatə dairəsini həddindən artıq kiçildir ki, 
bu da məntiqi cəhətdən qüsurlu olan nəticəyə gətirir: elm – 
... elmi istehsaldır. Halbuki elmi istehsal «elm» anlayışının 
                                                 
1
 Волков Г.Н. Социалогия науки. М., 1968, с. 121 


Elm haqqında elm   
 
- 275 - 
əhatə  etdiyi  tərkib hissələrindən  yalnız biridir.  Buna bax-
mayaraq, «elmi istehsal» anlayışının daxil edilməsi el-min 
mahiyyətinin  və  başlıca  xüsusiyyətlərinin  öyrənilməsi 
üçün böyük əhəmiyyətə malikdir. Q.N.Volkov öz mövqe-
yini elmi şəkildə əsaslandırmağa və bu işdə daha çox öyrə-
nilmiş  olan  istehsal  prosesi  ilə  analogiya  yaratmağa  ça-
lışmışdır ki, bu cür təşəbbüs yalnız təqdirəlayiqdir. Müəllif 
daha  sonra  yazır:  «...Texnika  maddi  istehsalda  hansı  rolu 
oynayırsa,  elmi  bilik  də  mənəvi  istehsalda  həmin  rolu 
oynayır.  Bu  mənada  texnika  insanın  əməli  fəaliyyətinin 
süni  orqanı  olduğu  kimi,  elm  də  insan  beyninin  süni  or-
qanıdır. Lakin təəssüf ki, maddi və mənəvi istehsal proses-
lərinin  analogiyasından  istifadə  təşəbbüsü  ardıcıl  surətdə 
davam etdirilməmişdir. 
Elmin  müxtəlif  aspektlərdəki  tədqiqinin  bir-biri  ilə 
əlaqəli şəkildə aparılması və bir-birini tamamlaya bilməsi 
üçün  onun  bir  sistem  kimi  müəyyənləşdirilməsi  ən  vacib 
şərtdir.  Amerika  alimi  H.Liman  məhz  bu  cəhəti  nəzərə 
alaraq yazır: «Biz elmin fəlsəfi, psixoloji, yaxud sosial as-
pektlərini  fərqləndirməzdən  və  müzakirə  etməzdən  əvvəl, 
hansı  yolla  isə  elmi  müəyyən  bir  tam  kimi  təsəvvür  edə 
bilməliyik».
1
 
Elmi  bütöv  bir  hadisə  kimi  təsəvvür  etməyin,  onun 
mahiyyətini, ümumi inkişaf meyllərini öyrənməyin bu gün 
cəmiyyət qarşısında duran praktik vəzifələri həyata keçir-
mək sahəsində nə kimi bir əhəmiyyəti vardır? 
Müasir  dövrdə  insanın  maddi  rifah  halı,  məhsuldar 
qüvvələrin inkişaf perspektivləri ilk növbədə elmin nə də-
rəcədə qabaqcıl mövqe tutmasından asılıdır. Elmi obyektiv 
inkişaf meyllərini bilmədən onu optimal surətdə təşkil et-
                                                 
1
 Jonh Liman. What is science – «Philosophical problems of 
science and technology», Boston, 1974, p. 13 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə