Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə2/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   2   3   4   5   6   7   8   9   ...   92

Elm adamları elm haqqında 
 
- 6 - 
görə  də,  beş  dəfə  azərbaycanlı  alim  deyəndə,  bir  dəfə  də 
gəlin, Amerika elmi mühitini yada salaq.  
Haqqında  söhbət  açdığımız  üç  böyük  alim:  Əbdüs-
Səlam, Xudu Məmmədov, Oqtay Sinanoğlu da məhz xari-
ci  elmi  mühitdə  özlərini  təsdiqləyə  bildilər.  Lakin  onların 
fərqləndirici cəhəti budur ki, yüksək milli ruh onları həmi-
şə vətənlə bağlamış, bütün nüfuzlarını və elmi potensialla-
rını  öz  xalqlarının  elmi  intibahı  üçün  sərf  etmişlər.  Uzun 
müddət  xaricdə  çalışan Əbdüs-Səlam və Oqtay  Sinanoğlu 
daha  çox  elmi  nailiyyət  əldə  etmiş,  dünya  miqyasında 
daha  çox  tanına  bilmişlər.  Xudu  Məmmədov  isə  gənc 
yaşlarında  böyük  şöhrət  qazansa  da,  öz  ölkəsinə  erkən 
qayıtdığı  üçün  dünya  elm  mərkəzlərindən  bir  növ  aralı 
düşmüş və nə yaxşı ki, böyük elmi potensialını fəlsəfi ya-
radıcılığa  və  elm  maarifçiliyinə  yönəltməklə  millətə  heç 
olmasa,  bu  istiqamətdə  fayda  verə  bilmişdir.  Onun  kris-
talloqrafiya sahəsində ixtiraları elə o dövrdəcə dünya elmi 
tərəfindən mənimsənildiyi və indi bəlkə də köhnəldiyi hal-
da,  ümumiyyətlə  elm  haqqında,  onun  təşkilati  məsələləri, 
ictimai tərəqqidəki rolu haqqında, habelə daha çox dərəcə-
də  fəlsəfi məzmun  daşıyan strukturların sənətdə  və  elmdə 
adekvatlığı  barədə  yazdığı  əsərlər  elmi  dünyagörüşünün 
formalaşmasında öz böyük əhəmiyyətini indi də saxlayır.   
Əbdüs-Səlamın dünyanın ən məşhur elmi mərkəzlə-
rində tədqiqat aparmaq imkanları olduğu halda, dönə-dönə 
vətənə qayıdaraq burada da müəyyən bir elmi mühit yarat-
maq cəhdləri və nəhayət, bu da baş tutmadıqda Avropanın 
ən gözəl  guşələrindən birində (Triyest,  İtaliya) inkişaf et-
məkdə olan ölkələrin gənc fizikləri üçün tədqiqat mərkəzi 
açdırmağa nail olması və hər il öz ölkəsindən və digər mü-
səlman  ölkələrindən  bura  onlarla  istedadlı  gənc  alim  cəlb 
edərək  bütövlükdə  islam  dünyasında  elmin  gələcək  inki-


Ön söz   
 
- 7 - 
şafı üçün potensial hazırlaması – bütün bunlar alimin bö-
yük  vətəndaşlıq  mövqeyinin  təcəssümü  idi.  Həm  də  bu 
milli  qeyrət  hissi  təkcə  vətəndaşlıq  miqyasında  yox,  daha 
böyük  miqyasda  –  bir  müsəlman  təəssübkeşliyi  şəklində 
də üzə çıxırdı.   
Oqtay  Sinanoğluda  isə  türkçülük  daha  qüvvətlidir. 
O, dindən də əvvəl dil haqqında, millət haqqında düşünür. 
Türk  dünyasında  müqtədir  bir  elm  dilinin  formalaşması 
uğrunda  mübarizə  aparır.  Qazandığı  bütün  nailiyyətlər, 
mükafatlar,  titullar  onun  üçün  ancaq  millətə  xidmət  müs-
təvisində dəyər kəsb edir.  
Bu kitabda bəlkə də təsadüfən alınan ən maraqlı cə-
hətlərdən biri islamçılıq, türkçülük və müasirlik ideyaları-
nın vəhdətidir. Bu böyük şəxsiyyətləri öz konkret tədqiqat 
sahələrindən kənara çıxaraq bütövlükdə elm və onun milli 
tərəqqidə  rolu  haqqında  düşünməyə,  öz  ölkələrində  elmi 
mühit  və  kadr  potensialı  yaratmaq  üçün  çalışmağa  vadar 
edən  də  əslində  eyni  bir  səbəbdir  –  əqidə  müəyyənliyi, 
milli qeyrət, dövlətçilik ruhu!  
Biz  indi  Əbdüs-Səlamın  nəzəri  fizika,  Xudu  Məm-
mədovun  kristalların  quruluşu  və  O.Sinanoğlunun  kvant 
kimyası  sahəsindəki  nailiyyətlərindən  bəhs  etməyərək, 
onların hər üçünün ümumiyyətlə elm haqqında, elm və din, 
elm  və  dil,  elm  və  sənət  haqqında  yazdıqları  əsərləri  bir 
kitabda toplayıb oxuculara təqdim edirik. 
Onu da qeyd edək ki, bu sətirlərin müəllifinin sovet 
dövründə  elm  haqqında  yazdığı  öz  kitabını  da  yuxarıda 
adlarını  çəkdiyimiz  əsərlər  sırasına  qatması  heç  də  bu 
böyük alimlərlə  yanaşı  durmaq iddiasından irəli gəlməyə-
rək,  elm  haqqında  həqiqətən  hərtərəfli  təsəvvür  yaratmaq 
istəyinin nəticəsidir. Belə ki, elm və din, elm və dil, elm və 
sənət  mövzuları  nə  qədər  əhəmiyyətli  olsa  da,  problemin 


Elm adamları elm haqqında 
 
- 8 - 
tam şəkildə açılmasına imkan vermir. Elmin texnika və is-
tehsalla,  ictimai-iqtisadi  həyatla  əlaqəsi  müəyyənləşdiril-
mədən, elm haqqında tam təsəvvür yaratmaq mümkün de-
yil. Ona görə də biz elm haqqında elm bölməsini də kitaba 
daxil  etdik.  Bundan  əlavə,  müəllif  özünün  “elm  və  dil” 
mövzusunda  hələ  o  vaxt,  sovetlər  dağılmağa  başlayan 
dövrdə  yazdığı  məqaləsini  də  eyni  adlı  fəslə  daxil  etmiş-
dir. Düşünürük ki, bu mövzu indi də aktualdır.    
Belə  ki,  biz  təkcə  millətləşməyə  yeni-yeni  başlamı-
rıq;  biz  elmləşməyə  və  elmi-fəlsəfi  özünüdərkə  də  yeni-
yeni başlayırıq...  
Başlayırıqmı?! 


 
 
 
 
 
 
Giriş əvəzi: 
Elm və onun sükanı 
 
İncəsənətin məqsədi insanın emosional-mənəvi dün-
yasını zənginləşdirmək, onu daha saf, daha təmiz etmək – 
onun mənəvi imkanlarını artırmaqdır. 
Elmin  məqsədi  isə  insanın  intellektual  dünyasını 
zənginləşdirmək,  onu  daha  məlumatlı,  daha  bilikli  etmək 
və  bu  biliyin  qüvvəyə  çevrilməsi  sayəsində  onun  maddi 
təsir imkanlarını artırmaqdır. 
Elmi  biliyin  maddi  qüvvəyə  çevrilməsi  təbiətlə  mü-
barizədə  insanı  daha  güclü  edir.  Lakin  insanın  maddi  gü-
cü-qüdrəti  artdıqca  bu  gücü  düzgün  yönəldə  bilmək  üçün 
onun mənəvi kamillik səviyyəsi də yüksəlməlidir. Zira elm 
əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi 
üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək 
mənəvi-əxlaqi  səviyyə  ilə  tamamlanmalıdır.  Görünür,  bu 
məhz belə bir ehtiyacdan irəli gəlir ki, elmin öz daxilində 
haçalanma  getmiş  və  istehsalatın,  ictimai-iqtisadi  həyatın 
tələblərinə  cavab  verən  elmi  biliklər  sistemi  ilə  yanaşı, 
humanitar  yönlü  elmi  biliklər  də  nisbi  müstəqil  şəkildə 
inkişaf etdirilmişdir. Bundan əlavə, dəqiq elmlərin özü də 
ümumi  dünyagörüşün  əsaslarına  xidmət  edən  biliklər 
sisteminə və tətbiqi-texnoloji biliklərə ayrılmışdır. D.Prays 
bu sonuncu bölgünü “böyük elm” və “kiçik elm” şəklində 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə