Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə8/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   4   5   6   7   8   9   10   11   ...   92

Elm və din   
 
- 29 - 
İslamda  elmlərə  göstərilən  ehtiramın  bir  səbəbi  də, 
İslam dövlətinin könüllü himayədarlığı idi. Gibbin ədəbiy-
yat  sahəsində  yazdıqlarını  şərh  etsək:  «İslamda  elmlərin 
inkişafı,  digər  ölkələrdən  fərqli  olaraq,  böyük  ölçüdə  və-
zifəlilərin comərdliyinə və himayəsinə bağlı idi. Bu və ya 
başqa şəhərdə padşahlar və vəzirlər elmə arxa çıxmaqdan 
həzz aldıqlarına, fayda və etibar gördüklərinə görə bu mə-
şəl alovlanmağa davam etdi». 
İslamda elmin qızıl dövrü, şübhəsiz, orta əsr alimlə-
rinin  sonuncularından  olan  İbn  Sinanın  və  onun  müasiri, 
eyni  zamanda  da  yeni  əsrin  birincilərindən  olan  İbn  Hey-
səm ilə əl-Biruninin dövründə yaşanmışdır. 
İbn Heysəm (Əl-Hazən, 965-1039) dövrünün ən bö-
yük alimlərindən biri idi. Apardığı təcrübələrlə optikadakı 
çətin məsələlərin həllində xüsusi rol oynamışdır. «Bir mü-
hitdən  keçərkən,  işıq  selinin  daha  asan  və  daha  qısa  (tez) 
olan yolu izlədiyini» qeyd etmişdir. Burada,  İbn Heysəm 
əsrlər  sonra  meydana  gələcək  Fermanın  «ən  az  zaman» 
prinsipinin  əsasını  qoymuşdur.  Daha  sonralar  Nyutonun 
hərəkət qanunlarının birincisi kimi bilinən ətalət qanununu 
da İbn Heysəm ortaya qoymuşdur. Rocer Bekonun «Opus 
majus»  əsərinin  beşinci  fəsli,  praktiki  olaraq,  İbn  Heysə-
min «Optika»sının bir kopiyasıdır. 
İbn  Sinanın  ikinci  məşhur  müasiri  olan  əl-Biruni 
(973-1048)  bugünkü  Əfqanıstan  sərhədləri  daxilində 
yaşayıb yaratmışdır. O, İbn Heysəm kimi təcrübəçi, görüş-
lərində  altı  əsr  sonra  dünyaya  gələcək  olan  Qaliley  qədər 
müasir  və  orta  əsrlər  fikrindən,  düşüncəsindən  uzaq  bir 
elm adamı idi. 
Qərb  elminin  Yunan-İslam  elminin  mirası  olduğu 
danılmaz  bir  həqiqətdir.  Bununla  yanaşı,  İslam  elminin 
törəmiş bir elm olduğu, müsəlman elm adamlarının yunan 


Elm adamları elm haqqında 
 
- 30 - 
nəzəri  ənənəsini  kor-koranə  tətbiq  edib,  elmi  metodlara 
yeni  heç  bir  şey  əlavə  etmədiklərini  söyləyirlər.  Bu  səhv 
hökmdür.  Əl-Biruninin  Aristotel  haqqında  söylədiklərinə 
fikir  verək:  «Bir  çox  insanın  dərdi  (problemi),  Aristotelin 
fikirlərini  ifrat  dərəcəsinə  gətirmələridir.  Özləri  də,  Aris-
totelin sadəcə öz qabiliyyətinin imkan verdiyi ölçüdə fikir 
ortaya  atdığını  bildikləri  halda,  onun  düşüncələrində  heç 
bir xəta ehtimalının ola bilməyəcəyinə inanırlar». 
Və  ya  əl-Biruninin orta əsr xurafatı haqqında söylə-
diklərinə  nəzər  salaq:  «İnsanlar  (yanvar  ayının)  altısında 
dünyanın bütün duzlu sularının şirinləşdiyi bir saatın tapıl-
dığına  inanırlar.  Suda  baş  verən  bütün  proseslər  yalnızca 
torpağın  xüsusiyyətindən  asılı  olduğuna  görə  …  bu  pro-
seslər nizamlı xarakterdədir. Yəni, bu hökm …  tamamən 
əsassızdır.  Daimi  və  səbirli  təcrübələr  bu  hökmün  cəfən-
giyat olduğunu hər kəsə göstərəcəkdir.» 
Və nəhayət, əl-Biruni müşahidə üzərində təkidlə du-
raraq, coğrafiya haqqında belə yazır:  
«Hindistan  torpaqlarını  öz  gözlərinizlə  görüb,  ma-
hiyyəti barədə uzun-uzadı fikirləşsəniz və dünyanın hər tə-
rəfində,  nə  qədər  dərin  qazsanız  qazın,  qarşınıza  çıxan 
yumru  daşlara;  dağların  ətəklərində,  çayların  gur  axdığı 
yataqlardakı  nəhəng  daşlara;  dağlardan  çox  uzaqlarda, 
çayların  sakit  axdığı  yataqlardakı  daha  kiçik  daşlara;  su-
ların  göllənməyə  başladığı  deltalarda  və  dənizə  tökülən 
çay ağzındakı qum dənələri qədər ovxalanmış daşlara diq-
qət etsəniz, bütün bunları göz qabağına gətirsəniz, Hindis-
tanın  vaxtilə  bir  dəniz  olduğunu,  zaman  keçdikcə  suların 
gətirdiyi  daş-torpaqla  dolmuş  olduğunu  düşünməyə  baş-
layarsınız.» 
Brifoltun  ifadələriylə  desək,  «yunanlar  sistemləşdi-
riblər, araşdırma aparıblar və nəzəriyyələr qurublar, ancaq 


Elm və din   
 
- 31 - 
səbir  istəyən  ətraflı  və  uzunmüddətli  müşahidə  və  təcrübi 
yanaşma  kimi  şeylər  yunan  tərzinə  yaddır.  «Elm»  adlan-
dırdığımız  hadisə,  Avropaya  ərəblər  tərəfindən  gətirilən 
təcrübə,  müşahidə  və  ölçmə  metodları  nəticəsində  doğ-
muşdur.  (Müasir)  elm,  İslam  mədəniyyətinin  dünyaya  ən 
qiymətli hədiyyəsidir…» 
Bu  düşüncələr  böyük  elm  tarixçisi  Corc  Sarton  tə-
rəfindən də təkrarlanır: «Orta əsrlərin əsas, ancaq bir o qə-
dər də az bilinən nailiyyəti, təcrübə ruhunu oyandırılması-
dır  ki,  bu  da  hər  şeydən  əvvəl  XII  əsrə  qədər  müsəlman-
ların sayəsində oldu». 
Tarixin  tragediyalarından  biri  də  bu  müasir  ruhun 
qarşısının alınması olmuşdur. Buna görə də, elm metodo-
logiyasında köklü  və  daimi  bir dəyişiklik gətirilməmişdir. 
Əl-Biruninin və İbn Heysəmin işlərindən yüz il qədər son-
ra İslamda elmlərin quruluşu və təşkili bir durğunluq döv-
rünə girmişdir. İnsanlıq, təzədən eyni səviyyədəki mükəm-
məlliyə,  müşahidəyə  və  təcrübəyə  verilən  üstünlüyə  çat-
maq  üçün  təqribən  500  il  daha  –  Tiho  Brahe,  Qaliley  və 
müasirlərini gözləməli olacaqdır. 
 
 
İslam dünyasında elmlərin geriləməsi 
İslam  mədəniyyətində  elmlər  niyə  ölmüşdü?  1100-
cü illərdə başlayan bu geriləmə  başladıqdan haradasa 250 
il sonra başa çatmışdır.  
Heç kim dəqiq olaraq bilmir. Əslində, monqol istila-
sının səbəb olduğu dağıntılar kimi xarici faktorlar var. An-
caq məncə, İslam mədəniyyətində elmin canlılığını itirmə-
si  çox  daha  əvvəl  başlamışdı.  Və  bu,  daha  çox  daxili  sə-
bəblərin ucbatından olmuşdur. Birincisi, elm təşəbbüsləri-
nin  öz  daxilinə  qapanması  və  təcrid  olunması,  ikincisi  və 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə