Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə11/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   7   8   9   10   11   12   13   14   ...   92

Elm adamları elm haqqında 
 
- 38 - 
məyə çalışaraq, qabağındakı bədəndə qolun hərəkət etdiyi-
ni  görmüş,  bu  vaxt,  bədənindən  kənarda  olduğunu  düşü-
nüb, təzədən ona geri qayıtmaq qərarına gəlmişdi. Söhbə-
tini qurtarandan sonra, Feynmana bu qəribə təcrübəsini nə 
ilə izah edə biləcəyini soruşdum. Feynman əsl elm adamı-
nın müşahidə həssasiyyəti ilə cavab verdi: «Heç bir fizika 
qanunun pozulduğunu görmədim». 
Əvvəl ifadə etdiyim kimi, şəxsən mənə görə, fizika-
nın  bu  gün  susduğu,  bəlkə  sabah  da  susacağı  problemlər 
haqqındakı mənim şəxsi inancım İslamın mənəvi mesajıy-
la ifadə edilmişdir. Bu, Quranın birinci səhifəsini açdığınız 
zaman qarşınıza çıxan ilk ayələrdə öz əksini tapmışdır: 
«Bu kitab ki, içində heç bir şübhə yoxdur. Allahdan 
qorxanlar  üçün,  görünməyənə  inananlar  üçün  bir  rəh-
bərdir». (2: 2-3) 
         
II Fəsil 
 
İslam ölkələrində elmlərin ən son vəziyyəti 
İslam dünyasında elm və texnologiyanın  son vəziy-
yəti  necədir?  Tərif  verərkən,  İslam  əhalisini  altı  coğrafi 
zonaya ayırırıq. İlk öncə, Ərəbistan yarımadasının və Kör-
fəzin  altı  ölkəsi  gəlir.  İkinci  zona  şimaldakı  ərəb  ölkələ-
ridir:  Suriya,  İordaniya,  Livan,  Qərbi  Fələstin  və  Qəza. 
Üçüncü  bölgə  Türkiyəni,  müsəlman  Orta  Asiyanı,  İranı, 
Əfqanıstanı  və  Pakistanı  əhatə  edir.  Dördüncü  və  ən  sıx 
bölgə  Banqladeş,  Malayziya,  İndoneziya  ilə  Hindistan  və 
Çindəki  böyük  müsəlman  icmalarından  meydana  gəlir. 
Beşinci  bölgədə  Şimali  Afrikadakı  ərəb  ölkələri,  altıncı 
bölgədə isə ərəb olmayan Afrika ölkələri vardır. 
Universitetlərdə  18-20  yaş  arasındakı  gənclərdən 
elm və texnologiya üzrə təhsil alanların statistik göstərici-


Elm və din   
 
- 39 - 
lərini elmi potensial üçün bir indeks qəbul etsək; bu nisbət 
inkişaf etmiş ölkələrdə 12% olduğu halda, İslam ölkələrin-
də  2%  təşkil  etməkdədir.  Elm  və  texnologiya  sahələrində 
tədqiqat və araşdırma işlərinə ayrılan ÜMM xərclərində də 
buna  oxşar  1:6  nisbəti  nəzərə  çarpır.  Elmi  araşdırmalarla 
məşğul  olanlar  haqqında  ətraflı  heç  bir  statistik  məlumat 
mövcud deyildir. Bununla yanaşı, İslamabadda 10-13 may 
1983-cü  il  tarixlərində  ilk  dəfə  toplanan  İslam  Konfransı 
Elmi  Komissiyasına  təqdim  edilən  bir  mətndə  SSRİ-də 
milyon  yarımla  və  Yaponiyadakı  400  minlə  müqayisədə, 
bütün İslam dünyasında cəmi 45 minə yaxın tədqiqatçı və 
mühəndisin olduğu qeyd edilmişdir. 
Beyrutdakı Amerikan Universitetindən A.B.Zahlana 
görə,  bu  və  başqa  statistika  göstəricilərini  analiz  etsək, 
İslam aləminin fizika sahəsi də beynəlxalq miqyasda onda 
bir, elmi nəşrlərdə isə yüzdə bir həcmlik bir varlığı olduğu 
ortaya çıxar. İslam ölkələri içində elmdə ən qabaqcıl ölkə-
lərdən  biri  olan  Pakistanın  1983-cü  ildə  13  universiteti 
vardı. Lakin ölkədə 80 milyonluq bir əhali üçün 13 fizika 
professoru  və  42  fizika  elmləri  doktorundan  ibarət  müəl-
lim heyəti vardı. 
Kənardan baxan bir müşahidəçinin təsbiti olaraq, qa-
baqcıl elm jurnallarından  «Neyçr»da  yazan Frensis Gayls 
«İslam  elminin  problemi  nədir?»  sualını  ortaya  atmışdır. 
Cavabı belə idi: «Min il bundan əvvəl müsəlmanlar elmin 
zirvəsindəykən, xüsusilə, riyaziyyatda və tibdə mühüm rol 
oynamışlar. Onlar Bağdadda və Cənubi İspaniyada minlər-
lə  insanın  cəmləşdiyi  universitetlər  qurdular.  Hökmdarlar 
öz ətrafına elm adamlarını və incəsənət xadimlərini yığdı-
lar.  Yaradılan  azadlıq  ruhu  yəhudilərin,  xristianların  və 
müsəlmanların  birgə  çalışmasına  imkan  verirdi.  Lakin  bu 
gün bütün bunlar xoş xatirədən başqa bir şey deyildir.  


Elm adamları elm haqqında 
 
- 40 - 
Elm  və  texnologiya  sahələrində  çəkilən  xərclər  son 
illərdə  arta  bilər,  ancaq  bu  artım  neft  yataqları  ilə  zəngin 
ölkələrlə məhduddur… Bu ölkələrdən bəziləri milyardlarla 
dollar məbləğində zərərə səbəb olan müharibələr aparırlar. 
Şübhəsiz, bunlar elmə çox az vaxt ayıracaqlar. Kommersi-
ya strukturları idxal texnologiyaya əsaslanır və bir sıra öl-
kənin  iqtisadiyyat  və  təhsil  sistemləri  orijinal  olmaqdan 
daha çox təqlid xarakteri daşıyır.  
Son illərdə neft gəlirləri ilə yüksələn rifah səviyyəsi 
də çox şeyi dəyişdirmədi. Elm və siyasət, bir çox elm ada-
mının  narazılıqlarına  baxmayaraq,  Yaxın  Şərqdə  hələ  də 
sıx şəkildə bir-birinə bağlıdır. Regionda diktatorluq rejimi 
hakimdir ki, bu da elmin inkişaf səylərini çətinləşdirir. Tə-
bii ki, nəticədə sənayeləşmiş ölkələrə doğru «beyin axını» 
Yaxın Şərqdə elmi həyatı daha da zəiflədir». 
Acı bir dillə qələmə alınmış tənqiddir, ancaq bir çox 
yerdə gerçəkçi və haqlıdır. 
«Neyçr»ın eyni buraxılışında İsraildəki tədqiqatçı in-
san potensialı haqqında başqa bir məqalə var. Orada belə 
yazılır:  «Araşdırma və tədqiqat işlərində lazımi akademik 
təhsil almış işçilərin sayını ciddi ölçülərdə artırmaq ehtiya-
cı, əsasən, qəbul edilir. Milli Araşdırma və İnkişaf Şurası 
1974-cü  ildə  34800  olan  elmi  işçi  sayını,  1995-ci  ildə 
150%  artıraraq  86700-ə  yüksəldilməsinin  zəruri  olduğuna 
inanır». İsraildəki 34800 rəqəmini, bütün İslam ölkələrin-
dəki  45000  rəqəmi  ilə  müqayisə  edin.  (Əhalinin  nisbəti 
1:200-dür.) 
 
«Ey ağıl sahibləri, ibrət alın». (59:2)   
 
Məqalə belə davam edir: «1960-cı illərdə Yeyl Uni-
versitetinin professoru Derek de Solla Prays müxtəlif ölkə-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə