Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə19/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   15   16   17   18   19   20   21   22   ...   92

Elm adamları elm haqqında 
 
- 62 - 
Son  fikir  olaraq,  müqəddəs  kitabımızdan  –  ki,  əsl 
mənası  anlaşıldıqda  Marmadyuk  Piktolun  ifadəsiylə,  «in-
sanı  gözyaşı  və  vəcdə  qərq  edən»  kitabdan  –  bir  ayəni 
nəzərinizə çatdırmaq istəyirəm. Bunu çox yaxşı bilirəm ki, 
Quran şəxsən mənim  elmdə hər zaman hiss etdiyim  əzəli 
hikmətdən danışır. 
«Əgər  yer  üzündəki  bütün  ağaclar  qələm, 
bütün dənizlər mürəkkəb olsa, sonra yeddi dəniz də 
buna  əlavə  olunsa,  yenə  Allahın  kəlamları  tükən-
məz; O, Əziz və Hakimdir». (31:27) 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
ELM və SƏNƏT 
 

 
Həyat, bioloji və emosional şərait 

 
Məlumat – Qayda – Uyarlıq 

 
Duyğu çalarlı fikir 

 
Fikir çalarlı duyğu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elm adamları elm haqqında 
 
- 64 - 
 
 
 
 
 
 (1927-1988) 
 
Professor Dr. Xudu Məmmədov 
Geologiya-mineralogiya elmləri doktoru ,  
AMEA-nın müxbir üzvü 
 
 
 
 
 
 
 
  
 
 


Elm və sənət   
 
- 65 - 
 
 
 
 
 
 
VətəndaĢ alim Xudu Məmmədov 
 
Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə na-
xışlar arasında, elmi və bədii yaradıcılıq arasında əlaqələ-
rin  böyük  tədqiqatçısı  Xudu  Surxay  oğlu  Məmmədov  14 
dekabr  1927-ci  ildə  Qarabağ  mahalında  Ağdamın  Mərzili 
kəndində ziyalı ailəsində anadan olmuşdur.

 
1946-cı  ildə  Ağdamda  orta  məktəbi  bitirən  Xudu 
Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-
coğrafiya  fakültəsinin  geologiya  şöbəsinə  daxil  olmuş, 
1951-ci  ildə  təhsilini  fərqlənmə  diplomu  ilə  başa  vurmuş 
və  müəllimi  Heydər  Əfəndiyevin  təkidi  ilə  Azərbaycan 
Elmlər Akademiyasının Kimya institutuna təyinat alır. Xu-
du  Məmmədov  daha  sonra  SSRİ  EA-nın  Kristalloqrafiya 
institutunun aspiranturasına daxil olur. Namizədlik disser-
tasiyasının  ilkin  mövzusu  borosilikat-aksinit  mineralının 
quruluşunun təyini olmuşdur. Amma quruluşu açmaq üçün 
eksperimental  materiallar  alınması  ərəfəsində  (1952-ci  il) 
yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər.  
İkinci dünya müharibəsindən sonra  İngiltərə Tikinti 
Nazirliyi nəzdində sement silikatlarının əsas tərkib hissəsi-
                                                 

  Xudu  Məmmədovun  həyat  və  yaradıcılığı  haqqında  məlumat 
onun yetişdirməsi prof. Məmməd Çıraqovun “Zirvə” kitabından götü-
rülmüşdür.  


Elm adamları elm haqqında 
 
- 66 - 
ni təşkil edən kalsium silikatlarının və hidrosilikatların qu-
ruluşunu  öyrənmək  məqsədi  ilə  görkəmli  alimlər  qrupu 
yaradılmışdı.  Qrupun  rəhbərliyi  həmin  vaxtdan  ömrünün 
sonuna qədər Dünya sülh şurasının sədri  olmuş, görkəmli 
fizik  və  kristalloqraf  Con  Bernala  tapşırılmışdır.  1953-cü 
ildə  Londonda keçirilən  III  Beynəlxalq  sement simpoziu-
mu  bu  qrupun  hesabatına  həsr  olunmuşdu.  Simpoziumda 
C.Bernal dünyada bu istiqamətdə görülən işləri ümumiləş-
dirərək  göstərmişdir  ki,  «sementin  bağlayıcılıq  və  bir  sıra 
başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə 
yalnız sement silikatlarınm quruluşu açıldıqdan  sonra  ya-
rana  bilər».  Con  Bernalın  simpoziumda  dediyi  bu  sözlər-
dən  sonra  dünyanın  bir  çox  qabaqcıl  laboratoriyaları  kal-
sium silikatların və hidrosilikatların quruluşunu açmaq is-
tiqamətində  tədqiqatlara  başlamışdı.  Dünyanın  görkəmli 
alimləri və dövrünün müasir cihazları ilə zəngin elmi-təd-
qiqat laboratoriyaları bu kristalın quruluşunu açmaq üçün 
sanki  yarışa  çıxmışdı.  Məhz  belə  bir  məqamda  Xudu 
Məmmədovun  elmi  rəhbəri  akademik  N.V.Belov  bu  «se-
ment  sehrinin»  açarı  olan  ksonotlit  –  Ca
6
Si
6
0
17
(OH)
2
 
mi-
neralının quruluşunu tədqiq etməyi çoxsaylı tələbələri ara-
sında gənc Xuduya həvalə etdi. 
Dünyanın bir sıra ölkələrində görkəmli alimlərin həll 
edə bilmədiyi problemləri qısa bir müddətdə Xudu Məm-
mədov həll etdi. Bu yenilik o dövrdə kristalloqrafiya sahə-
sində böyük qələbə və böyük elmi nailiyyət idi. 
1955-ci  ildə  X.Məmmədov  SSRİ  EA-nın  Kristallo-
qrafiya  institutunun  elmi  şurasında  «Kristalloqrafiya  və 
Kristallofizika» ixtisası üzrə  «Ksonotlit və vollastonit  mi-
nerallarının kristal quruluşu» mövzusunda müvəffəqiyyət-
lə namizədlik dissertasiyası müdafiə edir.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə