Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə17/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   13   14   15   16   17   18   19   20   ...   92

Elm adamları elm haqqında 
 
- 56 - 
kontraktlar üçün 400 milyard dollardan çox vəsait xərclən-
mişdir.  Bu  proyektlərə  zülallar  və  neft-kimya  məhsulları 
(160 milyard), nəqliyyat və dövlət xidmətləri (80 milyard), 
dəmir-polad, dərman preparatları, gübrə istehsalını da əha-
tə edən sənaye müəssisələri daxildi. 
Təəssüf ki, bu proyektlərin çoxu texnologiyadan kə-
nar  metodlarla  həyata  keçirildi.  Proyektlərin  həyata  keçi-
rilməsində, hələ  inkişaf  etməkdə  olan ərəb texniki heyəti-
nin iştirakı olmadı, bu potensialdan istifadə edilmədi. Bu-
nun səbəblərindən biri  proyektlərin parçalanmış, hissələrə 
bölünmüş olmasıydı. Belə ki, Zahlana görə, 1976-cı ilə qə-
dər  neft-kimya  sahəsində  həyata  keçirilən  584  layihə  83 
beynəlxalq firma tərəfindən planlaşdırılmışdı. Bu təcrübə-
dən sonra, ərəb dünyasında heç bir ərəb ölkəsinin bu pro-
yektlər üçün lazımi dizayn və konstruksiyanı təmin edəcək 
texniki  bazası,  bunları  yaxşılaşdıracaq  və  lazım  gəldikdə 
dəyişdirəcək infrastrukturası olmadı, indiyədək də yoxdur. 
Bunun  əksinə,  demək  olar  ki,  bütün  ərəb  millətləri 
qədər  əhalisi  olan  və  iyirmi  il  əvvəl  neft-kimya  sahəsinə 
girmiş  Yaponiyanı  ələ  alaq.  Yaponlar  əzəldən  bəri  belə 
qurğuları  ixrac  etməyin  yollarını  axtarırdılar  və  nəticədə 
son  iyirmi il  ərzində  hər üç  yapon qurğusundan  biri ixrac 
edildi. Yaponların kifayət qədər insan potensialından baş-
qa,  istəkləri  də  vardı.  Əgər  kifayət  qədər  texnologiya  ilə 
məşğul olan insan potensialı olmasaydı belə, bunları yetiş-
dirmək çox asan idi; çünki ölkədə onsuz da güclü bir elmi 
baza  mövcuddur.  Və  yüksək  elmi  səviyyələri  ilə  tanınan 
bu insanlar nə edəcəklərini çox yaxşı bilirdilər. 
Bu sahədə kökləri bir neçə əsr əvvələ gedən bir səh-
lənkarlıq nəticəsində necə geri qaldığımızı daha yaxşı başa 
düşmək  üçün,  o  vaxtlar  İstanbulda  İngilis  səfiri  olan  Uil-


Elm və din   
 
- 57 - 
yam Etonun 1800-cü ildəki  təəssüratlarını necə danışdığı-
na  fikir  verək:  «Bir  dəniz  səyahəti  və  maqnitin  istifadə 
edilməsi heç kimin ağlına gəlmir… Zehni genişləmənin və 
inkişafın böyük mənbəyi olan səyahət, tamamilə dinlərinin 
qəti əmrləri ilə və rəsmi vəzifəsi olmayan bir şəxsin əcnə-
bilərlə  münasibətini  xoş  qarşılamayan  bir  anlayışla  məh-
dudlaşdırılmışdır…  Buna  görə  də,  elmlə  məşğul  olan  bir 
kəsə rast gəlmək olmur… Top-tüfəng düzəltməklə məşğul 
olan ya da gəmi inşa edən yaxud buna bənzər bir iş görən 
sadə  emalatçıdan  başqa,  bir  ixtiraçı  çıxsa,  ona  qarşı  dəli 
bir adamdan bir az yaxşı davranardılar, vəssalam». Sözlə-
rini  müasir bir hökmlə  bitirir:  «Özlərinə  istifadəyə  yararlı 
və  qiymətli  mallar  gətirənlərlə  alış-verişi  xoşlayırlar,  an-
caq bunları istehsal etməyi sevmirlər». 
Bu gün belə, istehsalatda özümüzü təmin eləmək sə-
viyyəsinə  çatmaq  üçün  maraq  göstərməməyimizin  səbəbi 
nə  olmuşdur?  Bir  neçə  İslam  ölkəsindən  başqa  –  İndone-
ziya kimi – bu problemin həlli bütün ölkələr üçün eynidir: 
qərarverici  mövqedəki  şəxslər  texniki  mənşəli  şəxslər 
deyildir. Ölkələrimiz planlaşdırıcılar və idarəçilər üçün bir 
cənnətdir.  Ancaq  texniki  mənşəli  adamların  qərarların 
alınmasında payı  yoxdur. Məsələn, Pakistanda Planlaşdır-
ma  Komissiyasının  3  il  bundan  əvvələ  qədər  bir  elm  və 
texnologiya şöbəsi yox idi. Bundan başqa, İngilis-Hind in-
zibati  idarə  sistemindən  irəli  gələn  bir  ənənənin  təsiri  ilə, 
ən  azı  Pakistanda,  indiyədək  texniki  mənşəli  bir  nəfərin 
qərar  vermək  qabiliyyətinin  olmadığı,  verdiyi  qərarın 
uzaqgörən  olmayacağı  qəbul  edilir.  Deyəsən,  biz  Yaponi-
yada, Çində, Koreyada,  İsveçdə, Fransada, bir sözlə, sabit  
inkişaf edən bütün ölkələrdə elm adamları, texniki şəxslər 
və  dövlətin,  sənayenin  inkişafını  planlaşdıran  mütəxəssis-


Elm adamları elm haqqında 
 
- 58 - 
lər  arasındakı  mükəmməl  ahəngi,  müştərəkliyi  və  etibarı 
sanki hiss etmirik. 
Sənaye  və  elm  təməlinə  əsaslanan  texnologiya  ilə 
yanaşı,  kənd  təsərrüfatı,  səhiyyə,  biotexnologiya,  enerji 
sistemləri,  kommunikasiya  və  müdafiə  sistemlərində  elm 
üçün  geniş  tədqiqat  sahəsi  vardır. Bütün bu sahələrdə  və 
xüsusilə,  müdafiə  sahəsində  də  vəziyyət,  təəssüf  ki,  eyni-
dir.  Müdafiə  və  təhlükəsizlik  sahələrində  xaricdən  hazır 
satın almaya «bəli», müdafiə vasitələrinin istehsalı və tex-
nologiyasına isə «xeyr» deyirik. Bu vəziyyət qarşısında in-
san  istər-istəməz  ümidsizliyə  qapılır.  İbn  Haldunun  sərt 
ifadələriylə desək: «Yuxarı mövqedəkiləri hərəkətə gətirən 
faktor,  daha  yüksək  rifah  şərtlərini  axtarmalarıdır…  Əgər 
tamahkarlıq bir şəhərdə və ya millət içində yayılsa, o vaxt 
Allah  qəzəblənər…  və  Allahın  Qurandakı  sözlərinin  mə-
nası da budur: 
«Bir ölkəni məhv etmək istədikdə, onun ərkö-
yün  başçılarına  əmr  edərik.  Lakin  onlar  pis-pis 
işlər  törədərlər.  Beləcə,  hökm  vacib  olar  və  onu  
darmadağın edərik» (17:16). 
 
 
 
Son söz 
Niyə mən bu  cür istək və həvəslə elmlə məşğul  ol-
mağımızın vacibliyini qeyd edirəm? Bu sadəcə Allahın bi-
zə  bilmə  (öyrənmə)  ehtiyacını  və  haqqını  verdiyi  üçün 
deyildir.  Bu,  biliyin  günümüzün  şərtlərində  yalnızca  güc 
mənbəyi  olduğu  və  tətbiq  edildiyi  halda  elm  maddi  inki-
şafın əsas amili olduğu üçün də deyil. Beynəlxalq aləmin 
bir üzvü olaraq bu biliyi yaradanların bizə qarşı duyduğu - 
haqqında danışılmayan, əslində var olan – xor görmə duy-
ğusu aşkar hiss edilir.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə