Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə15/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   11   12   13   14   15   16   17   18   ...   92

Elm adamları elm haqqında 
 
- 50 - 
asan  bir  proyekt  olmayacağına  görə,  heç  olmasa,  müsəl-
man  OPEC  ölkələri  liberal  müstəvidə  öz  elmi  fondlarını 
qura bilərlər. Bu fondlar daha sonra müəyyən coğrafi böl-
gələrə yayılaraq, digər İslam ölkələrini də əhatə edə bilər-
lər.  
 
b) İslam dünyasında elmi vəqflər  
Elm,  ancaq müstəqil və istiqrarlı  maliyyə  mənbələri 
ilə  dəstəkləndiyi  təqdirdə  inkişaf  edər.  Cəmiyyətin  elmi 
dəstəkləməsi  üçün  mümkün  olduğu  qədər  müxtəlif  kanal-
lar axtarıb tapılmalıdır. Bu mənbə müxtəlifliyi, mənbələrin 
bir-birini  sığortalaması  (əvəz  etməsi)  baxımından  böyük 
əhəmiyyət kəsb edir. Bu da, bütün seçicilərə cazibədar gəl-
məyən yeni və sınaqdan çıxarılmamış fikirlərin qəbul edil-
məsi  nöqteyi-nəzərdən  əhəmiyyətlidir.  Digər  tərəfdən, 
müxtəlif mənbələrin hər biri bir və ya daha çox ixtisas sa-
həsində proyektlərin dəyərini təyin etmək imkanını artırır. 
Beləliklə,  çox  sayda  vəqf  olsa,  bunlardan  biri  kənd  tə-
sərrüfatı proyektləri, digəri energetika proyektləri, bir baş-
qası da elm adamlarının təkmilləşməsi üzrə ixtisaslaşa bi-
lər. 
1973-cü ildə bir İslam Elm Vəqfinin qurulması haq-
qında bir təbliğ yazdım. Layihə İslam Konfransı tərəfindən 
təsdiq  olundu  və  indi  bu  vəqf  hökumətlər  arası  bir  İslam 
agentliyi  kimi  qurulub.  Müsəlman  ölkələrinin  ixracatının 
indikindən  az  olduğu  bir  vaxtda  (iyul,  1973)  yazılan  bu 
təbliğ, hər il veriləcək 1 milyon dollarla vəqfin cəmi 1 mil-
yard dollar vəsaitə sahib olmasını təklif edirdi. Bu şəkildə, 
bütün  İslam  ölkələrini  əhatə  edəcək vəqf, illik gəlirləriylə 
ABŞ-dakı Ford Vəqfi qədər fonda sahib olacaqdı. 
Hal-hazırda,  yeni  qurulan  bir  İslam  Elm  Vəqfinə, 
başlanğıc  olaraq,  həm  kapital,  həm  də  cari  elmi  xərclər 


Elm və din   
 
- 51 - 
üçün 50 milyon dollarlıq bir gəlir təmin edilməsi planlaş-
dırılır.  Aydındır  ki,  bu,  böyük  ehtiyaclar  və  nəzərdə  tutu-
lan araşdırma sahələri üçün tələb olunandan çox-çox aşağı 
bir rəqəmdir. 
Elm  və  texnologiyada  qət  edəcəyimiz  məsafəni  aş-
maq  və  elmi  araşdırmalara  lazımi  vəsait  dəstəyini  təmin 
etmək  üçün  Körfəz  regionu  ölkələrinə  öz  elmi  vəqflərini 
qurmaqla yanaşı, – belə ki, Küveyt və Səudiyyə Ərəbistanı 
bu işə başlayıblar – araşdırma proyektlərini dəstəkləyən və 
bütün ərəb-İslam ölkələrinə açıq olan bir Körfəz Elm Vəq-
fi  qurmağı  məsləhət  görərdim.  Bu  layihə  təsis  edilən  və-
saitin  beynəlxalq  miqyasdakı  ölçüsü  ÜMM-un  1-2%-dir. 
Mən  də  eyni  ölçünün  qəbul  edilməsini,  məsələn,  ixracat 
gəlirlərinin 1-2%-i ilə ildə 300-400 milyon dollar gəlir tə-
sis  edilməsini  təklif  edirəm.  Buna,  qarşılıqsız  köməklərə 
əsaslanan bir sistemdən əldə edilən vəsaitlər də əlavə edilə 
bilər.  Yuxarıda  qeyd  etdiyim  kimi,  İslam  Elm  Vəqfi  və 
Körfəz  Elm  Vəqfi  hər  biri  geniş  ixtisas  sahələrində,  mə-
sələn,  biri  biologiya  və  kənd  təsərrüfatında,  digəri  isə  fi-
zika  elmlərində  imkanlarını  cəmləyə  bilər.  Hər  halda, 
ərəb-islam dünyasının elmi fondlara kəskin ehtiyacı var və 
hər iki vəqfin vəsaitləri birləşdirilsə də kifayət etməz.  
 
 
İslam Elm Vəqfi 
1. Bu,  İslam ölkələri tərəfindən elm və texnologiya-
nın  yüksək  səviyyədə  inkişaf  etdirilməsi  məqsədilə  bir 
vəqf  qurmaq  təklifidir.  İslam  Konfransı  ilə  əlaqəli  calışa-
caq olan vəqf müsəlman ölkələri tərəfindən himayə  edilə-
cək və bu ölkələrdə 1 milyard dollarlıq kapital ilə və 60-70 
milyon  dollar  həcmində  illik  gəlirlə  fəaliyyət  göstərəcək-
dir. Vəqf, siyasətdən kənar, tamamilə elmi bir quruluş ola-


Elm adamları elm haqqında 
 
- 52 - 
caq, İslam dünyasının qabaqcıl elm və texnologiya xadim-
ləri tərəfindən idarə ediləcək. 
Yaxın Şərqdə, Uzaq Şərqdə və Afrikada heç bir mü-
səlman  ölkə  beynəlxalq  keyfiyyət  standartlarına  çatmaq 
üçün lazımi elm və texnologiya infrastrukturuna sahib de-
yil.  Bunun  ən  başlıca  səbəbi,  son  zamanlarda  hökumətin 
və  cəmiyyətin  belə  bir  infrastrukturanı  yaratma  sahəsində 
göstərdiyi biganəlikdir. Beynəlxalq standartlar nöqteyi-nə-
zərindən  İslam  dünyasında gəlinən səviyyə  müasir bir cə-
miyyət  üçün  gözlənilənin  onda  biridir.  (İnkişaf  etmiş  öl-
kələrdə  iqtisadi  baxımdan  fəal  iş  qüvvəsinin  0.3%-i 
ÜMM-un  1%-nin  xərcləndiyi  elm,  tibb  və  texnologiya 
sahələrində işləyir). 
Kifayət  qədər  vəsait  təsis  olunmuş  bir  İslam  Elm 
Vəqfinin iki məqsədlə qurulması təklif olunur: yüksək sə-
viyyədə elmi kadrlar yetişdirmək və elmi quruluşlar təşkil 
etmək. Bu məqsədlərə nail olmaq üçün
(a)  vəqf  elm  adamı  potensialı  olmayan  elm  sahələ-
rində yeni elmi cəmiyyətlər təşkil edəcəkdir. Mövcud elmi 
cəmiyyətləri isə daha da gücləndirəcəkdir. Bu, təcili olaraq 
və sistematik bir şəkildə həyata keçiriləcəkdir. 
(b) vəqf müsəlman ölkə xalqlarının ehtiyaclarına uy-
ğun  olaraq  istər  nəzəri,  istərsə  də  tətbiqi  elm  sahələrində 
beynəlxalq səviyyədə elmi araşdırmaların aparılması üçün 
elmi  quruluşların  yaradılmasına  və  bunların  gücləndiril-
məsinə kömək edəcəkdir. 
Vəqfin işləri, əsasən, elmlərin beynəlxalq standartlar 
səviyyəsinə  yüksəldilməsinə  yönəldiləcək.  Vəqfin  ilk  ça-
lışma mərhələlərində yuxarıda qeyd olunan iki məqsəddən 
yüksək  səviyyədə  elmi  kadrların  hazırlanmasına  üstünlük 
veriləcək. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə