Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə12/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   8   9   10   11   12   13   14   15   ...   92

Elm və din   
 
- 41 - 
lərin  elmdə  insan  potensialını  ölçmək  üçün  qabaqcıl  elmi 
jurnallarda  məqalələri  dərc  olunan  tədqiqatçıların  ümumi 
sayına  əsaslanan bir metod işləyib  hazırladı və bu ölkədə 
(İsraildə) əhalisi  və ümummilli gəliriylə müqayisədə nor-
maldan beş qat daha çox elm adamının olduğunu müəyyən 
etdi. Prays vəziyyətin bu gün də dəyişmədiyini və ölkənin 
çox  sayda  təhsilli  insan  ehtiyatına  sahib  olduğunu,  elm 
adamları  və  texniki  işçiləriylə  neft  və  faydalı  qazıntılar 
kimi çatışmazlıqları kompensasiya edə bilmək qabiliyyəti-
ni  çoxdan  ötüb  keçmiş  bu  ölkənin  fəxr  etmək  üçün  çox 
səbəbi olduğunu qeyd etməkdə təkid edir». 
 
 
İslamda elmlərin renessansı 
Tarix səhifələrini vərəqləyib, görəsən, təzədən elmdə 
liderliyə nail ola bilərikmi? Burada bir şeyi ifadə etmək is-
tərdim ki, bir bütün olaraq hamımız, xüsusilə də gəncləri-
miz,  bunu  özlərinə  məqsəd  kimi  qarşıya  qoymalıdırlar. 
Təki  biz,  fikir  inanclarımızdan  qopmayaq  və  İslamın  ilk 
dövrlərindəki  həyatımızı  yaddan  çıxarmayaq.  Ancaq  bu-
nun renessansa gedən kəsmə yol olmadığını da unutmama-
lıyıq.  Bugünkü  şərtlər  daxilində,  bu  yola  qədəm  qoymuş 
hər  hansı  bir  ölkənin  gəncliyi  həvəsləndirilməli  və  millət 
də  arzulu  bir  fədakarlıqla  özünü  bu  işə  həsr  etməli,  insan 
potensialımızın yarıdan çoxuna müsbət elmlər tədris etmə-
li, fundamental və tətbiqi elmlər sahəsindəki araşdırma və 
tədqiqat işləri ÜMM-un 1-2%-i ayrılaraq dəstəklənməli və 
bunun da ən az dörddə biri fundamental elmlərə ayrılmalı-
dır. 
Yaponiyada  bu,  Meiji  inqilabında  İmperatorun  bili-
yin  harada  olursa-olsun,  tapılıb  əldə  ediləcəyi  barədə  and 
içməsi ilə həyata keçirilmişdir. Sovet İttifaqında isə buna, 


Elm adamları elm haqqında 
 
- 42 - 
Pyotr  tərəfindən  qurulmuş  Sovet  Elmlər  Akademiyasında 
üzvlərin sayını artırmaqla və bütün elm sahələrində aparıcı 
olmaq  arzusuyla  nail  olunmuşdur.  Bu  gün  bu  akademiya 
xalqın qibtə etdiyi prioritetlərə və imtiyazlara sahib, yarım 
milyon elm adamı ilə özünü idarə edən bir cəmiyyətə çev-
rilib. Akademiyanın üzvü Malçevə görə bu, 1945-ci ildə - 
sovet iqtisadiyyatının müharibə xərcləri ilə darmadağın ol-
duğu bir dövrdə reallaşdı. O vaxt Stalin elmə üstünlük ver-
mək qərarına gəlir. Heç kimsəylə məsləhətləşmədən Sovet 
Elmlər  Akademiyası  ilə  əlaqədar  bütün  elm  adamlarının 
və texniki işçilərin maaşını 300% məbləğində artırır. Dina-
mik  gənc  kişi  və  qadınlar  elmi  işçi  vəzifəsinə  dəvət 
olunurlar. 
Buna  oxşar  bir  hadisə  də,  indi  planlı  bir  şəkildə  və 
çox yüksək sürətlə Çin Xalq Respublikasında baş verir. Bu 
sürətlə, XX  əsrin sonuna qədər fəza elmlərində,  genetika-
da,  mikroelektronikada,  yüksək  enerji  fizikasında  və  ter-
monüvə enerji mənbələrində İngiltərəni ötüb keçməyi qar-
şısına  məqsəd  qoyublar.  Çinlilər  bütün  fundamental  elm-
lərin vacib olduğunu, bugünkü aparıcı elm sahələrinin gə-
ləcəkdə  özünə  tətbiq  sahəsi  tapacağını  çox  yaxşı  bilirlər. 
Bu  arada,  İslam  millətlərinin  ÜMM-un  Çininkindən  çox 
olduğunu və insan potensialının da heç də ondan aşağı ol-
madığını yada salaq. Və Çin bizdən bir neçə onillik müd-
dətdən  çox  qabaqda  deyil.  Biz  də,  heç  olmasa,  Çinlə  rə-
qabət edərək hədəfimizi müəyyənləşdirə bilmərikmi?  
Sözü gedən cəmiyyətlər «yapon»  ya da  «çin»  və  ya 
«hind»  elmi  kimi  müxtəlif  şüarlarla  təhrif  olunmayıblar. 
Baxmayaraq ki, araşdırma və tədqiqat sahələrinin seçilmə-
sində  prioritetlər  cəmiyyətdən  cəmiyyətə  dəyişir,  elmin 
qanunları,  ənənələri  və  üsulları  universal  olaraq  qalır.  Bu 
ölkələr  «qərb»  elmini  və  texnologiyasını  mənimsəməklə 


Elm və din   
 
- 43 - 
öz  mədəni  dəyərləri  məhv  olacaq  qorxusuna  qapılmırlar. 
Öz adət-ənənələrinə «zəif» deyib təhqir etmirlər.  
Daha əvvəl elmlərin himayə altına alınmasından da-
nışmışdıq.  Bunun  bir  tərəfi  də,  bir  elm  adamının  özünü 
elmi  işlərə  həsr  etməsinin  təminat  (zəmanət)  altında  ol-
ması və bunun davam etdirilməsi məsələsidir. Bu gün bir 
ərəb və ya müsəlman elm adamı və texniki işçisi – ki, Zah-
lanın hesablamalarına görə bu cür otuz mindən çox adam 
var – əgər lazımlı xüsusiyyətlərə sahibdirsə, ABŞ-da və ya 
İngiltərədə həyatı boyunca kifayətedici məbləğdə bir gəlir-
dən arxayın ola bilər. Bu şəxs, təkmilləşmək və inkişaf et-
mək  üçün  etibara,  bərabər  hüquqlara  sahib  olar.  Belə  bir 
şeyin  bizim  cəmiyyətdə  mövcud  olub-olmadığını  öz-özü-
müzə  soruşmalıyıq.  Sırf  hökumətimizin  müxalif  olduğu 
bir ölkədən gəldiyi üçün elm adamlarına qarşı fərq qoyub-
qoymadığımızı,  hətta  vəzifələrindən  azad  edib-etmədiyi-
mizi özümüzə sual verməliyik. 
ABŞ-ın  elmlərdə  uzun  müddətdir  davam  etdirdiyi 
irəliləyişi,  müharibə  illəri  ərəfəsində  Avropadan  qaçmağa 
məcbur  olan  elm  adamlarını  çox  yaxşı  qarşılayaraq  əldə 
etdiyi  danılmaz  bir  həqiqətdir.  «Lakin  bu  qarşılama  səthi 
deyildi. Bu elm adamlarına vətəndaşlıq haqqı verildi.  «İş-
güzar səfərləri» qurtardıqdan sonra dərhal ölkələrinə qayıt-
malarından söhbət getmirdi. Beləcə, bu elm adamları ingi-
liscə öyrəndilər. ABŞ-da ailə qurub, uşaqlarını burada bö-
yütdülər. Hər kəsin bildiyi məşhur bir Enriko Fermi əhva-
latı vardır: Fermi 1938-ci ilin dekabr ayında aldığı Nobel 
mükafatı ilə özünün və ailəsinin yol pulunu ödəyərək, hə-
min mərasimdən sonra ABŞ-a getmişdi. Fermi ABŞ-da ilk 
atom reaktorunu qurma tapşırığını alanda hələ köçkün sta-
tusu üçün lazımi rəsmi proseduraların başa çatmasını göz-
ləyirdi. Yuxarı instansiyalar bu proseduraları, Aksis Təşki-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə