Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə10/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   6   7   8   9   10   11   12   13   ...   92

Elm və din   
 
- 35 - 
tündə  bir  elektron  var  və  eyni  zamanda  elektron  yerində 
durur»  şəklində  bir  hökm  verə  bilməyəcəyini  irəli  sürür. 
Elektronun harada olduğunu tapmaq üçün təcrübələr apar-
maq  olar,  ancaq  bu  təcrübələr  eyni  anda  elektronun  hərə-
kətdə  olub-olmadığını  və  hansı  sürətlə  hərəkət  etdiyini 
tapma ehtimalını da, fürsətini də ortadan qaldırır. Digər tə-
rəfdən, biliklərimizdə bir də daxili məhdudiyyət vardır ki, 
bu  da  «əşyanın  təbiətindən»  irəli  gəlir.  Əgər  Heyzenberq 
orta əsrlərdə doğulsaydı, başına nə gələcəyini fikirləşəndə 
tüklərim ürpənir. 
Hər  zaman  olduğu  kimi,  mübahisələr  davam  etdi; 
ancaq  XX  əsrin  fizika  komitələri  arasında  Heyzenberqin 
bilinən  bütün  təcrübələrlə  təsdiq  edilmiş  bu  inqilabçı  dü-
şüncəsi  bütün  fiziklər  tərəfindən  qəbul  edilmədi.  Dövrü-
nün qabaqcıl fiziki Eynşteyn həyatının son illərini sadəcə 
Heyzenberqin  düşüncəsində  səhvlər  tapmağa  çalışmaqla 
keçirdi. Düzü, axtardığı təcrübi sübutu tapa bilmədi, ancaq 
belə bir təcrübənin fərqli bir nəzəri sistem içində ortaya çı-
xa biləcəyi ümidi doğdu. Belə bir sistem də hələ tapılmadı, 
amma heç kim – ən azı heç bir fizik - hekayənin axırı ol-
duğunu söyləyə bilməz. 
 
 
İman və elm 
Lakin müasir elm, həqiqətən də, metafiziki düşüncə-
lərlə bir toqquşma içindədirmi? Yenə də bu problem - əgər 
varsa – İslama yad deyildir. Bu, ümumi mənada götürəndə 
elm  və  iman  problemidir.  Elm  və  iman,  heç  olmasa, 
«ahəngli  bir  bütün»  içində  birlikdə  yaşaya  bilərlərmi? 
Gəlin  müasir  elm  düşüncəsindən  bəzi  nümunələrə  nəzər 
salaq. 


Elm adamları elm haqqında 
 
- 36 - 
Çəkəcəyim  ilk  misal  heçlikdən  yaradılış  ilə  əlaqə-
dardır.  Bu  gün  sayları  getdikcə  artan  bir  çox  kosmoloq, 
kainatdakı  maddə  və  enerji  sıxlığının  kainatın  kütləsinin 
tam  olaraq  sıfıra  bərabər  olduğunu  göstərdiyinə  inanır. 
Əgər  kainatın  kütləsi  həqiqətən  sıfırdırsa  –  ki  bu,  təcrü-
bəylə təyin oluna bilən bir qiymətdir – kainat vakuum və-
ziyyətində  kütləsizlik  xüsusiyyətini  daşıyır  deməkdir.  On 
il əvvəl aparılan bir hesablama da kainatı bir vakuumdan, 
məkan  və  zamanda  heçlik  vəziyyətindən  yaradılmış  olan 
bir kvant dalğalanması kimi ələ almışdı (ex nihilo). Fizika-
nı metafizikadan ayıran şey, bu fikrin fizika anlayışına uy-
ğun olub-olmadığını, kainatdakı maddə sıxlığını təcrübəy-
lə  ölçərək  bilməyimizdir.  Əgər  uyğun  deyilsə,  o  fikri  hə-
mən tərk edərik. 
Çəkəcəyim  ikinci  misal,  bizim  təbiətin  əsas  qüvvə-
lərindən ikisini – elektrik və zəif atom qüvvəsi – birləşdir-
mə və tərif vermə uğurumuzun arxasınca gələn həyəcanla 
əlaqədardır. İndilərdə kosmik zamanın on – və ya nəzəriy-
yənin  bir  başqa  variantında  on  bir  –  ölçüyə  sahib  olduğu 
ehtimalı  üzərində  fikirləşirik.  Bu  çərçivə  daxilində  zəif 
elektronu  və  qüvvəsini  digər  iki  əsas  qüvvə  –  qravitasiya 
və güclü elektronüvə qüvvəsi – ilə birləşdirməyə ümid edi-
rik.  Bu  on  ölçüdən  dördü  bildiyimiz  kosmik  zamana  aid-
dir.  Eynşteynin  fikirlərinə  görə,  bu  dörd  kosmik  zamanın 
ölçüsünün  əyriliyi  mövcud  kainatımızın  böyüklüyünü  və 
ömrünü  təyin  edəcəkdir.  Geriyə  qalan  altı  ölçünün  əyrili-
yinin  isə  son  zamanlarda  elektrik  və  nüvə  yükləri  verdiyi 
irəli sürüldü. 
Lakin  bu  əlavə  ölçüləri  niyə  birbaşa  qavraya  bilmi-
rik? Niyə yalnız elektrik və nüvə yüklərinin köməyi ilə ba-
şa düşürük? Dörd kosmik zaman ölçüsü və mövcud düşün-
cəmizə görə 10
-33
 sm-dən çox böyük olmayan daxili ölçü-


Elm və din   
 
- 37 - 
lər arasındakı fərqin səbəbi nədir? 
Hal-hazırda  bunu  daxili  qərarlılıq  prinsipi  ilə  izah 
edirik. Əlavə ölçülərin sayı yalnız və yalnız altı, və ya nə-
zəriyyənin digər variantında olduğu kimi ən çox yeddidir-
sə,  nəzəriyyəmiz  işləyir  deməkdir.  Bununla  yanaşı,  qalıq-
lar halında bəzi çox incə fiziki nəticələr də əldə ediləcək – 
məsələn, son illərdə kəşf edilən, bütün kainatı dolduran və 
kainat  yaradılışının  ilk  mərhələlərinin  bir  qalığı  olduğuna 
inandığımız 3 dərəcəlik qara cisim radiasiyası kimi bu qa-
lıqları  araşdıracağıq.  Əgər  dəlil  tapmasaq,  fikrimizi  tərk 
edəcəyik.  
Heçlikdən  yaradılış,  əlavə  ölçülər  kimi  qədim  dövr-
lərin  metafizik  məşğuliyyətlərindən  fərqli  olmayan  möv-
zular, XX əsr fizikasının qəribə mövzularıdır. Ancaq söh-
bət elmdən gedirsə, fikri sistemlərin özünəməxsus təbiəti - 
hər mərhələdə təcrübi təsdiqlər axtarışı və daxili qərarlılıq 
prinsipinə bağlılıq - nəzərə çarpır. 
Qafil şəxs üçün daxili qərarlılıq bir ululuğun lüzum-
suzluğunu ifadə edər. 
«Allah kimi doğru  yoldan sapdırırsa, ona yol göstə-
rən olmaz». (7:186) 
İnanan üçün isə, yaradanın dizaynının bir hissəsidir. 
Bu  dizaynın  nüfuz  etdiyi  yerlərdəki  dərinliyə  bir  işarədir 
və  sadəcə  inanan  şəxsin  bu  dizaynın  gözəlliyi  qarşısında 
heyranlığını  artırır.  Hayns  Pagels  zəmanəmizin  ən  böyük 
fiziklərindən, bəlkə də, yaşayan ən böyük fizik olan Feyn-
man haqqındakı əhvalatı belə danışır: «Feynman hissiyat-
lardan  təcrid  edilmiş  bir  təcrübə  tənəkəsinin  içinə  girmiş, 
orada ekzosomatik (bədən xarici) bir təcrübə aparmış, özü-
nün  «bədənindən  kənara  çıxdığını»  və  bədənini  öz  qarşı-
sında  yatarkən  gördüyünü  hiss  etmişdi.  Bu  təcrübəsinin 
doğruluğunu sınamaq üçün Feynman qolunu hərəkət etdir-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə