Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə6/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   2   3   4   5   6   7   8   9   ...   92

Elm adamları elm haqqında 
 
- 22 - 
qayıdanda o düşünürdü ki, burada tədqiqat mərkəzi (mək-
təbi)  yaradacaq,  lakin  tezliklə  aydın  oldu  ki,  bu  mümkün 
deyil. Nəzəri fizika üzrə tədqiqatlarını aparmaq üçün onun 
xaricə  getməkdən  başqa  çarəsi  qalmır.  İnkişaf  etməkdə 
olan ölkələrdə yaşayan çoxlu sayda gənc istedadlı nəzəriy-
yəçi  fiziklərin  potensialını  realizə  etmək  üçün  Əbdüs-
Səlam bütün ömrü boyu çalışmış, böyük təşkilati işlər gör-
müşdür. Onun Triestdə yaratdığı  Nəzəri Fizika üzrə Bey-
nəlxalq Mərkəz (ICTP – International Centre for Theoreti-
cal Physics) istedadlı gənc fiziklərin öz tətillərini görkəmli 
alimlərin iştirakı ilə elmin ön cəbhəsində aparılan araşdır-
malarla  dolu  mühitdə  keçirmək  imkanı  verirdi.  1954-cü 
ildə Səlam doğma vətənini tərk edərək Kembricə mühazi-
rələr vermək üçün gedir. Lakin o, elm siyasəti üzrə müşa-
vir  kimi  vaxtaşırı  Pakistana  da  baş  çəkir.  Onun  Pakistan 
üçün  gördüyü  işlər  çox  dəyərli,  perspektiv  və  əhatəli  ol-
muşdu. Əbdüs-Səlam Pakistanda 1961-1974-cü illər ərzin-
də Prezidentin Elm üzrə Baş məsləhətçisi olmuşdur. 
O,  1957-ci  ildən  Londondakı  İmperial  Kollecinin 
Nəzəri fizika kafedrasının professoru və 1964-cü ildən ey-
ni  zamanda Triestdəki  ICTP-nin  direktoru vəzifəsində ça-
lışmışdır. 40 ildən artıq bir dövrdə o, elementar zərrəciklər 
fizikasının  nəzəri  problemləri  üzrə  intensiv  tədqiqatlar 
aparmışdır.  Əbdüs-Səlam bu sahələrdə ya ilk işlər görmüş 
ya  da  öz  böyük  ideyaları  ilə  bir  çox  əhəmiyyətli  araşdır-
maların inkişafı üçün münbit mühit yaratmışdır. 
Ömrünün son otuz ilində öz yüksək akademik repu-
tasiyasından istifadə edərək bir çox beynəlxalq elmi arena-
larda aktiv və təsirli fəaliyyət göstərmişdir. İnkişafda olan 
ölkələrdə elm və texnologiyanın gəlişməsi ilə bağlı Birləş-
miş  Millətlər  Təşkilatının  bir  çox  komissiyalarının  işinə 
dəstək  olmuşdur.  Professor  Əbdüs-Səlam  boynuna  götür-


Elm və din   
 
- 23 - 
düyü bu qədər işlərin öhdəsindən gəlmək üçün bayramları, 
istirahət günlərini, əyləncə və şadyanalıq məclislərini qur-
ban  verirdi.  Belə  bir  şəraitlə  üzləşən  ICTP-in  işçiləri  nor-
madan artıq işlədiklərindən şikayət etmirdilər.  
O,  ICTP-nin  rəhbəri  qismində  bu  Mərkəzin  əsas 
məqsədinin  –  inkişaf  edən  ölkələrin  ehtiyaclarına  xüsusi 
diqqət  yetirməklə  bərabər  nəzəri  fizikanın  mühüm  prob-
lemlərinin tədqiqi və təlimini unutmurdu.  
Atom  Sülh  üçün  medalından  və  mükafatından  əldə 
edilən  gəlirləri  Əbdüs-Səlam  gənc  pakistanlı  fiziklərin 
ICTP-yə  gəlmələrini  təmin  etmək  üçün  fondun  təşkilinə 
sərf etmişdi. Əbdüs-Səlam 1979-cu ildə aldığı Nobel Mü-
kafatının öz payına düşən hissəsindən bir penni belə özünə 
və  ya ailəsinə  xərcləməmiş,  bütün  pulları inkişaf edən öl-
kələrdən  olan  fiziklərin  ehtiyaclarının  ödənilməsinə  sərf 
etmişdi. 
Məlumdur ki, Əbdüs-Səlam İslama sadiq olan adam 
olmuş və din onun həyatında sadəcə bir guşədə yer tutma-
mışdı; onun işi də, ailə həyatı da dini inam ilə bir vəhdət 
təşkil edirdi.  
1959-cu ildə, 33 yaşında, Əbdüs-Səlam Kral Cəmiy-
yətinə  (Fellow  of  the  Royal  Society)  üzv  seçilən  ən  gənc 
alim olmuşdur.  
1960-cı  illərin  əvvəllərindən  Əbdüs-Səlam  Pakista-
nın Atom Tədqiqatları Agentliyinin – Atom Enerji Komis-
siyasının  (PAEC)  yaradılması  uğrunda  böyük  işlər  gör-
müşdür.  O,  həmçinin,  Pakistanın  prezidenti  Əyyub  xanı 
inandıra bilmişdi ki, ölkədə milli aerokosmik agentlik ya-
ratmaq lazımdır və 16 sentyabr 1961-ci il tarixli sərəncam 
ilə  Kosmik  və  Yuxarı  atmosfer  Tədqiqatlar  Komissiyası 
(SUPARCO)  yaradılmışdır.  O,  bu  Komissiyanın  ilk  sədri 
təyin edilmişdir.  


Elm adamları elm haqqında 
 
- 24 - 
Əbdüs-Səlam  Pakistan  alimlərinin  və  mühəndisləri-
nin həm nəzəri, həm də tətbiqi nüvə tədqiqatları üzrə püx-
tələşməsində böyük rol oynamışdır. O, həmçinin, kənd tə-
sərrüfatının aktual problemləri, torpaqların şoranlıqdan qo-
runması  və  bataqlıqların  qarşısının  alınması  sahəsində  də 
işlərin aparılmasına dəstək vermişdir. 
Onun  nüfuzu  və  səyləri  nəticəsində  Pakistan  prezi-
denti Əyyub xan Kəraçi şəhəri yaxınlığında Nüvə energe-
tik stansiyasının tikilməsinə şəxsən razılıq vermişdi, çünki 
o  dövrdə  Pakistan  hökuməti  bunun  əleyhinə  idi.    Bundan 
əlavə  Pakistanda  Qabaqcıl  elm  üzrə  beş  müasir  kollecin 
yaranmasında  və  ölkədə  elmin  davamlı  inkişafında  Səla-
mın  böyük  rolu  olmuşdur.  Əbdüs-Səlamın  möhkəm  ina-
mına görə  “elmi  düşüncə bütün  insanlığın irsidir” və ona 
görə  də  inkişafda  olan  millətlər  gərək  özləri  öz  qayğısına 
qalalar və öz elmlərinə “investisiya” qoyaraq, inkişafı sür-
ətləndirələr  və  bununla  da  Qlobal  Cənubla  Qlobal  Şimal 
arasında ayırıcı zolağı  azaldaraq sülhə söykənən dünyaya 
öz töhfəsini verələr. Səlam həmçinin Üçüncü Dünya Elm-
lər  Akademiyasını  (Third  World  Academy  of  Sciences 
(TWAS))  təsis  etmiş  və  elmin,  texnikanın  inkişafına  yö-
nəlmiş  bir  çox  beynəlxalq  mərkəzlərin  yaradılmasında 
aparıcı simalardan biri olmuşdur.   
Bir faktı da qeyd etmək lazımdır ki, Əbdüs-Səlamın 
köməyi ilə 500-ə yaxın pakistanlı fizik, riyaziyyatçı və di-
gər elm adamları doktorluq dərəcəsini almaq üçün Birləş-
miş Krallığın və ABŞ-in ən nüfuzlu institutlarında işləmək 
və təhsilini artırmaq imkanı əldə etmişdir. 
1964-cü ildə Əbdüs-Səlam İtaliyanın şimali-şərqində 
yerləşən  Triest  şəhərində  Nəzəri  fizika  üzrə  Beynəlxalq 
Mərkəzin əsasını qoyur. O, 1964-cü ildən 1993-cü ilin de-
kabrına  qədər  bu  Mərkəzin  direktoru  olub.  Bundan  sonra 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə