Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə4/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   2   3   4   5   6   7   8   9   ...   92

Giriş əvəziElm və onun sükanı   
 
- 13 - 
Əksər  elmi-tədqiqat  institutlarında  və  xüsusən  ali  məktəb 
kafedralarında plan üzrə görülən illik elmi iş dedikdə ma-
kinada səliqə ilə çap edilmiş müəyyən həcmli (yenə də kə-
miyyət  meyar  kimi  çıxış  edir)  yazı  nəzərdə  tutulur.  Onun 
elmi  dəyərini  isbat  etmək  üçün  istənilən  iki  nəfərdən  rəy 
almaq  kifayətdir.  Nəticədə  hamı  bir-birinin  işinə  gözəl 
rəylər yazır və «tədqiqat işləri» müəllimin çalışdığı şöbədə 
və ya kafedrada «müzakirə olunur». Rəqabət prinsipi işlə-
məyən  yerdə  heç  kim  öz  yoldaşına  qarşı  «bədxahlıq»  et-
mək niyyətinə  düşmür. Əgər tək-tək istisnalar varsa, bun-
lar  da  elmi  prinsipiallıqdan  yox,  şəxsi  münasibətdən  do-
ğur. Çünki elmi rəqabət mühiti və dəqiq elmi meyarlar ol-
mayanda  dəyərsiz  «tədqiqatları»  tərifləmək,  həqiqi  elmi 
sanbalı olan tədqiqatları isə «alt-üst» etmək mümkündür. 
Ali  məktəbdə  çalışan  yüksək  ixtisaslı  elmi  kadrlar 
elmi tədqiqat işi üçün lazımi şərait əldə edə bilmirlər. Ali 
məktəblərin  elmi  tədqiqat  bölmələrində  əsasən  tədris  fəa-
liyyətinə  cəlb  olunmamış,  bu  və  ya  digər  səbəbdən  müəl-
lim  kimi  ixtisara  düşmüş  və  ya  "ehtiyat  qüvvəyə"  daxil 
olan adamlar çalışırlar ki, bu da ən böyük elmi potensiala 
malik olan professor-müəllim heyətinin  yenə  də  fəal  elmi 
tədqiqatdan kənarda qaldığına dəlalət edir. Nəticədə nəinki 
professor-müəllim  heyətinin  elmi  tədqiqat  imkanları  real-
laşmır, həm də bu imkanları tədricən itirməklə onlar yara-
dıcı müəllim kimi də çox şey itirmiş olurlar.  
Ali məktəbdə müəllimdən həm də alimlik tələb olu-
nur və bu cəhət harada isə tədris mühitindən kənarda, baş-
qa  şəraitdə  və  başqa  bir  sistemin  (elm  sistemi)  daxilində 
yox,  həm  də    tədris  prosesində  nümayiş  etdirilməli,  daha 
doğrusu, elmi tədqiqatla tədris işi əlaqələndirilməlidir. Bu, 
xüsusən universitet təhsilini şərtləndirən ən ciddi tələblər-
dən biridir və qabaqcıl universitetlər öz işini məhz bu isti-


Elm adamları elm haqqında 
 
- 14 - 
qamətdə  yenidən  qurmağa  çalışırlar.  İnkişaf  etmiş  kapita-
list ölkələrində fundamental elmi tədqiqatların əsasən uni-
versitetlər  tərəfindən  həyata  keçirilməsi  heç  də  təsadüfi 
deyil.  Bu  baxımdan,  ABŞ-ın  təcrübəsi  xüsusi  diqqətə 
layiqdir.  Burada  ali  məktəblər  arasında  universitetlərin 
xüsusi  çəkisi  böyükdür  və  onlar  ən  müasir  tələblər  səviy-
yəsində elmi bazaya malik olduqlarından elmin tərəqqisin-
də  aparıcı  rol oynayırlar. ABŞ-ın  bütün  fundamental elmi 
tədqiqatlarının  60%-dən  çoxu  universitetlərin  payına 
düşür.  Ən  böyük  universitetlərin  (multiuniversitetlər)  tər-
kibində müasir avadanlıqla təchiz olunmuş bütöv tədqiqat 
mərkəzləri  və  elmi  tədqiqat  institutları  fəaliyyət  göstərir. 
Həmin  tədqiqat  müəssisələrinin  Akademiya  yox,  univer-
sitet  nəzdində  olmasının  üstün  cəhətlərindən  biri  yüksək 
ixtisaslı  alim-müəllimlərin  elmi  potensialından  səmərəli 
istifadə  olunmasıdır.  Digər  tərəfdən,  elmi  mərkəzə  tədqi-
qatçı  kimi  cəlb  olunmuş  adamlar,  əgər  xüsusi  qabiliy-
yətləri varsa, özlərini qabaqcıl müəllim kimi də göstərmək 
imkanı  əldə  edir.  Müəllimlik  və  alimlik  funksiyaları  ara-
sında qarşılıqlı keçid imkanı yaranır. Lakin, bizcə, bu cür 
təşkilati  strukturun  ən  böyük  üstünlüyü  doktorant  və 
tələbələrin  universitet  nəzdindəki  elmi  mərkəzlərin  baza-
sından  istifadə  etməsi  hələ  təhsil  dövründə  əsl  elmi 
tədqiqata cəlb oluna bilməsidir. Məhz bu sonuncu imkanın 
böyük  əhəmiyyətini  nəzərə  alaraq  ABŞ-da  son  vaxtlar 
xüsusi  tədqiqat  universitetlərinə  (multiuniversitet)  geniş 
yer  verilir.  Multiuniversitetlərdən  fərqli  olaraq,  elmi 
tədqiqat  müəssisələri  təhsil  müəssisəsinin  nəzdində  olur, 
onun  içərisində  əridilir,  yəni  təhsil  və  elmi  tədqiqat  eyni 
bir prosesə çevrilir. Burada oxuyan tələbələr artıq peşəkar 
elmi  işçidirlər  və  ən  aktual  problemlərin  həllində 


Giriş əvəziElm və onun sükanı   
 
- 15 - 
bilavasitə  iştirak  edirlər.  ABŞ-ın  bu  qabaqcıl  təcrübəsi, 
heç şübhəsiz, bizdə də nəzərə alınmalıdır. 
Elmi biliklər, elmin əsasları müasir dövrdə bütün fə-
aliyyət sahələrinin strukturuna daxildirsə, bəs onda elm di-
gər  fəaliyyət  sahələrindən  nə  ilə  fərqlənir?  Ümumiyyətlə 
elm  əməli  fəaliyyət  sahələrindən  ayrımı  mövcud  olma-
lıdır? 
Digər tərəfdən, bütün ali məktəblərdə elmin əsasları 
öyrədilirsə  və  gələcək  elm  adamları  da  məhz  bu  təhsil 
alanlar sırasından çıxmalıdırsa, elmin ictimai təşkilatlanma 
forması təhsil sahəsindən kənardamı olmalıdır?  
Bəzən bizimkilər ümumiyyətlə elmin, abstrakt elmin 
inkişafı  prosesində  bu  və  ya  digər  dərəcədə  iştirakları  ilə 
fəxr edirlər. Onlar ancaq müstəqil elm haqqında, yeni elmi 
biliklər  haqqında  düşünürlər.  Bəs  bizim  ixtiraçılar,  kon-
struktorlar və müasir elmi nailiyyətləri tətbiq etmək səviy-
yəsində olan mühəndislər harada və necə hazırlanır? Digər 
tərəfdən, elmin  menecmenti  sahəsində  də kadr hazırlığına 
böyük ehtiyac vardır.  
Elmin  yönləndirilməsi,  sükanın  kimin  əlində  olması 
olduqca vacib bir məsələdir. Hələ Füzuli dövründə bu mə-
sələ çox aktual idi. Böyük şairimiz belə deyirdi: «Elm pis 
adamların  əlində  hiyləgərlik  alətidir.  Amandır,  hiyləgər 
şəxslərə  bilik  öyrətmə.  Fəsad  əhlinə  elm  öyrətmək  xalqı 
qırmaq  üçün  cəlladın  əlinə  iti  qılınc  vermək  deməkdir». 
Lakin,  təəssüf  ki,  tarix  bu  hikmətə  əməl  etməmiş,  «fəsad 
əhli» elmə daha tez yiyələnmişdir. 
Məgər atom bombasını da, nüvə silahını da və onları 
daşımaq  üçün  yaxın,  orta  və  uzaq  məsafəli  raketləri  də 
alimlər  düzəltmədilərmi?  Ya,  ola  bilsin  ki,  bilavasitə  dü-
zəltmədilər; onda belə deyək: bütün müasir silahlar alimlə-
rin  kəşfinə  istinad  etməklə  ixtiraçılar,  konstruktorlar  və 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə