Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə14/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   10   11   12   13   14   15   16   17   ...   92

Elm və din   
 
- 47 - 
Bu nöqtədə hər hansı bir tərəddüd  yoxdur. Öz dedi-
yimizi  özümüz  başa  düşmürük.  Gördüyü  işlər  sayəsində 
müsəlmanların  etibar  və  şərəf  qazandığı  bir  insana  qarşı 
yazıçı davam edərək, keçmiş elmi ənənələrimizi yıxan ey-
ni tip tədric siyasətini müdafiə edir:  
«Qərbin siyasi hakimiyyətindən qaçmış ölkələr bunu 
tək tərəfli olaraq uyğun bir izolyasiya təlqini vasitəsilə hə-
yata keçirmişlər. Həm Rusiya, həm də Çində vəziyyət belə 
olmuşdur.  Əgər  komandan  Perri  Yaponiya  ilə  Amerika 
arasında  iqtisadi  münasibətlərin  başladılmasını  Yaponiya-
nın işğal  edilməsini təxirə salan bir şərt kimi irəli sürmə-
səydi, Yaponiyada da oxşar vəziyyət alınacaqdı… 
İslam ölkələri Qərbin həm elmini, həm də texnologi-
yasını  almaq  ehtiyacından  imtina  etmək  yoluyla,  özlərini 
təcrid edərək bir elm siyasəti işləyib hazırlamalıdırlar». 
«Hikmət möminin itik malıdır.» 
Söhbət  texnologiyadan  gedirsə,  tam  razılaşa  bilmə-
rəm.  Ancaq  elmlə  əlaqədar  danışanda,  bu  mənə,  dar  dü-
şüncəli ilahiyyatçılar tərəfindən dəlalətlə ittiham edilən əl-
Biruninin  namaz  vaxtlarını  təyin  etmək  üçün  kəşf  etdiyi 
bir alətdə Bizansın günəş təqvimini istifadə etməsini xatır-
ladır.  O  vaxtı  əl-Biruni  belə  cavab  vermişdi:  «Bizanslılar 
bəzən  yeməklərdə  çörək  də  yeyirlər.  İndi  siz  çörəyə  qarşı 
da dini bir qadağanmı gətirəcəksiniz?» 
 
 
 
İslam ölkələrində elmlərin dirçəlişi üçün lazımi addımlar 
Burada  İslam  ölkələrində  elmləri  dirçəltmək  üçün 
atılması şərt olan addımların qısa xülasəsini verəcəyik. Ən 
başda, elm (bilik) əldə etməyin heç də ucuz bir şey olma-


Elm adamları elm haqqında 
 
- 48 - 
dığını və əsrlərin gözardı etdiyi şeyləri bərpa etməyə çalış-
dığımızı yaddan çıxarmamalıyıq. 
a) Elm təhsili 
Müqəddəs  kitabımız  Qurani-Kərim  təfəkkürə  (yara-
dılış qanunlarının kəşfi və izahı) və mənimsəmə (texnolo-
giya  vasitəsilə  təbiətə  hökm  etmək)  böyük  əhəmiyyət  ve-
rir.  Bunu  və  müasir  həyatın  gerçəklərini  nəzərə  alsaq,  İs-
lam əhlinin ilk vəzifələrindən biri orta təhsildən universitet 
təhsilinə  qədər  elm  və  texnologiyaya  yiyələnməyə  üstün-
lük verməkdir. 
1980-ci  ildə  Dünya  Bankı  tərəfindən  nəşr  olunmuş 
və təhsil alanların əhalinin içində faizini göstərən statistik 
göstəricilərə baxsaq görərik ki,  İslam ölkələri nəinki inki-
şaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrin orta səviy-
yəsinə çatmaq üçün xeyli yol qət etməlidirlər.  
İslam ölkələrində təbiət elmləri və humanitar elmlər 
sahələrində  təhsil  alan  tələbələrin  sayı  haqqında  dəqiq  və 
etibarlı  mənbələr  olmadan  qəti  qərar  vermək  çətindir. 
Təəssüf  ki,  mənim  müşahidələrimə  görə,  humanitar  elm-
lərə nisbətən təbiət elmlərində vəziyyət daha acınacaqlıdır. 
İnkişaf  etmiş  ölkələrin  normalarına  əsasən,  orta  hesabla 
1/4  ilə  1/3  arasında dəyişən sayda təbiət  elmlərində  təhsil 
alan – üstəlik, çox aşağı səviyyədə – tələbəmiz var. İngil-
tərə  Universitet  Təqaüdləri  Komissiyasının  1984-cü  ildə 
çap  olunmuş  son  raportunda  humanitar  elmlərdə  oxuyan 
tələbələrin  təbiət  və  texniki  elmlərdə  oxuyan  tələbələrə 
nisbətinin  52:48  şəklində  olduğu  qeyd  edilmişdir.  Digər 
tərəfdən  isə,  Çin  və  Yaponiyada  bütün  elm  sahələri  məc-
buri olduğu halda, hətta SSRİ-də fiziklər və ya futbolçular 
yaxud  qadın  dərzilər  belə  ən  az  16  yaşına  qədər  fizika, 
kimya,  riyaziyyat  və  biologiya  öyrənməyə  məcbur  olduq-


Elm və din   
 
- 49 - 
ları  halda,  məsələn,  Pakistanın  təhsil  sistemində  belə  bir 
məcburiyyət yoxdur. 
Beləcə,  çox az sayda müsəlman dəqiq  elmləri öyrə-
nir. Bizim işimiz tələbələrimizi məktəbdə daha çox dəqiq 
və  texniki  elmləri  öyrənməyə  sövq  və  təşviq  etməkdən 
ibarət olmalıdır. 
Buna  nail  olmaq  üçün  məktəblərdə  dəqiq  elmlərin 
tədrisinə  daha  çox  üstünlük  verməliyik.  Yüksək  səviyyəli 
müəllimlərə  və  keyfiyyətli  tədris  ləvazimatlarına  ehtiyac 
var. Və bəlkə də ən əsası, gənc tələbələr (şagirdlər) arasın-
da  qabiliyyətli  və  istedadlı  olanların  itib-batmaması  üçün 
onların  təşviq  edilməsi  lazımdır.  Sırf  maddi  çətinliklər 
üzündən  belə  itkilər  çox  tez-tez  baş  verir.  Ailələr  elmdə 
karyera  sahibi  olmaq  üçün  uzun  illərin  lazımi  xərclərini 
ödəyə bilmirlər.  
İslam  əhlini  (ümmətini)  bir  bütün  olaraq  ələ  alsaq, 
gənc müsəlmanları, deyək ki, 14 yaşından etibarən elmi və 
texnoloji  araşdırmalara  təşviq  edən  bir  Ali  Təhsil  İstedad 
Fonduna ehtiyac var. Hindistana axırıncı səfərlərimdən bi-
rində,  Müsəlman  pedaqoqların  bir  yığıncağında  öyrəndim 
ki,  sadəcə  şimali  Hindistandakı  şəhərlərin  iyirmisində  bu 
məqsəd üçün ildə təxminən 5 milyon dollarlıq təqaüdə eh-
tiyac  olduğu  hesablanmışdır.  Bu  isə,  təqribən  50  milyon 
dollarlıq  sərmayəsi  (kapitalı)  olan  bir  fond  qurmaq  de-
məkdir.  Təəssüf  ki,  Hindistanın  müsəlman  icması  bunu 
qarşılaya bilmək üçün iqtisadi cəhətdən çox geridir. Onlar 
və  ümmətin  digər  kasıb  təbəqələri  üçün  belə  bir  fond 
qurulmalıdır. 
Bütün İslam dünyasına xidmət edə bilmək üçün, bü-
tün  İslam  ölkələrinin  istifadə  edə  biləcəyi  ildə  50  milyon 
dollarlıq bir İslam Elmi İstedad Fonduna ehtiyac var. Belə 
bir fondun İslam birliyinə əsaslanan bir təməldə qurulması 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə