Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə16/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   12   13   14   15   16   17   18   19   ...   92

Elm və din   
 
- 53 - 
Məqsədi  (a)  yüksək  səviyyəli  elmi  insan  potensialı-
nın  sistematik  bir  şəkildə  yetişdirilməsi  və  (b)  bu  insan 
potensialının məşğuliyyətini təmin etməkdən ibarət olan – 
vəqf aşağıdakı proqramı tətbiq edəcəkdir: 
(a) Elmi cəmiyyətlərin qurulması
i. Elm adamları boşluqların olduğu və elmi liderlərin 
mövcud  olmadığı  sahələrdə  elmi  irəliləyiş  əldə  etmələri 
üçün  vəqf  tərəfindən  himayə  ediləcək.  Ölkələrinə  qayıt-
dıqdan sonra, işlərinə davam edə bilmələri üçün vəqf onla-
ra  köməklik  göstərəcək.  İldə  10  milyon  dollarlıq  fond, 
yüksək səviyyədə təhsil alan 4 min elm adamına, ölkələri-
nə  qayıtdıqdan sonra da  min nəfərə  və  lazımi təchizatlara 
kifayət edə bilər.   
ii.  Proqramlar,  yüksək  səviyyəli  elmi  insan  poten-
sialını artırmaq üçün mövcud elmi liderlərin ətrafında təş-
kil ediləcəkdir. Bu məqsədlə, seçilmiş sahələrdəki elmi iş-
ləri  gücləndirmək  üçün  universitetlərin  müvafiq  şöbələri 
ilə  müqavilələr  imzalanacaq.  Universitet  fakültələrinin 
keyfiyyəti bu müqavilələrdə əsas meyar olacaq. Bu müqa-
vilələr üçün ildə 15 milyon dollar xərclənə bilər. 
iii.  İslam  dünyasına mənsub  elm adamlarının dünya 
miqyaslı elmi cəmiyyətlərlə əlaqələri. 
Müsəlman  ölkələrdə  mövcud  elm  təcrid  olunması 
səbəbiylə  çox zəifdir. Müsəlman  ölkələrindəki  elm  adam-
ları ilə dünya miqyaslı elmi cəmiyyətlər arasında əlaqələr, 
demək olar ki, yox dərəcəsindədir. Elm fikir mübadiləsi və 
tənqidlə  zənginləşir.  Beynəlxalq  səviyyədə  təmasları  ol-
mayan ölkələrdə elm statikləşir və ölür. Vəqf bu vəziyyəti 
dəyişdirməyə çalışacaqdır. Bu, elm adamlarının tez-tez sə-
fərlərə getməsini və beynəlxalq simpozium və konfransla-
rın keçirilməsini tələb edəcək. 5 milyon dollarlıq bir fond 
bir  ildə  iki  aylıq  3000  səfərin  xərclərini  ödəyəcəkdir.  Bu 


Elm adamları elm haqqında 
 
- 54 - 
rəqəm 10 elm sahəsinə və 15 ölkəyə bölünsə, hər ölkənin 
payına bir elm sahəsi üçün 20 səfər düşəcəkdir. 
(b) Münasib tətbiqi  araşdırmaların himayə  edilməsi 
(sponsorluğu). 
Vəqf Yaxın Şərq və  İslam  dünyasında inkişaf prob-
lemləri  haqqında  yeni  araşdırma  mərkəzləri  qurmaq  və 
mövcudları  gücləndirmək  məqsədilə  25  milyon  dollar 
xərcləyə  biləcək.  Bu  vəsaiti,  beynəlxalq  səviyyədəki  bu 
yeni  institutlar  səhiyyə,  texnologiya  –  neft  texnologiyası 
daxil olmaqla – kənd təsərrüfatı texnologiyası və su ehtiy-
yatları  problemlərini  araşdırmağa  sərf  ediləcəkdir.  Digər 
tərəfdən,  bu  institutlar  beynəlxalq  arenaya  çıxmaqda  on-
lara kömək edəcək beynəlxalq keyfiyyət və nailiyyət stan-
dartlarını əldə etmək üçün Birləşmiş Millətlərin universitet 
sistemi strukturunun bir parçası ola bilərlər. (Məsələn, Fi-
lippində  5-6  milyon  dollara  qurulmuş  Beynəlxalq  Düyü 
İnstitutu kimi). 
(c)  Vəqf  İslam  ölkələrində  xalqın  texnoloji  və  elmi 
şüura sahib olması üçün 5 milyon dollar xərcləyəcək. Bu, 
nəşriyyat, elmi muzeylər, kitabxanalar və sərgilər, kəşf və 
icadlara  verilən  mükafatlar  şəklində  həyata  keçiriləcək. 
Elm və texnologiyanın geniş kütlələr tərəfindən təqdirə la-
yiq görülməsi elm və texnologiyanın həqiqi bir təsirə sahib 
olub-olmaması nöqteyi-nəzərdən mühümdür. 
(d) Vəqf ali təhsil müəssisələrində olduğu kimi, orta 
təhsil müəssisələrində də elm və texnologiya proqramları-
nın modernizasiyasında iştirak edəcəkdir. 
 
 
c) Ölkələrimizdəki texnologiya 
Müqəddəs  kitabımızda  təfəkkür  və  təzkirə  –  bilik 
əldə  etmək  qədər  bu  bilik  səviyyəsində  təbiətə  hökm  et-


Elm və din   
 
- 55 - 
məyə də – eyni dərəcədə əhəmiyyət verilir. Qurani-Kərim, 
bizə  vaxtilə  texnologiyaya  hakim  olmuş  Davud  (ə.s.)  və 
Süleyman (ə.s.) hadisələrini anladır: 
«Və  Biz  dəmiri  onun  üçün  yumşaltdıq…», 
«Küləkləri  onun  əmrinə  verdik»  və  «Əmri  altında 
cinlər vardı…» (34:10-10) 
Yəni, mənim sadə mülahizələrimlə desək, sarayların, 
sədlərin,  su  bəndlərinin  və  anbarların  inşaatında  istifadə 
edilən dövrün texnoloji gücünü nəzarət altına aldı. Və da-
ha  sonra  Zülkarneyn  hadisəsi  ilə  dəmir  və  əridilmiş  mis-
dən  qala  bürclərinin  inşa  edildiyi  xatırladılır.  Beləcə,  me-
tallurgiya, ağır konstruksiya texnologiyaları, küləyin gücü 
və kommunikasiya texnologiyalarına işarə edilir. Hər mü-
səlmanın  bildiyi  kimi,  Qurani-Kərim  bunlardan  gələcək 
üçün  bir  nəsihət,  insanlar  üçün  bir  nümunə  olsun  deyə 
bəhs edir.  
Bunun bir misalı da, həmişə ən son müdafiə texnolo-
giyasını  qurmaq  istəmiş  Peyğəmbərimiz  tərəfindən  ortaya 
qoyulmuşdur.  Onun  Ərəbistanda  ilk  dəfə  «xəndəyi»  mü-
dafiə metodu kimi istifadə etməsini yada salın. Və ya Hey-
bər qalasını almaq üçün Bizansdan mancanaqlar gətirtmə-
sini  düşünün.  Düzdür,  qala  bunlar  gətirilməmişdən  əvvəl 
alınmışdı; ancaq bu qurğular ərəblər üçün çox yeni bir dö-
yüş silahı idi. 
Bizim  cəmiyyətimizin  texnologiyada  –  xüsusilə  də 
yeni  elmi  nailiyyətlərə əsaslanan texnologiyada  – ən  yük-
sək ustalığa çatmasına çətinlik törədən maneələr nələrdir? 
Buna baxmayaraq, son on il ərzində ərəb-islam ölkələrində 
çox  qısa  bir  müddətdə  texniki  imkanların  hazırlanmasına 
sərf olunan əmək və  vəsait insanlıq tarixində  heç bir vaxt 
sərf olunmamışdır. Belə ki, Zahlana görə, hələ 1978-ci ilə 
qədər  bu  ölkələr  və  xarici  sponsorlar  arasındakı  texnoloji 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə