Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə18/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   14   15   16   17   18   19   20   21   ...   92

Elm və din   
 
- 59 - 
Nobel  mükafatı  laureatı  bir  fizikin  mənə  illər  öncə 
dediyi bu sözlər hələ də yadımdadır: «İnsanlığın bilik yu-
mağında ən az belə olsun payı olmayan bu ölkələri dəstək-
ləmək  və  onlara  kömək  etmək  kimi  bir  məcburiyyətimiz 
varmı?»  O,  bunu  söyləməsəydi  belə,  nə  vaxt  ki,  bir  xəs-
təxanaya  girsəm,  penisillindən  tutun  həyat  xilas  edən  hər 
hansı  bir  müalicə  metoduna  qədər  bütün  tibbi  avadanlıq-
ların İslam dünyasından heç birimizin payı olmadan hazır-
landığını  görəndə  şəxsən  qorxunc  bir  narahatçılıq  hissi 
keçirirəm.  İnanıram  ki,  din  adamlarımız  da  eyni  hissləri 
keçirirlər. Əgər belə deyilsə, onda niyə İmam Qəzali məş-
hur «İhya-u Ülumi'd-Din» kitabının ilk fəslində məhz tibb 
elmlərindən  söz  açaraq,  heç  olmazsa  İslam  cəmiyyətinin 
inkişafı  üçün  lazımi  elmlərin  alınıb  öyrənilməsini  qeyd 
edib? O, bu elmlərin alınıb inkişaf etdirilməsini bir vacib 
şərt  –  bütün  cəmiyyətin  məcbur  olduğu,  ancaq  cəmiyyət-
dən bəzilərinin onun adından çıxış edərək icra edə biləcəyi 
bir vəzifə – kimi görmüşdür. 
Bu sözlərimlə aramızda «sözü keçən» üç qrup insana 
müraciət edirəm. Bunlar: Allahın var-dövlət bəxş etdiyi in-
sanlar,  siyasətdən  məsul  olan  nazirlərimiz  və  şahzadələri-
miz, din adamlarımızdır. 
Dəfələrlə qeyd etdiyim kimi, elm ətrafımızdakı dün-
yanı  dərk  etməyimizin  təməli  olduğu,  qanunlarının  dəyiş-
məz olduğu və Allahın dizaynını izah etdiyi üçün mühüm-
dür.  Elm  bir  başqa  cəhətdən  də  vacibdir:  çünki  o  bizə 
maddi  fayda  və  müdafiə  gücü  verir.  Bundan  əlavə,  elm 
universal  (bəşəri)  olduğu  üçün  əhəmiyyətlidir.  Bütün  in-
sanlığın  və  xüsusilə  də  Müsəlmanlar  arasında  əməkdaşlı-
ğın  qurulmasına  səbəb  ola  bilər.  Beynəlxalq  elmə  borcu-
muz var və canımızı dişimizə sıxıb bu borcu ödəməliyik.  


Elm adamları elm haqqında 
 
- 60 - 
Mən indi 250 min əhalisi olan balaca və çox da varlı 
olmayan bir şəhərdə yaşayıram. Bu şəhərdə vaxtilə qurul-
masını  təklif  etdiyim  Beynəlxalq  Nəzəri  Fizika  Mərkəzi-
nin  binasının  inşası  üçün  1963-cü  ildə  1,5  milyon  dollar 
maddi kömək göstərmiş bir bank – Kassa di Rispermio –
var.  Yenə  də  bu  şəhər  indi  quruluş  mərhələsində  olan 
UNİDO Biotexnologiya Mərkəzi üçün 40 milyon dollarlıq 
vəsait ayırmağı öhdəsinə götürüb. Niyə bizim şəhərlərimiz 
və  banklarımız  bu  sahədə  yarışmasınlar?  Bir  neçə  gün 
bundan  əvvəl  bir  Amerikan  neft  şirkətinin  qurduğu  Kek 
Vəqfinin Kaliforniya Texnologiya  İnstitutuna dünyada ən 
böyük  teleskopu  -  diametri  10  metr  olacaq  -  inşa  etməsi 
üçün 70 milyon dollar verdiyini öyrəndiyim zaman onlara 
qibtəylə baxdım. Bizim keçmişdə astronomiyanın inkişafı 
üçün gördüyümüz iş məhz bundan ibarət idi. 
Daha  əvvəl  bəhs  etdiyim  bir-iki  faizlik  beynəlxalq 
normalar (ÜMM-un) İslam dünyası üçün araşdırmaya ildə 
5 ilə 10 milyard dollar vəsait ayırmaq deməkdir ki, bunun 
da dördə biri ilə üçdə biri fundamental elmlərə xərclənmə-
lidir. Kəçən əsrlərdə bu mənada köklü ənənələrimiz vardı. 
Xatırlayacaqsınız, İmam Qəzali XI əsrdə İraq və İran tor-
paqlarından danışanda bunları demişdi:  «Bir alimin uşaq-
larını  rahat  bir  şəkildə  böyüdəcəyi  başqa  heç  bir  ölkə 
yoxdur».  O vaxtlar Qəzalinin  daxilinə qapanmaq və dün-
yadan  uzaqlaşmaq  qərarına  gəldiyi  bir  zamandı.  Bu  gün 
sadəcə  elm  adamları  tərəfindən  idarə  edilən  bir  deyil,  bir 
çox elm vəqfinə ehtiyacımız var. Bizə həm universitetləri-
mizin  daxilində,  həm  universitetlərimizdən  kənar  insanla-
rımız və onların fikirləri üçün comərdlik və daimilik prin-
sipləri əsasında işləyən, yüksək səviyyəli beynəlxalq tədris 
mərkəzləri lazımdır.  


Elm və din   
 
- 61 - 
Müasir elmin İslamdakı yeri haqqında şübhəsi olan-
lar  üçün  bir  daha  xatırladım  ki,  elmin  məhdud  olduğunu 
bilmək  üçün  yaşayan  elmin  bir  hissəsi  olmaq  lazımdır. 
Yoxsa  bu  gün  dünənin  fəlsəfi  mübahisələrini  yaşamağa 
davam edərik.  Əmin olun ki, aramızda, xüsusilə də gənc-
lərimizin  içində,  çox  qabiliyyətli  elm  adamları  var.  Özlə-
rinin də ən böyük arzusu elm səyahətinə çıxmaqdır. Onla-
ra  etibar  edin.  Onların  müsəlmanlığı,  Qurandakı  mənəvi 
dəyərlərə  inamı,  ən  azı  başqalarınınkı  qədər  dərindir  və 
kök  salıbdır.  Bunun  üçün  İslama  borcluyuq.  Qoy  elm  və 
elmin  məhdudluğu  ilə  daxilən  tanış  olsunlar.  Həqiqətən 
də, İslam və müasir elm arasında heç bir təzad yoxdur. 
Sözlərimi  iki  fikirlə  bitirmək  istəyirəm.  Birincisi, 
öyrənmə arzusu haqqındadır. Daha öncə ifadə etdiyim ki-
mi, Quran və Hz. Peyğəmbərin hədisləri elmi fəaliyyəti və 
öyrənməyi  hər  bir  müsəlmanın  «beşikdən  qəbirə  qədər» 
davam  edən  məcburi  vəzifəsi  olaraq  görür.  Min  il  qədər 
əvvəl Qəznədə yetişmiş olan əl-Biruni haqqında danışmış-
dım. Bir müasiri onun ölüm məqamını belə nəql edir: «Bi-
runinin  ölüm  ayağında  olduğunu  eşitdim.  Onu  son  dəfə 
görə  bilmək  üçün  dərhal  evinə  getdim.  Görünüşünə  görə, 
son  nəfəsinə  çox  az  vaxt  qalmışdı.  Mənim  gəldiyimi  eşi-
dəndə gözlərini açdı və belə dedi: «Sən filankəs deyilsən-
mi?». «Bəli» dedim. Bu dəfə «Mənə deyilənə görə, sən İs-
lam miras hüququnda dolaşıq bir məsələnin cavabını tap-
mısan»  dedi  və  o  məşhur  məsələni  ortaya  atdı.  Mən  «Ey 
əbu-Reyhan,  bu  məqamda  damı…?»  dedim.  Belə  cavab 
verdi:  «Bunu  bilməyərək  ölməkdənsə,  bilərək  ölməyim 
daha  xeyirli  deyilmi  səncə?».  Qəlbimdəki  üzüntüylə  bil-
diklərimi  anlatdım.  Evdən  çıxanda  təzəcə  bayır  qapısına 
çatmışdım ki, içəridən ağlaşma səsləri yüksəlməyə başladı. 
Biruni ölmüşdü.» 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə