Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə26/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   22   23   24   25   26   27   28   29   ...   92

Elm adamları elm haqqında 
 
- 88 - 
qın  tələbinə  cavab  versin?  Maddə  necə  qurulmalıdır  ki, 
onun  istənilən xassəsi  olsun?  Maşın  necə  qurulmalıdır  ki, 
müəyyən işləri yerinə yetirə bilsin. Əsər də elə qurulmalı-
dır ki, gözlənilən estetik, emosional hissləri yarada bilsin. 
Bildiyimiz kimi  Üzeyir  Hacıbəyovun  ən böyük  xidmətlə-
rindən biri də Azərbaycan xalq musiqisinin elmi əsaslarını 
işləyib hazırlamasıdır. Təkcə bu fəaliyyəti onun Azərbay-
can  mədəniyyəti  tarixində  görkəmli  bir  şəxsiyyət  kimi 
qalmasına bəs idi. “Azərbaycan xalq musiqisinin əsasları” 
musiqimizin qrammatikasıdır. Dilimizdəki səslər eyni tez-
liklə işlənmədiyi kimi, musiqi dilimizdə də səslər eyni tez-
liklə,  eyni  ardıcıllıqla  təkrarlanmır.  Biz  ilk  növbədə  buna 
görə dilləri, musiqiləri bir-birindən seçə bilirik. 
Xarici aləmdə insanın görə bildiyi qanunauyğunluq-
lar nəsildən-nəslə verilir. Elmi kitabların hamısında müm-
kün  olan  və  mümkün  olmayan  hadisələrdən,  bu  hadisələr 
arasındakı bağlılıqdan danışılır. Bir sıra elmi  əsərlərdə ən 
çox baş verməsi mümkün olan hadisələrdən söhbət gedir. 
Bəzi  alimlər  mümkün  olan  və  olmayan  hadisələri  qələmə 
alır, hər iki qayda ilə təbiəti təsvir edirlər. Biz təsvir dedik. 
Bu söz adi təsvir kimi başa düşülməməlidir. Söhbət təbiət-
dəki dəyişməz qaydaların – təbiət qanunlarının təsvirindən 
gedir. Yəni təbiət dilinin qrammatikasından. Son zamanlar 
aşkar edilmişdir ki, mümkün olmayan, baş verə bilməyən 
hadisələrdən  danışmaq  daha  əlverişlidir.  Niyə?  Ona  görə 
ki, bu halda təbiətin dolğun mənzərəsini verməyə daha az 
təsvir vasitəsi tələb olunur. Bir kitabda təbiətin başlıca qa-
nunları  inkar  şəklində  verilmişdirsə,  demək  bu  qanunlara 
əsasən,  “qalan  hadisələrin  baş  verməsi  mümkündür”,  – 
deyə  bilərik. Belə  elmi  qanunların  sayı  ildən-ilə  artır. Bu, 
mümkün  olan  hadisələrin  sayını  kəskin  şəkildə  azaldır  və 
biz  nəticədə  klassik  elmdə  olduğu  kimi  nəyin  mümkün 


Elm və sənət   
 
- 89 - 
olduğu barədə konkret qənaətə gələ bilərik. Ancaq fərq ha-
disənin  müəyyən  ehtimalla  xəbər  verilməsidir.  Təbiət  qa-
nunlarının “tabu” xarakterliliyi və yeni elmdə bu qanunla-
ra verilən yer onu sənətlə daha da çox yaxınlaşdırır. Təbiət 
haqqında  istədiyiniz  şəkildə  mühakimə  apara  bilərsiniz; 
ancaq  bu  mühakimələr  zamanı  enerjinin  itməməsi,  Pauli 
prinsipinin  pozulması,  maddə  çəkisinin  saxlanması  və  s. 
qanunlar  öz  qüvvəsində  qalmalıdır  –  müasir  elmin  tələbi, 
istəyi belədir.  
Deməli, xarici aləmin, təbiətin biçimlərindəki aydın-
lıq bu məhdudiyyətlərin nəticəsidir. Tabu şəkilli bu qanun-
ların sayı artdıqca təbiətin şəkli daha çox aydınlaşır.  
 Arkadi Raykin zarafatlarının birində rəssam haqqın-
da belə deyir : ”Rəssam – gərəkli boyaları gərək olan yerə 
yaxan adama deyilir”. Gülməli də olsa burada bir gerçək-
lik var. Sənətdə az çox öz dəsti-xətti,  öz yolu olan bir rəs-
samın bütün çəkdiklərini gözdən keçirsəniz, onun boyaları 
özünəməxsus  bir  ölçüdə  işlətdiyini  görəcəksiniz.  Bu  nis-
bətlə  də  rəssamın  işlərindəki  kolorit aşkarlanır.  Bu, təbiə-
tin elementlərə görə tərkibini yada salmırmı? Sonrakı təh-
lillərimizdə rəssamın müəyyən kompozisiyalardan, biçim-
lərdən,  cizgilərdən,  çalarlardan  istifadə  etmədiyini  görə-
cəksiniz. Rəssam sanki istedadının, dünyagörüşünün, tem-
perament  və  zövqünün,  sənət  texnikasının  imkan  verdiyi 
vasitələrə  müəyyən  məhdudiyyət  qoyub  özünəməxsus  bir 
“aləm” yaratmışdır.  
Üzeyir  Hacıbəyov  haqqında  danışdığımız  kitabında 
musiqimiz bu baxımdan təhlil olunur. Rast muğamı üstün-
də musiqi bəstələmək üçün işlədilən səslərdən biri maye – 
nüvə  rolunu  oynayır.  Qalanları  ilə  nüvə  ətrafında  qatdan-
qata qaydalı sıçrayışlar edir. Bu qayda qrafik şəkildə gös-
tərilsə  atom  quruluşuna  əsasən  spektrlərin  izah  olunması 


Elm adamları elm haqqında 
 
- 90 - 
üçün  çəkilən  sxemlərə  çox  oxşar  sxem  alınır.  Nils  Bor 
atom  quruluşunu  kəşf  etdikdən  sonra  Eynşteyn  bu  quru-
luşa öz heyranlığını bildirməkdən ötrü onu yüksək musiqi-
yə bənzətmişdi.  
Oyun  qaydalarını  xatırlayın.  Bütün  bunların  şəklini 
aydın  edən  tabu  qanunlarıdır.  Hamısını  sxematik  olaraq 
aşağıdakı şəkildə göstərmək olar.  
 
İlk vəziyyət ...                           məqsəd ... 
1. .   .   .   .   .                             olmaz
2. .   .   .   .   .                             olmaz, 
3. .   .   .   .   .                             olmaz, 
4. .   .   .   .   .                             olmaz, 
 
Futbol  oyununu  yada  salın.  Oyunun  qaydasını  göz-
dən keçirsəniz onun, əsasən, “olmaz”lardan ibarət olduğu-
nu görərsiniz. Topa əllə toxunmaq olmaz, rəqibi saxlamaq, 
badalaq  vurmaq  olmaz,  qarşıda  ən  azı  iki  rəqib  yoxdursa 
topsuz irəli çıxmaq olmaz və s.  “ola bilər”lər isə  oyunçu-
nun  yaradıcılığıdır.  Hakimin  vəzifəsi  “...olmaz!”  şəklində 
deyilmiş  qaydaların  pozulmasını  gözləmək,  pozulduqda 
isə  cəza verməkdir. Yalnız bu şərtləri gözləyərək qapıdan 
keçirilən toplar “qol” sayılır, tamaşaçıları həyəcanlandırır, 
kimində  qələbə  sevinci,  kimində  basılma  məyusluğu  oya-
dır.  
Sənət əsəri xalqın emosional dilində hökm sürən qa-
nunlara görə yaradıldıqda el onu tez qavrayır. Sənətkar isə 
bu qanunları empirik bilir, duyur, xalqın bir hissəsi olaraq 
bu  qanunlara  süd  ilə,  uşaqlıq  hissləri  və  bütün  psixoloji 
dünyası ilə illər boyu onun varlığına hopur. Ancaq hər bir 
sənətkar  özü  düzəltdiyi  “qrammatika”ya  əsasən  də  yaza 
bilər. Bu, azad bir işdir və  sənət  etikasına zidd  deyil. Bü-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə