Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə25/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   21   22   23   24   25   26   27   28   ...   92

Elm adamları elm haqqında 
 
- 84 - 
olunduğu  kimi,  alınan  məlumatın  da  əlverişli  qərarlara 
çevrilməsinə uyğun emosional şərait gərəkdir.  
Elmin də əməli məqsədlərindən biri və ən əsası bio-
loji şəraitin idarəsidir. Buna münasib olaraq sənətin qarşı-
sında duran vəzifə insanın emosional şəraitini məqsədəuy-
ğun idarə etməkdir. İlk baxışda sənətin məqsədi bayağılaş-
mış, buludlardan yerə endirilmiş kimi görünə bilər. Lakin 
belə deyil. Sənətin guya heç bir əməli əhəmiyyətindən ası-
lı  olmayaraq  zövq  mənbəyinə  çevrilməsi  fikri  onun  əsil 
vəzifəsini  yerinə  yetirmək  üçün  lazımdır.  Sənətdə  “həyatı 
qorumaq”  qüvvəsi  olmasaydı,  bəlkə  də  bizi  bu  qədər  dü-
şündürməz, həyəcanlandırmazdı.  
Xaricdən alınan məlumat iki hissədən ibarətdir; mə-
lumatın semantik hissəsi və estetik hissəsi. Qeyd etmək la-
zımdır ki, estetik hissə məlumatın bilavasitə sözbəsöz baş-
qa dilə çevrilə bilməyən hissəsidir. Semantik hissəni isə is-
tənilən dəqiqliklə hər dilə çevirmək olar.  
Məsələn,  hər  bir  cümlədəki  məna  onun  daşıdığı  se-
mantik məlumatdır. Cümlədə olan söz düzümü, deyiliş ça-
ları, səs gözəlliyi estetik məlumat daşıyır.  
Məlumatın yaratdığı emosional hisslər ümumi şəkil-
də aşağıdakı səbəblərdən asılıdır: 
1.
 
Orqanizmin ümumi fizioloji halı. 
2.
 
Xarici məlumatın semantik hissəsi. 
3.
 
Xarici məlumatın estetik hissəsi. 
 
Semantik  məlumat  vaxtı  ilə  keçirilmiş  emosional 
hissləri oyadır.  
Estetik məlumata gəlincə, onda bilavasitə heç bir tə-
səvvürsüz də emosiya yaratmaq imkanı vardır.  
Ümumiyyətlə  emosiyaların  səbəbi  bu  göstərdikəri-
mizin müxtəlif çalarlı bağlılığı, qarşılıqlı əlaqəsidir. Başqa 


Elm və sənət   
 
- 85 - 
sözlə, onların  əmələ  gəlməsində  həm  estetik, həm  seman-
tik  məlumatların,  həm  də  beyinin  ümumi  fizioloji  halının 
birgə işinin nəticəsini görmək daha doğrudur.  
Bu söhbətimizdə həyatın mahiyyəti haqqında müasir 
təsəvvürlərə, elmlə sənətin başlanğıc əlaqələrinə və bunla-
rın həyat üçün nə məqsəd daşıdığına ötəri nəzər saldıq. İn-
di  isə  elm  və  sənətin  yaradıcılıq  sahələrindəki  fərq  və 
ümumiliyini gözdən keçirək.  
 
Məlumat – Qayda – Uyarlıq 
 
İnsan  məlumat  dənizində  yaşayır.  Məlumat  insana 
hava və su kimi lazımdır. Xarici aləmlə məlumat mübadi-
ləsi  müəyyən  müddət  kəsildikdə  insan  gerçəklik  hissini 
itirir, onda normal olmayan psixoloji hallar baş verir. Mə-
lumat – informasiya sözünü geniş mənada başa düşmək la-
zımdır.  Yerin  üstü  ilə  dolaşıq  əlaqəsi  olan  bir  mağara  tə-
səvvür edin: mütləq qaranlıq, havada heç bir tərpəniş yox, 
mütləq  səssizlik...  Belə  bir  şəraitdə  su  damcılarının  tıq-
qıltısı, yarasa uçuşu zamanı gələn küy özü də məlumatdır. 
İnsan  belə  bir  vəziyyətə  düşdükdə  təkliyin  dəhşətli 
“səsini” öz səsi  ilə batırmağa çalışır. Ancaq onun öz səsi 
özü üçün uzun zaman informativlik rolunu oynaya bilmir, 
yalqızlığın  qorxunc  təsirinin  ilk  əlamətinə  çevrilir.  Bütün 
bunlar beyinin normal işi üçün məlumat mühitinin nə də-
rəcədə  dəyərli  olduğunu  göstərir.  Göründüyü  kimi  xarici 
aləmlə bağlılığımız, əlaqəmiz düşdüyümüzdən daha dərin, 
daha mürəkkəbdir.  
Aydındır ki, biz xarici və daxili aləmimizdəki dəyi-
şiklikləri  hiss  üzvlərimiz  vasitəsi  ilə  duyuruq.  Onlardan 
birinin və ya bir neçəsinin öz həssaslığını itirməsi beyinin 
– ali sinir sisteminin normal işinə dərhal təsir edir. Deyil-


Elm adamları elm haqqında 
 
- 86 - 
diyinə görə, bütün hiss üzvləri sıradan çıxmış, yalnız gör-
mək qabiliyyəti qalmış bir xəstə gözlərini yuman kimi də-
rin yuxuya gedirmiş. Axı, onun beyni görmədən başqa heç 
bir duyğu ilə bağlı qıcıq almırdı.  
Beyinin  modeli  sayılan  elektron  qurğuları  –  müasir 
hesablayıcı  maşınlar  xaricdən  alınan  məlumatın  xarakte-
rinə  çox  həssasdır.  Onlara  yalnız  iş  üçün  yararlı  məlumat 
gərəkdir. “Küy” adlandırılan başqa xarici məlumat onların 
işini  pozur  və  ağırlaşdırır.  Beyindən  ötrü  isə  belə  “küy” 
onun  normal  işi  üçün  zəruri  şərtlərdən  biridir.  Sözsüz, 
müəyyən həddə qədər! 
Tamamilə  eyni  informasiyanın  müxtəlif  fərdlərə  tə-
siri başqa-başqadır. Birini ağladan məlumat başqasını gül-
dürür. Birini düşündürən məlumat başqasının düşüncəsinə 
mane  olur.  Deyirlər  ki,  Faradeyin  elm  aləminə  səs  salmış 
məşhur təcrübələrindən xəbər tutan İngiltərə kraliçası onu 
saraya çağırır. Kraliça Faradeyin sınaqlarıma baxıb, alimi 
yola saldıqdan sonra yaxındakılara deyir : 

 
İnsan  nə  qədər  işsiz  olmalıdır  ki,  belə  mənasız 
şeylərlə məşğul olsun.  
Bu “mənasız şeylər” müasir texnikanın əsasları idi. 
Semantik və estetik təsir məlumatın potensial xassə-
sidir,  gizli  imkanıdır.  Xüsusi  hazırlığı  olmayanlar  üçün 
Eynşteynin nisbilik nəzəriyyəsi dolaşıq,  əlaqəsiz söz yığı-
mıdır. Başqa sözlə bu halda onun semantik  təsiri  yoxdur. 
Estetik təsiri pis də ola bilər. İnsan anlamadığı danışıqları, 
bilmədiyi  mətləbləri  həvəssiz  dinləyir.  Musiqi  savadı  ol-
mayan  bir  avropalı  ilk  tanışlıqda  muğamı  üzüntülü  bir 
mızıltı kimi qəbul edəcəkdir.  
Məlumatın semantik və  estetik hissələri arasında iki 
cür bağlılıq vardır. Birinci halda hər iki hissə üzvi bağlıdır. 


Elm və sənət   
 
- 87 - 
Yazı  həm  semantik  məlumat  daşıyır,  həm  də  ornament 
təsiri bağışlaya bilər. Belə bir xüsusiyyət təbiət obyektləri 
və  ən  gözəl  sənət əsərləri  üçün xarakterikdir.  İkinci  halda 
semantik məlumat estetik məlumatla uzlaşdırılmış şəkildə-
dir; bəzəkli yazı, musiqi, şeir, dram-dekor-musiqi və s.  
Rəssamı,  alimi,  bəstəkarı  xarici  aləmdə  cəlb  edən 
nədir? Təbiətin harmoniyası – “qayda” və ya onun emosi-
onal təsiri olan “ahəng”. 
Adətən  qaydaya  qarşı  əkslik  kimi  qaydasızlıq,  xaos 
– dağınıqlıq qoyulur. Ancaq qayda ilə qaydasızlıq ağ – qa-
ra, acı – şirin və s. kimi anonim təbiətli əksliklərdən deyil. 
“Burada bir qaydasızlıq hökm sürür” dedikdə nəyin harada 
yerləşəcəyini,  sonrakı  hadisənin  nədən  ibarət  olacağını 
bilməyin  qeyri-mümkünlüyünü  nəzərdə  tuturuq.  Başqa 
sözlə,  hər  şey  ola  bilər,  hər  şeyi  hər  yerdə  eyni  ehtimalla 
gözləmək  mümkündür.  Bu,  bircinslilikdir,  bu  cəhətdən 
xaoslar  bir-birindən  seçilmir.  Ancaq  qayda  təsvirə  gələn-
dir, qaydanı  qaydadan seçmək mümkündür. Bir  qaydanın 
o  birindən  nə  qədər  mürəkkəb  olduğunu  da  göstərə  bilər-
sən. Arabir mürəkkəbliyi gücləndirmək üçün onu xaosa da 
oxşadırlar.  Bununla  demək  istəyirlər  ki,  qaydada  mürək-
kəblik o qədərdir ki, onu birdən-birə görmək olmur. Belə-
liklə, xaos qaydanın mürəkkəblik dərəcəsinin həm başlan-
ğıcı, həm də sonudur.  
Qayda “quruluş” anlayışı ilə sıx bağlı anlayışdır. Hər 
şey müxtəlif quruluşa malik ola bilər. Hər dəfə nəyə görə, 
hansı  əlamətə  görə  quruluşdan  danışıldığı  xüsusi  qeyd 
edilməlidir.  Məsələn,  canlının  anatomik  quruluşu,  hücey-
rəli quruluşu və  ya dövlətin siyasi,  iqtisadi,  inzibati  quru-
luşu. Elmin, o cümlədən də, sənətşünaslığın qarşısında du-
ran  ən  böyük  məsələ  həmişə  quruluşla  xassə  arasındakı 
əlaqənin təbiəti olmuşdur: dövlət necə qurulmalıdır ki, xal-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə