Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə22/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   18   19   20   21   22   23   24   25   ...   92

Elm adamları elm haqqında 
 
- 74 - 
törəyə  bilər.  Belə  bir  inamsızlıq  şeylərin  mahiyyətini  öy-
rənmək səyini hələ beşikdə ikən öldürə bilər.  
Əlbəttə,  bu  skeptikliyin  psixoloji  səbəbi  müəyyən 
qədər  başa  düşüləndir.  Vaxtı  ilə  insan  Yerin  kainat  üçün 
mərkəz  olmadığını  eşitdikdə  daha  böyük  həyəcan  keçir-
mişdir: necə ola bilər ki, üzərində insan gəzən Yer kainatın 
mərkəzi olmasın?! 
Tanrıları  belə  özünə  oxşadan  insana  bir  gün  qalan 
canlılarla  eyni  köklü  olduğunu  deyəndə  necə  pərt  olma-
yaydı. Lakin o tezliklə inandı ki, mərkəz olmaq hələ yük-
səklik  deyil  və  meymunlarla  uzaq  qohumluq  onun  insan 
şöhrətini zərrəcə azaltmır. Əksinə, insan öz yerini düzgün 
bildikdən, özü haqqında bu həqiqətləri öyrəndikdən sonra 
uzaq “qohumlarına” nisbətən daha yüksəkliklərə uzandı.  
Bu cür misilsiz həyat təcrübəsinə yiyələnən insan ən 
adi  elementlərdən  təşkil  olunduğunu  bilib  özü  öz  gözün-
dən  düşməməlidir.  Məsələ  təkcə  nədən  təşkil  olunmaqda 
deyil, həm də necə təşkil olunmaqdadır.  
Beləliklə, elmlə sənətin əlaqəsi kimi bir məsələni ye-
ni  fikir  zirvələrindən  müşahidə  etmək  sənəti  bizim  üçün 
adiləşdirmir,  əksinə,  bizi  oradakı  gözəlliyin  daha  dərin 
qatlarına yüksəldir.  
Bəs  belə  addımlarda  yanlışlıqlar  necə?  Səhv  etmək 
qorxusu  bizi  nə  qədər  doğru  addımlardan  saxlayır!  Necə 
deyərlər,  səhv  etmək  üçün  ən  yaxşı  yol  heç  bir  iş  görmə-
məkdir.  
Bu  baxımından  elmin  bütün  tarixini  gözdən  keçir-
mək mümkün olsaydı, gözlənilməz həqiqətlərlə qarşılaşan 
nə  qədər  yanlış  addımlar  nəzərə  çarpardı.  Kolumb  sarsıl-
maz  bir  inamla  Hindistan  səfərinə  çıxıb  Amerikanı  avro-
palılar üçün açdı. Kimyaçılar “Fəlsəfə daşı” axtara-axtara 
kimyanı  nə  qədər zənginləşdirdilər. Mənə elə gəlir ki,  tri-


Elm və sənət   
 
- 75 - 
vial  olmayan,  əksi  də  ağıla  batan  mülahizələr,  fərziyyələr 
yoxlanılmağa möhtacdır, onları araşdırmağa dəyər.  
“Fizika,  kimya  həyatın  mahiyyətini  aça  bilməz!”, 
“Maşın şeir yaza bilməz!” və s. kimi qəti hökmlər verənlər 
az deyil.  
Qoy  maşın  musiqi  yazsın,  pis  olar,  dinləmərik.  Bu 
imkanımızı əlimizdən kim ala bilər? Biz ki, adi, təbii qay-
dada yazılan hər musiqini bəyənmirik. Maşın dözülməz bir 
musiqi yazsa belə biz onu iftixar hissi ilə dinləməliyik. Bu, 
insanlıq  üçün  bəstəkarın  orta  səviyyəli  musiqisindən  çox 
dəyərlidir. Məsələ maşına musiqi və şeir yazdırmaqda de-
yil. Belə işləri insan üçün insan etməlidir. Məsələ maşının 
imkanlarını öyrənməkdir. Maşına şer yazdırmasaq, musiqi 
bəstələtməsək,  şəkil  çəkdirməsək  onun  imkanlarını  necə 
tapa bilərik? Bir də insan, özünün indi gördüyü işləri görə 
bilən  bir  maşın  düzəldərsə,  öz  beyni  qat-qat  artıq  inkişaf 
edəcək. İnsan yaradaraq yaranır – bu prosesdə dəyişib ye-
nidən 
yaranır.  Bu,  yaradıcılıq  prosesinin  mütləq 
nəticəsidir.  Yaratmaq  istədiyiniz  alınmasa  da,  siz  özünüz 
yeniləşəcək,  yenidən  yaranacaqsınız.  Bəlkə  də,  adamlar 
“zəhmət  itmir”  dedikdə  bunu  nəzərdə  tuturlar.  İnsanın 
“perpetium mobile” – daimi mühərrik yaratmaq yolundakı 
bütün cəhdləri boşa çıxdı.  İnsan belə bir işin mümkün ol-
madığını tapıb çox  yüksəldi. O belə bir mühərriki  tapmış 
olsaydı, inkişafa ehtiyac qalmaz, heç əvvəlki yüksəkliyini 
də  saxlaya  bilməzdi.  Biz  hələ  maşının  imkanlarından  öz 
işimizdə  tam  istifadə  etməmiş,  bəzən  mətbuatda  maşınla-
rın yazacağı şeirlərin bədii baxımdan zəif olacağını “elmi” 
cəhətdən sübut etməyə çalışırıq. Doğrusu, bu, çox gülməli-
dir. 
Yanlış  və  fantastik  əməllər  dalınca  qaçmaq  haqqın-
dakı  mülahizələrdə  isə  məqsəd  yol  verə  biləcəyimiz  yan-


Elm adamları elm haqqında 
 
- 76 - 
lışlıqlara,  əsassız  hökmlərə  haqq  qazandırmaq  deyil.  Elm 
elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada göyə-
rə bilməz.  
 
 
Həyat, bioloji və emosional Ģərait 
                                  
 
Ömür su kimi yenidən yeniyə axıb gedir. 
 
  Fəqət cəsəddə bir sabitlik göstərir

 
Cəlaləddin Rumi 
 
Soyuq və yaraşıqlı bahar günü idi. Təzəcə yaşıllaşan 
kolun yanında oynayan uşaqlardan biri özündən xeyli bö-
yük yoldaşlarından tez-tez soruşurdu : 

 
Bəs budağı qıranda ağac ağlamır? 

 
Dedim ki, yox! 

 
Bəs kollar üşümür? 

 
Yox, yox, yox! 
Böyük üçün bu suallar çox maraqsız idi. Görünür o, 
dünyanın qəribəliklərinə artıq adət etmişdi.  
Ağacın ağlaya bilməsi, onun üşüyə bilməsi uşağı ni-
yə  narahat  edir?  Niyə  biz  yaşıllığı,  çiçəkləri  sevmirik? 
Özünə  tamaşa  edirmiş  kimi  gölün  güzgüsünə  əyilmiş  bu-
daqlar bizi nə səbəbə həyəcanlandırır? 
Bu  və  ya  başqa  oxşar  sualların  ümumi  bir  cavabı 
var: Biz həyatı sevirik!.. 
Bitkilər bizim varlığımızın əsasıdır. Alman təbiətşü-
nası Meyerin obrazlı sözləri ilə desək, “bitki aləmi sonra-
lar  səmərəli  istifadə  etməsi  üçün  günəş  şüalarını  toplayan 
anbardır.  İnsanın  fiziki  varlığı  təbiətin  bu  iqtisadi  qayğı-
sından asılıdır. Yaşıllığa ötəri bir nəzər, sövq-təbii olaraq, 
maddi təminat hissi oyadır”. 


Elm və sənət   
 
- 77 - 
İnsan  və  heyvan  orqanizmləri  elə  qurulmuşdur  ki, 
onlar  böyüməsi,  artması  üçün  zəruri  maddələrin  çoxunu 
inkişaf  səviyyəsi  aşağı  olan  canlılardan  hazır  şəkildə  alır. 
Bu  baxımdan  bitkilərin qəribə  taleyi  var.  Onların  çox  bö-
yük əksəriyyəti yaşamaq naminə heç bir canlının həyatına 
qəsd  etmir. Yaşamaq üçün lazım olan şeyləri günəşin  kö-
məyi ilə torpaqdakı  mineral  maddələrdən, sudan və  hava-
dakı karbon qazından özü “hazırlayan” bitkilər başqa can-
lılara nisbətən daha sərbəstdirlər. Biz insanlar asılılığımızı 
yüksəlişimizin  bütün  mərhələlərində  yəqin  ki,  fəhm  etmi-
şik.  Məhz  buna  görə  də,  təbiətə  bəslədiyimiz  məhəbbətin 
iki səbəbi vardır. 
Əvvəla, biz ondan son dərəcə asılı olduğumuzu, on-
dan  kənarda  varlığımızın  mümkün  olmadığını  başa  düşə 
bilirik. İkincisi isə o, bizə  gözəlliyi hiss etmək, özgə tale-
yinə acımaq kimi “zəiflik” bəxş etmişdir. Bu səbəblər bizi 
həm də təbiətin sirlərini öyrənməyə vadar edir. Fransız tə-
biətşünası Anri Puankarenin sözləri ilə desək, “alim təbiəti 
ona  görə  öyrənir  ki,  bu  xeyirlidir.  Bu  iş  ona  ləzzət  verir, 
çünki,  təbiət  gözəldir.  İntellektual  gözəllik  öz-özlüyündə 
təminedicidir.  Bəlkə  də  insanların  gələcəkdə  götürəcəyi 
xeyirdən  çox  ”alim  özünü  bu  gözəlliklər  xatirinə  uzun  və 
ağır əziyyətlərə salır”. İstər ağır ehtiyac, istərsə də firavan-
lıq öz-özlüyündə elmi axtarış üçün stimul ola bilməz.  
Özünü elmə həsr edənlər arasında ömrü boyu maddi 
ehtiyacdan  yaxa  qurtara  bilməyənlər  də,  firavan  yaşayan-
lar da olmuşdur.  
Başqa bir söhbətində Puankare deyir ki, gözəllik ax-
tarışı, elə fayda axtarışının verdiyi nəticələrə də gətirib çı-
xarır.  
Elə bil ki, təbiət insanı böyük məqsədlərə yönəltmək 
üçün  gündəlik  tələblər  –  yaxın  məqsədləri  “yaratmış”  və 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə