Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə27/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   23   24   25   26   27   28   29   30   ...   92

Elm və sənət   
 
- 91 - 
tün  məsələ  bu  qrammatikanın  estetik  keyfiyyəti  və  anlaş-
ma universallığındadır.  
Tanış  melodiyalardan  bir  neçəsini  tərsinə  oxudun. 
Bu qayda ilə alınan melodiyalar da qrammatikaya görə dü-
zəldilmişdir  –  birinci  qrammatikanın  inversiyasından  dü-
zəldilmiş  bir  qrammatikaya  əsasən,  ancaq  sonuncu  melo-
diyalar  qrammatikaya  görə  yazılmasına  baxmayaraq  heç 
də həmişə estetik keyfiyyətli deyil.  
Dodaqdəyməz, təcnis, bəhri-təvil kimi bədii biçimlə-
ri də  tabu xarakterli qanunların  söz sənətinə  tətbiqinə  mi-
sal göstərmək olar. Cəmiyyət modellərinin formalaşmasın-
da da belə qanunların rolu böyük olmuşdur. Cəmiyyətlərin 
şəkli  müəyyən  qrup  tabuların  qorunub  saxlanması  ilə  sa-
bitləşmişdir. 
Gətirdiyimiz  misallardan  xarici  aləm  obyektlərinin 
eyni prinsiplərə görə qurulduğunu aydın görmək olar.  
Bəs  alim  işinin  sənətkar  işindən mahiyyətcə ayrılığı 
nədədir?  
Hər ikisinin obyekti xarici aləmdir. Birinci obyektin 
quruluşundakı qanunauyğunluq – semantik məlumat, o bi-
rini  isə  bu  quruluşdakı  estetik  məlumat,  onun  beynində 
ahəng təsiri yaradan hissəsi maraqlandırır. Semantik məlu-
mat xarici aləmi məqsədəuyğun dəyişdirmək üçün, estetik 
məlumat isə insanın fəaliyyətini, davranışını həyatın daya-
nıqlı olmasına doğru yönəltmək üçün lazımdır.  
Alimi  ən  çox  maraqlandıran  xarici  aləmin  ümumi 
cəhətləridir.  Aristotelə  görə  “Filosofları  oxşarlar  arasında 
fərq,  fərqlilər  arasında  oxşarlıq  maraqlandırmalıdır”.  İki 
min ildən artıq tarixi olan bu söz həmişə yenidir. 
Eyni  maddənin  quruluşu  harada  açılır  açılsın,  eyni 
şəkilli olacaqdır. Elmi nəticə yer, zaman və müşahidəçinin 
subyektiv  fikrindən  asılı  deyil.  Alınan  nəticəni  istənilən 


Elm adamları elm haqqında 
 
- 92 - 
dilə çevirmək və onu rəmzlərlə də ifadə etmək olar. Müx-
təlif  yerlərdə,  müxtəlif  dövrlərdə  alınmış  nəticələrin  üst-
üstə  düşməsi  müvəffəqiyyətlidir.  Ancaq  sənətdə  belə  de-
yil.  Sənətkarı  ən  çox  estetik  məlumat  hissəsinin  yaratdığı 
emosiya  maraqlandırır  və  o  hissələrin  təsiri  ilə  fəaliyyət 
göstərir. Çünki quruluşun bu xassəsini ancaq onun yaratdı-
ğı emosional duyğularda görmək olar.  
Sevdiyiniz bir çalğı  yazılmış lenti təhlil edin: orada 
səs  maqnitləşmənin  azalıb-artması  ilə  yazılmışdır.  Qram-
mofon valında səs iynənin saldığı mürəkkəb iz şəklindədir. 
Həmin  səslərin  notla  yazılarını  gözdən  keçirin.  Bütün  bu 
yazılar sizdə emosional duyğular doğurmayacaqdır. Ancaq 
siz onları adi qaydada səsləndirib qulaq assanız, orada ya-
zılmış  estetik  məlumatı  “görə”  bilərsiniz.  Eləcə  də  sənət-
kar  fırçasından  çıxmış  bir  tablonun  sözlə  təsviri  şəklə 
məxsus  emosional  təsir  doğurmayacaqdır.  Siz  şəkili  gör-
məlisiniz! 
Sevgiyə, məhəbbətə həsr olunmuş nə qədər şeir var. 
Bunlardan birinin müvəffəqiyyəti o birini rədd etmir. Buna 
görə də, sevgidən  yazana “bu mövzu yazılmışdır” demək, 
gülüncdür, sevgi duyğusunun fizioloji mahiyyəti eyni olsa 
da  onun  təkrar  olunmayan  psixoloji  çalarları  sonsuzdur. 
Bu  çalarlar  böyük  və  daha  ümumi  olan  sevginin  müxtəlif 
cəhətlərini  işıqlandırır.  Belə  cəhətlər  hər  dəfə  üzə  çıxarıl-
dıqda orijinal bir tapıntı kimi marağımıza səbəb olur. Mə-
sələ  sevgi  haqqında  odlu  sözlər  söyləməkdə  deyil,  onun 
yeni  çalarlarını  yeni  bədii  ifadəsini  tapmaqdadır.  Elm  tə-
biətin ən ümumi cəhətlərini öyrənməyə çalışdığı üçün bizə 
yaxın  ümumiləşmələr  özündən  qabaqkıları  əvəz  edir,  on-
ları xüsusi bir hala çevirir, onların yalnız tarixi dəyəri qa-
lır. Sənət belə deyildir. İndi yeni bir sevgi dastanı yazıldığı 
üçün biz Füzulinin “Leyli və Məcnun” poemasını köhnəl-


Elm və sənət   
 
- 93 - 
miş  hesab  edə  bilmərik.  Sənət  əsərlərinin  bu  mənada  də-
yişməz dəyəri vardır.  
Sənət əsərləri ilə elmi əsərlərin ümumi və əks cəhət-
lərinə misal olaraq, birinci növbədə, sənətdə ifadə vasitələ-
rinin  geniş  mənalılığına,  elmdə  isə  bu  vasitələrin  məhdud 
mənalılığına  cəhd  edildiyini  göstərmək  lazımdır.  Hər  iki 
sahədə  metafora və rəmzlərdən istifadə  olunması  kimi  bir 
ümumilik  öz-özlüyündə  maraqlıdır.  Burada  fərq  yalnız 
simvol və metaforanın mahiyyətindədir.  
Eynşteynin E = mC
2  
formulunda aşağıdakı elmi ger-
çəklik  ifadə  olunmuşdur:  hər  bir  kütləyə  ekvivalent  olan 
enerji həmin kütlədən işıq sürətinin kvadratı qədər çoxdur.  
Gördüyümüz kimi, simvolik metafora fikrin dəfələr-
lə  yığcam  və  dəqiq  deyilməsinə  imkan  verir.  Sənətdə  də 
metafora bu məqsədi güdür. Söz sənətində bu yol ilə əldə 
edilən  yığcamlıq  elmdəkindən  qat-qat  çoxdur.  Çünki  sə-
nətdə metafora elmdən fərqli olaraq məhdud mənalı deyil.  
Çox yazılarda deyilir ki, elm aləm haqqında həqiqəti 
meydana  çıxaran  fəaliyyət  sahəsidir.  Elmdə  həqiqət  təc-
rübə-sınaq  yolu  ilə  doğruluğu  yoxlanıla bilən, bir çox an-
layışlar arasında körpülər salıb təbiətin başlıca qanunlarına 
zidd  olmayan  xəbərləri  ifadə  etməkdir.  Bu,  müvafiq 
hökmlər şəklində özünü göstərir. Bədii həqiqətlə  elmi hə-
qiqət arasındakı bağlılığı görmək çox da çətin deyil. Bədii 
həqiqət dedikdə, biz hər şeydən qabaq əsərdəki estetik mə-
lumatın  gözlənilən  emosional  təsirə  malik  olacağını  başa 
düşürük.  
Semantik  məlumat  baxımından  sənət  başdan-ayağa 
“yalanla” dolu olur.  
 
                      
Əzizim qazan ağlar, 
                       Od vurar qazan ağlar”. 
                       .    .    .   .    .    .    .    . 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə