Elm adamları elm haqqında
- 116 -
disədə qanunauyğunluq hiss etməyiniz və bu hissi suala
çevirə bilməyiniz onu göstərir ki, beyninizin imkanı bu
məsələ səviyyəsindədir. Lakin
bu hələ o demək deyildir ki,
siz suala cavab tapa bilərsiniz. Təbiətdəki şeylərin hansı
hissələrdən ibarət olması məsələsini insanlar hələ eramız-
dan əvvəl qoymuşlar. Həmin sualın indiki cavabını 2500
ilə yaxın bir vaxtda axtarmışlar. Hər hansı bir sualın indi
və ya gələcəkdə həll olunub oluna bilməməsi öz-özlüyün-
də böyük elmi əhəmiyyətə malikdir. Eynşteyn ümumi nis-
bilik nəzəriyyəsinin həlli üçün 30 il vaxt sərf etdi, lakin
nəticə gözlənildiyi qədər də yaxşı olmadı. Buna görə də
Eynşteynin və bir çox başqalarının yazılarında belə fikrə
tez-tez rast gəlirik: “Elmin əsas qanunlarını kəşf etmək
üçün məntiqi yol yoxdur. Yeganə yol fəhm yoludur. Bu
yol hiss olunan aləm arxasındakı qanunauyğunluğun du-
yulmasına əsaslanır”. Bəzən sadəlövhcəsinə belə hesab
edirlər ki, elmi nəticələr toplanmış faktların ümumiləşmə-
sindən alınır. Nəticənin xəyali bir şəkli, oxşarı məlum de-
yilsə bu faktları necə toplamaq olar. Elmi nəticəni qabaq-
cadan
hiss etməyin nə dərsi, nə də qaydası var.
Məşhur yaradıcılar belə hesab edirlər ki, elmi sual
müəyyən edildikdən sonra, asan yadda qalan bir şəklə sa-
lındıqdan sonra onun cavabını axtarmaqla məşğul olmaq
lazımdır. Bu o demək deyildir ki, sual unudulur. Beyin öz
işini görür. Həmin sualla azacıq əlaqəsi olan bir şeyə rast
gələn kimi o, yadınıza düşür. Günlərin bir günü sizə çaş-
dırıcı bir xoşbəxtlik gətirir – evrika! – gözünüzə ümidli bir
yol sataşır. Ümidin həqiqət olduğunu yoxlamaq üçün he-
sablama aparmağa, sınaq qoymağa çox vaxt cürət çatmır.
Bu cürətsizlik əsassız deyil. Axı, bir məsələni həll edib,
sona çatdırınca necə gözəl ümidlərə rast gəlib, onların tez
puça çıxdığını görürsünüz. Yalnız biliyə güvənərək belə