Elm və sənət
- 119 -
Elmin mücərrəd məsələləri ilə məşğul olan adamla-
rın sənətin mücərrəd sahələrinə ehtiyacı daha çoxdur. Sə-
nətin mücərrədliyi deyəndə onun qollarının bir-birinə nis-
bətən mücərrədliyini nəzərdə tuturam. Məsələn, musiqi
söz sənətinə görə mücərrəddir. Sənətin mücərrəd sahələri-
nə görə bu ehtiyacı akademik Y.Aleksandrova istinad edə-
rək bir misalla göstərmək istərdim.
Məşhur riyaziyyatçılar – Xauzdorf və Brauer cavan-
lıqda musiqiçi olmaq istəyirmişlər: biri bəstəkar, biri pia-
noçu. Hər ikisi cavanlıqdan ömürlərinin sonuna qədər fəl-
səfə ilə maraqlanmışdır. Hər ikisinin kabinetində royal
varmış və tez-tez işlərini “dayandırıb” royal arxasına ke-
çirmişlər. Hətta Xauzdorfun yazdığı pyeslər Almaniya
səhnələrində oynanılarmış. Xauzdorf və Brauer riyaziyya-
tın mücərrəd sahələrində ölməz yenilikləri ilə məşhurdur-
lar. Bəlkə də hər bir yaradıcı öz həyatı ilə insanların fikir
təmayülünü təkrar edir: gözəllik hissi, onun ifası – sənət;
nəhayət, bu gözəllik arxasında gizlənmiş ümumi qaydanın
kəşfi – elm! Nyutonun şeir yazması, rəssamlığı, orta əsr
Şərq alimlərinin şairliyi (İbn Sina, Xəyyam, Tusi, Uluq
bəy və s.) Luis Kerol, Norbert Viner və bir sıra başqa
alimlərin bədii yaradıcılığı belə bir mülahizəyə əsas ola
bilməzmi?
Bütün bu dediklərimiz sənətin bilavasitə vəzifəsin-
dən əlavə başqa bir vəzifəsidir.
Ümumiyyətlə, sənətin elmi yaradıcılıq üçün əhəmiy-
yətindən bəhs edən yazıları oxumaq çox azdır, sənətin özü
ilə tanış olmaq lazımdır.
İngilis alimi T.H.Haksleyin
fikrincə, elmdə ən böyük
faciə çirkin dəlillərin gözəl fərziyyələri məhv etməsidir.
Yox! Əsla yox! Bu faciə deyil, elmin adicə inkişaf yolu-
dur. Gözəl görünən fərziyyənin çirkin, çirkin görünən dəli-