Elm və sənət
- 125 -
Bütün yaradıcıların həyatında – mənəvi həyatında
sənətin rolunu qədim zamanlardan izləyən olsaydı, Bols-
manın Şiller haqqında dediyi sözləri dəyişdirib, sənət haq-
qında deyərdi: “Elm indiki nailiyyətlərinə görə sənə min-
nətdar”dır.
Heç kəs açıq havada gəzməyin, dincəlməyin xeyirli
olduğunu inkar edə bilməz. Çox vaxt həkimlər xəstənin el-
mi işçi olduğunu bilib ona belə məsləhət verirlər. Bəlkə
arası kəsilməyən baş ağrısının, yuxusuzluğun səbəbi özünə
inamın itirilməsidir? Nyuton ola bilmədiyinə bəlkə şübhən
qalmadığındandır? Tez Eksüperini oxu. Lap balaca imka-
nında dünyaya lazım olduğunu görəcəksən. Hər şey üzünə
güləcək, dünya ilə vəhdətin bərpa olunacaq. İnsanların
müvəffəqiyyəti sənin olacaq, sənə doğma olacaq! Axı dün-
yaya Nyutonla bərabər “adi” adamlar da lazımdır. Özü də
müqayisəolunmaz dərəcədə çox. Əks halda Nyuton insan-
lığın tarixində bu qədər nadir görünməzdi.
Anamız təbiət hər şeyin düzgün nisbətini bizdən
yaxşı bilir. Ulduz tutmaq üçün göyə tullanmağın ziyanı
yoxdur, lakin tuta bilmədinsə özünü yerə çırpıb, ağlama-
ğın nədir. Uğursuzluğuna uşaq səmimiyyəti ilə gül və
vaxtını itirmədən əlçatar istəklər dalınca qaç.
Həyatın xırda çətinlikləri səni böyük məqsədlərdən
yayındırırsa, Füzulini oxu!
Məqsədin uğrunda çəkdiyin əzablar səni üzürsə, Fü-
zulini oxu:
Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni...
Kim səni belə bir yol seçməyə məcbur etdi? Sənin
ömrün bu yolda “itirilmiş” ömürlər yanında heçdir.
Motsarta, Bethovenə, Qriqa, Çaykovskiyə qulaq as,
sərgilərə get, başqalarının yaradıcılıq əzabları ilə tanış ol,
sakitlik tapacaqsan.
Elm adamları elm haqqında
- 126 -
Müvəffəqiyyətsizlik üz vermişsə “Koroğlu”nun öl-
məz uvertürünə qulaq as, saz havalarını dinlə, sənə yeni-
dən qalxıb irəli getmək həvəsi gələcək!
Sənə elə gəlirsə ki, xalq səni başa düşmür, lazımınca
qiymətləndirmir, “Dədə Qorqud”u oxu, nağıllarımızı öy-
rən, bayatılarımızı əzbərlə, xalq arasına çıx. Onda görə-
cəksən ki, sən ona borclusan, sən onu başa düşürsən, o da
səni qiymətləndirir. Onda görəcəksən ki, insan səhv etdi-
yinə də sevinərmiş.
Fikir çalarlı duyğu
Zira ki, elmsiz şeir əsası yox divar olur
Və əsassız divar qayətdə bietibar olur.
Füzuli
Dünyagörüşünün, biliyin sənətkar üçün rolu çox bö-
yükdür. Bu böyüklüyü inkar edənlər varmı? – deyə soru-
şula bilər. Qəribə də olsa var.
Sənəti elmlə qarşı-qarşıya qoymaq, biliyin sənəti
qurulaşdıracağını zənn etmək, təbiət elmlərinə məktəb
yaşlarından marağın olmamasını sənətkar üçün ilkin əla-
mətlərdən biri hesab etmək və s. kimi qəribə mülahizələr
dünyagörüşün, biliyin sənətkar üçün böyük rolunun inkarı
deyilmi?
İnsan fəaliyyətinin elə bir sahəsi tapılmaz ki, sənətin
ona müsbət təsiri olmasın. İnsanın fikir fəaliyyəti sənətin
ən çox təsir etdiyi sahələrdən biridir. İki min il bundan əv-
vəl yaşamış yunan coğrafiyaşünası Strabona görə “Poezi-
yanın yaratdığı heyrət və heyranlıq onu məmnuniyyətlə
qavramağa məcbur edir. Buna görə də poeziya biliyə sevgi
Elm və sənət
- 127 -
yaradan şirin bir dərmana çevrilir”. Ola bilsin ki, bu fikir
Strabondan da qabaq deyilmişdir. Ancaq mən sənəti elm
baxımından qiymətləndirdiyinə görə Strabona istinad
etdim.
Zəmanəmizdə sənətin bu xüsusiyyətinə həmişə oldu-
ğundan daha çox ehtiyac vardır: bilik günü-gündən həyat
üçün daha böyük əhəmiyyət kəsb etməklə yanaşı mürək-
kəbləşərək, dərinləşərək kütləvi cazibəliyini, şirinliyini iti-
rir. Bir tərəfdən bu, bir tərəfdən də sənətimizdə bilik məsə-
ləsinə münasibətlə az-çox tanışlığım məni belə bir söhbətə
cürətləndirdi.
Söhbətdə məqsəd istedadlı gənclərimizin diqqətini
indidən bu məsələyə cəlb etməkdir – biliksiz istedad sənət-
karlıq zirvəsinə yüksələ bilməz. Dünyagörüşün təməli in-
sanın dünya ilə ilk tanışlığından başladığı halda onun zəif-
liyi yetkinlik yaşlarında, istedad fəaliyyətə başladıqda üzə
çıxır.
Dünyagörüşün, biliyin sənət və sənətkar üçün böyük
rolunu göstərmək üçün sənətkarlardan danışmaq, onların
bu barədə fikirlərini təkrar etmək də olardı. Ancaq bu yol-
da oxucu suallarla az qarşılaşardı. Gerçəkliyə yaxınlaşmaq
üçün ən yaxşı yol onun hansı suallarla meydana gəldiyini
və hansı sualları doğurduğunu izləmək, araşdırmaqdır.
Haqıında danışmağa hazırlaşdığımız qədim həqiqət
sadə səslənsə də çox mürəkkəb mahiyyətlidir.
Bu bir sıra təsvir çətinliklərinə səbəb olur. Hər şey-
dən əvvəl mahiyyətini başa düşmək istədiyimiz anlayışları
elə həmin anlayışlarla araşdırmaq – təhlil etmək məcburiy-
yətindən tamam uzaqlaşmaq mümkün deyil. Belə bir və-
ziyyət almazı almazla cilalamağa oxşayır.
Başqa bir psixoloji çətinlik belə məsələlərdən söhbət
açarkən min il qabaq deyilmiş fikirləri bir az da pis təkrar
Elm adamları elm haqqında
- 128 -
etmək qorxusudur. Sənət – bilik əlaqəsini öyrənmək üçün
bir-birinin müasiri olan sənətkarların yaradıcılığının mü-
qayisəli təhlili də bəsdir. Buna görə də hər yerdə, hər dövr-
də bu barədə kim isə, nə isə demişdir. Necə deyərlər, göy
hər yerdə mavidir. Yeri gəlmişkən belə söhbətlərdə prinsi-
pial mənası olan bir çətinlik üzərində də dayanmaq istər-
dim. Nəyinsə dəqiq təsviri tələb olunduqda siz onu fikri-
nizdə az-çox müstəqil hissələrə ayırıb, bu hissələrin ayrı-
lıqda təsviri ilə yanaşı, onların arasındakı əlaqələri də gös-
tərməyə çalışırsınız.
Mücərrəd sistemlər, həyat, fikir fəaliyyəti, sənət ki-
mi mürəkkəb mahiyyətli sahələr üzərində belə bir iş apar-
maq çox böyük çətinliklərlə bağlıdır. Bu məsələlərdə baş-
qa çətinliklər bir yana, hissələr arasındakı əlaqələr o qədər
zəngin, o qədər sıxdır ki, bu hissələri müstəqil nəzərdən
keçirdikdə özünü o qədər də haqlı bilmirsən.
Sənət əsərləri xarici aləmi özünəməxsus bir tərzdə
əks edən, fərdi quruluşa malik beynin yaradıcılıq məhsu-
ludur. Bu iki iş bir beyninkidir, proses bir beyində gedir,
həm də onun ayrı-ayrı yerlərində yox, hər yerində gedir.
Bir də beyin təkcə bu işlərlə məşğul olmur, beyin bütün
psixoloji damarların oynandığı yeganə səhnədir. Bu da-
marların hamısı mürəkkəb şəkildə bir-biri ilə bağlıdır. Be-
lə bir halda, nəyi isə ayırıb qalanlarla az bağlı hesab etmək
qabaqcadan yanılmağa ilk addım atmağa bərabərdir.
Ancaq nə etmək olar?! Bütün bu çətinliklərdəndir ki,
belə söhbətlərdə müəlliflər obrazlılığa əl atmalı olurlar. Bu
heç də həmişə yazıya oxunaqlıq vermək arzusunun nə-
ticəsi deyil, ənənəvi elm dilinin elmi üslubun belə hallarda
imkansız olduğundan irəli gəlir. Öz-özlüyündə bu müsbət
hadisədir; bir tərəfdən məsələyə cazibəlilik verir, digər tə-
rəfdən müxtəlif ifadə üslubları arasında körpü yaradır.
Dostları ilə paylaş: |